❧ 16

216 39 19
                                    

Multimediya: Mustafa Ceceli - Aşkım Benim

Leylanın dilindən..

Məktəbdən çıxmış dayanacağa doğru irəliləyirdim. Bugün 5-ci gün idi və Rəşadın hazırlığı var idi. 1, 3, 5 Rəşadın hazırlıq günləri idi, yəni onu gördüyüm günlər. Avtobusa bugün tək minirdim, Aysel nədənsə bugün məktəbə gəlməmişdi. Avtobusa mindim və iki nəfərlik oturacaqda oturdum. Artıq vərdiş etmişdim. Rəşad isə yenə ən arxa oturacaqda oturmuşdu.

Yanıma birinin oturduğunu hiss edib sağ tərəfə baxdım. Rəşadı görməyi gözləmirdim. Həyəcanlanıb tez qabağıma döndüm. "Salam" dedi sakit səslə. "Salam" dedim mən də. "Aysel yoxdu?" deyə soruşdu. İlk dəfə yan-yana oturmuşduq və ilk dəfə üz-üzə danışırdıq. Buna görə təbii olaraq həyəcanlı idim. "Yox" dedim. Hələ də üzünə baxa bilmirdim.

Bir müddət sustuqdan sonra danışmağa başladı. "Bilmirəm necə deyim.. Iıı, mənim sevgilim olarsan?" dedi bir anda. Anidən soruşduğuna görə "Oha" demək istədim, amma özümü saxladım. Utanıb başımı aşağı salmışdım. İnsana bu qədər ani sual verərlər?!

Bir-iki dəqiqə sonra "Cavabın?" deyə soruşdu. "Mən.. Oha" Şokda olduğum üçün nə dediyimi bilmirdim. Sonra üzümü tez ona çevirib "Düşməlisən" dedim bir anda. Bəxtimdən düşəcəyi yerə çatmışdıq. Gülməyini güclə saxlayırdı, 100% utancımdan qızarmışdım. Ayağa qalxdı və mənə göz qırpdı. "Gözləyirəm" dedi. Mənsə tez üzümü başqa yerə çevirdim.

AvtobusWhere stories live. Discover now