❧ 11

216 45 25
                                    

Multimediya: Buray - Aşk mı Lazım

Rəşadın dilindən..

Evə çatan kimi anama dua etmiş və onu qucaqlamışdım. "Yaxşıki o hazırlığa getdim ana. Çox sağol, bundan sonra hər dəfə etiraz etmədən hazırlığa gedəcəm. Söz verirəm" dedim. Anam təəccüblə mənə baxırdı. "Nə oldu a bala. Səhər deyinirdin bəs?! Deyəsən xoş bir xəbər almısan. Nə olub?" dedi. "Həm də necə xoş. Kefim yerindədi, amma sənə bir şey deyə bilmərəm hələlik" dedim.

Həqiqətən çox xoşbəxt idim. Həm Leylanı yenidən görmüşdüm. Həm də onun məni görəndə həyəcanlanması, kəkələyərək danışması onun da mənə qarşı nəsə hiss elədiyinin sübutu idi.  Əsas xoşbəxtliyimin səbəbi bu idi.

O saatda məktəb forması ilə avtobusdadırsa, deməli günorta smeni olubmuş. Bu ehtimal heç ağlıma gəlmirdi. Mənim də 1, 3, 5-ci günlərdə ingilis dilindən hazırlığım var idi. Həftədə üç gün onu görə bilərdim. Bugün isə 5-ci gün idi, onu görmək üçün 2 gün səbr etməliydim.

Şənbə günü Instagram'dan bir xəbərdarlıq gəldi, leila_aliyeva adlı bir hesab məni follow edibmiş. Leyla adını görən kimi onun olduğunu düşünmüşdüm. Hesaba daxil olub şəkillərə baxdım, amma heç biri öz şəkli deyildi. Mesaj göndərmək yerinə daxil olub "Salam" yazırdım ki, birdən dayandım.

Bəlkə o deyil... Yəni Azərbaycanda bir dənə Leyla var? Heç soyadını da dəqiq bilmirdim. Camaatın qızına mesaj yazmağım doğru olmazdı. Mən yazıb yazmamaq arasında qalmış, düşünürkən həmin hesabdan bir mesaj gəldi "Salam :)"

AvtobusWhere stories live. Discover now