Multimediya: ProMete - Aciz İnsan
Leylanın dilindən..
Birinci gün həyəcanla günortanın gəlməyini gözləyirdim. Hər şeyi Ayselə danışmasa idim, ürəyim hər an partlaya bilərdi. O sözündən sonra bazar günü bir şey yazmağa cəsarət edə bilməmişdim. O da heç nə yazmamışdı. Boş vaxtımda Instagram'a girib, şəkillərinə baxırdım. Təmiz ağlımı itirmişdim. Amma çox xoşbəxt idim, nə edim həyəcanlanırdım.
Avtobusa minəndə onu avtobusda görməmək ilk dəfə məni sevindirmişdi. Dünənki yazışmadan və etirafdan sonra onu görməyə hazır deyildim. Həm də hər şeyi Ayselə danışmalı idim. Həyəcanla Ayselin yanına oturdum və danışmağa başladım "Bilirsən nələr oldu?"
"Nələr?" deyə soruşdu şübhəylə. Mən isə 5-ci gün o yanımdan duran vaxtdan olan hər şeyi danışmağa başladım. Sonra mesajlaşmaları danışdım və nəhayət etdiyi etirafı dedim. Aysel hər şeyi öyrəndikdən sonra sadəcə "Oha!" dedi.
Darıxdırıcı dərs günündən sonra yenə bu avtobusda idim. Rəşad mesajda "1-ci gün görüşənədək" yazmışdı. Axşam qayıdanda məndən qabaq minmişdi. Avtobusda olmadığına görə yəqinki artıq minməyəcəkdi. Mən də mahnıya qulaq asmaq qərarı aldım.
Bugün biraz yorğun idim. Oturacaqda rahat oturub, qulaqcıqlarımı qulağıma taxdım. Normalda hər növ (bəyəndiyim) mahnıya qulaq asan insanam. Amma son vaxtlar repə aşiq olmuşdum. Telefonumda ancaq replər var idi buna görə. ProMete'nin (multimediyadakı) bir repinə qoyub gözlərimi yumdum.
Sevdiyim bir rep olduğunu üçün sözlərini oxumağa başladım, amma səssizcə. İnsanlar kənardan mənə dəli kimi baxa bilərdilər, hətta əminəm ki baxırlar. Amma bu vecimə deyil. Oxumağa davam edərkən Aysel qoluma vurdu. Qulaqcığın birini çıxarıb ona baxdım. Qulağıma yaxınlaşıb "Uşaq iki saatdı sənə baxır, ayıl da" dedi.
Tam "Hansı uşaq?" deyəcəkdim ki, gülümsəyərək mənə baxan Rəşadla göz-gözə gəldim. Bayaqdan Rəşad mənə baxırmış?
YOU ARE READING
Avtobus
Short StoryRəşad: Çünki, səni sevirəm (21:53) Bir müddət boş-boş telefonun ekranına baxdım. Məndən xoşu gəldiyini demişdi, amma sevdiyini ilk dəfə idi deyirdi. Məncə sevgi daha başqa bir şeydir, daha dərin. Bilmirəm.. Cavab yazmadığımı görüb o yazdı. Rəşad...