❧ 10

233 43 22
                                    

Multimediya: Furkan Kızılay - Aşksın Sen

Leylanın dilindən..

"Ha?" dedim bir anda. Bu yuxu olmalı idi, həqiqət ola bilməz. Özümü yuxu gördüyümə inandırırdım ki, eyni səsi yenə eşitdim "Rəşad" dedi səs. Arxama çevrilməyə cesarət edə bilmədim o an. Həyəcandan ürəyim ağzımda atırdı. Bilmədim nə deyim, daha doğrusu heç nə deyə bilmədim. Özümü məcbur edərək "Mə-mənim də a-adım Le-leyladır" dedim kəkələyərək. "Bilirəm" dedi sadəcə.

Bu həqiqətən gerçək idi?! Yuxu deyildi ki?! O mənim adımı bilirdi və öz adını mənə demişdi. Bu nə mənaya gəlirdi? Bəlkə.. Ayselin məni səsləməsi ilə fikrim yayındı. "Sağol, Leyla" dedi. Dilim tutulduğu üçün sadəcə gülümsəməyə çalışdım. Bir-iki dəqiqədən sonra Rəşadın düşmək vaxtı idi. Biraz pis olmuşdum. Sanki ona qovuşmuş və sonra yenə ayrılmış kimi hiss edirdim.

Avtobus dayanamamış arxa oturacaqdan ayağa qalxdı və mənim oturacağımın başında dayandı "Sağol" dedi və göz qırpdı. Mənim ürəyim isə artıq dayanmaq üzrə idi..

AvtobusWhere stories live. Discover now