❧ 9

246 45 15
                                    

Multimediya: Yalın - Bir Bahar Akşamı

Rəşadın dilindən..

Anamın məcbur etməsi ilə hazırlığa başlamışdım. İngilis dilim zəif olduğu üçün hazırlığa getməli imişəm.. Anam belə deyirdi. Bugün ilk gün idi. Səhər dərsə getdiyim üçün hazırlığa günortadan sonra getməli və buna görə də axşam saatlarında qayıtmalı idim. Yenə ** nömrəli avtobusa minmişdim. Bu avtobusa mindiyim zaman istər-istəməz ağlıma Leyla gəlirdi. Bir aydan çox idi ki, artıq onu görmürdüm.

Düşüncələrə dalmışdım ki, avtobus bir dayanacaqda dayandı. Minən adamlara baxarkən onu gördüm, Leylanı.. Şok olmuş ona baxarkən o da mənə təəccüblə baxırdı. Mənə baxdığı üçün bir anda ayağı harasa ilişmişdi. Az qalsın yıxılırdı ki, rəfiqəsi onu tutdu. Görünür ki, məni gördüyü üçün həyəcanlanmışdı. Bu düşüncə nədənsə üzümdə təbəssümə səbəb olmuşdu.

Rəfiqəsi ilə tam qarşımda oturdular. Mənə bu qədər yaxın olduğu halda bu qədər uzaq olması.. Nəsə etməli idim. Bir dəfə qarşıma çıxan bu şansı dəyərləndirməli idim. Amma necə? Yenə düşüncələrim qarışmışdı.. Bilmirdim nə edim..

Bir neçə dəqiqə sonra rəfiqəsi bir yaşlı qadına yer vermişdi. Leyla əlindəki telefonu rəfiqəsinə uzatdı. Rəfiqəsi ekranda olan (yəqinki yazıdı) yazını oxudu. Sonra mənə baxıb "Həə" deyə bir səs çıxartdı. 100% Leyla telefona mənimlə bağlı bir şey yazmışdı. Rəfiqəsi sonra üzünü Leylaya çevirdi. Leyla hansı sifətlə ona baxırdısa, qızın qorxudan rəngi qaçmışdı. Gülümsəyərək arxaya yaslandım. Əminəm ki, Leyla da mənim haqqımda düşünürdü. Amma o heç mənim adımı belə bilmirdi.

Avtobus irəlilədikcə vaxtım azalırdı. Nəsə etməli idim, amma ağlıma heç nə gəlmirdi. Bir neçə dəqiqə sonra bir səs eşitdim, qız səsi. Biraz qabağa oturdum və diqqətlə qulaq asmağa çalışdım. Leyla üzünü pəncərəyə çevirmiş, mahnı oxuyurdu.

"Sen kapımı çalan sızım gir içeri
Her zaman başımın üstünde senin yerin
Dilim tutulur sözcükler uçarsa aklımdan
Benim güzel misafirim sen hep hoş geldin"

Səsi möhtəşəm olmaya bilərdi, amma artıq məni təsiri altına salmışdı. Mahnı romantik janrda idi. "Bayaqdan nəsə etmək istəyirdim, budur fürsət" dedim öz-özümə. İçimdən bir anda gələn cəsarətlə "Adım Rəşad'dır" dedim. Leyla bir anda oxumağı dayandırdı və "Ha?" deyə qəribə səs çıxardı. Gülməmək üçün özümü saxladım və təkrar etdim. "Rəşad"

AvtobusWhere stories live. Discover now