Multimediya: Ayla Çelik - Bağdat
Leylanın dilindən..
İkihəftə idi ki, məktəb qurtarmışdı. Və iki həftə idi ki, sevgilimi görmürdüm. Whatsapp'a girib Rəşada mesaj yazdım. Bir-birimizə nömrələrimizi vermişdik artıq.
Leyla: Sənin üçün darıxmışam, sevgilim (15:56)
Bəli, artıq ona "sevgilim" deyə müraciət etməyi öyrənmişdim.
Rəşad: Mən də (15:59)
Leyla: Bugün nə edirsən? (15:59)
Rəşad: Məni görüşə dəvət edirsən? (16:00)
Leyla: Dəlisən? Evdəkilər qoyar heç məni? Qızlarla görüşməyə qoymurlar, qalıb sənlə.. (16:00)
Rəşad: De ki, sevgilimlə görüşə gedirəm, darıxmışam onun üçün (16:01)
Leyla: Sabahısı gün də yasıma gələrsən (16:01)
Rəşad: Mən qoymaram sənə bir şey etsinlər (16:02)
Leyla: Məncə atamın qarşısında şansın yoxdu (16:02)
Rəşad: Nəysə.. Sən nə edirsən? (16:03)
Leyla: Heç evdəyəm, həmişəki kimi (16:03)
Leyla: Amma bir-iki saata parka gedəcəm (16:04)
Rəşad: Hansı parka? (16:04)
Leyla: Bizim evin yaxınlığında var ha ora gedəcəm (16:05)
Rəşad: Tək? (16:05)
Leyla: Hə, nə olub ki? Demə ki qısqanıram (16:05)
Rəşad: Yox (16:06)
Rəşad: Parka icazə verirlərsə niyə biz orda görüşmürük? (16:06)
Leyla: Doğurdan haa (16:06)
Leyla: Sizə də yaxındı, gələ bilərsən (16:07)
Rəşad: Onda görüşənədək, sevgilim ;) (16:07)
YOU ARE READING
Avtobus
Short StoryRəşad: Çünki, səni sevirəm (21:53) Bir müddət boş-boş telefonun ekranına baxdım. Məndən xoşu gəldiyini demişdi, amma sevdiyini ilk dəfə idi deyirdi. Məncə sevgi daha başqa bir şeydir, daha dərin. Bilmirəm.. Cavab yazmadığımı görüb o yazdı. Rəşad...