❧ 5

248 47 4
                                    

Multimediya: Naz Ölçal - Yoksun

Leylanın dilindən..

Bugün son gün idi, onu görəcəyim son gün.. 5-ci gün idi və biz artıq gələn həftənin birinci günündən digər məktəbdə olacaqdıq. Günorta smeni olduğuma görə onu bir daha görməyəcəkdim. Bəlkə də bir gün yenə görərdim. Niyə də görməyim?! Evi evimizə yaxındı yəni, görərəm yəqin. İnşallah deyək..

Tərslikdən məktəbdə son gün olduğu üçün bizi tez buraxmışdılar. Dayanacaqda avtobusu gözləyəndə kefim yenə yox idi. Tez çıxdığım üçün son gün belə onu görməyəcəkdim. Aysel ilə danışarkən "Saat 1-də çıxsaydıq daha yaxşı olardı, off" dedim səhvən. "Niyə saat 1?" deyə soruşdu Aysel. "Heç, elə belə dedim" Aysel mənə inanmadı təbiiki, səbəbini soruşmağa davam etdi.

Aysel bir neçə gündür nəsə gizlətdiyimdən şübhələnirdi. "Son günlər nolub sənə? Başqa məktəbə köçmək niyə səni bu qədər səni narahat edir?" deyə soruşdu Aysel. Gülümsəməyə çalışaraq "Heç nə olmayıb, günorta smeni olmaq xoşuma gəlmədi sadəcə. Saat 1 söhbətini də zarafatla dedim. Sən soruşasan deyə. Sən də fürsəti qaçırmadın" dedim və güldüm. Aysel əvvəl inanmasa da bir neçə sözlə zarafat etdiyimə onu inandırdım.

Avtobusa minmişdik, normal olaraq o yox idi. Özümü qəribə hiss edirdim. Bundan sonra bir də onu görə bilməyəcəyimə inana bilmirdim, ya da inanmaq istəmirdim. Bilmirəm..

Artıq Ayselin düşəcəyi yerə yaxınlaşmışdıq. Aysel sağollaşıb, avtobusdan düşdü. Avtobus həmin oğlanın evinin qabağından keçərkən pəncərədən darvazaya baxırdım. Öz halıma gülümsədim.. "Ən azından evinin yerini bilirəm. Bəlkə bir gün cəsarətimi toplayıb bura gələrəm" deyə düşündüm. Sonra öz düşüncəmə güldüm. Həqiqətən də xəyallarım çox mənasız və mümkünsüz idi..

AvtobusWhere stories live. Discover now