❧ 12

209 42 15
                                    

Multimediya: Kenan Doğulu - Bir İleri İki Geri

Leylanın dilindən..

Evə çatanda çox sevincli idim. Artıq adını öyrənmişdim, Rəşad.. Artıq avtobusa mindiyim saatı bilirdi. Görəsən yenə minərdi eyni vaxtda? Təbiiki yox, oğlanın mənə adını deməyi məndən xoşu gəlməyi mənasına gəlmir axı.. Bəs onda adını niyə demişdi? Nəsə etməliyəm, bu fürsəti qaçırmamalıyam. Yadıma Instagram düşəndə, tez telefonu əlimə aldım.

Axtarış yerinə "Rəşad" yazdım, sonra fikirləşdim "Soy adını zadını bilmirəm. Nəyə axtarışa verirəm? Min dənə Rəşadın şəkillərinə baxıb tapacam onu?! Üç günə güclə taparam elə" Bir anlıq bu üsuldan istifadə etmək istəyirdim, amma etmədim. Bu dəlilik idi. Sonra düşünməyə başladım. "Daha asan necə tapa bilərəm?" Cizgi filmlərdəki kimi başımın üstündə işıq yandığını hiss etdim. Mən bunun məktəbinin adını da bilirəm axı. İndiki dövrdə isə hər məktəbin Instagram'da etiraf səhifəsi olurdu.

Axtarış hissəsinə məktəbin adını yazdım və ilk çıxan, çox izləyicisi olan səhifəyə girdim. Birinci şəkillərə baxdım, bəlkə orada olar daha tez taparam deyə. Amma orada üstü qapalı etiraf mesajlarından başqa heç nə yox idi. Səhifənin izləyicilərinə girdim. Bir-bir adlara baxmağa başladım. Rəşad adını görən kimi vurdum, yox bu o deyildi. Şəkillərindən bilmək olurdu.

Axtarmağa davam edərkən anamın səsini eşitdim "Ay qız, yenə telefonu götürdün?! Gəl mənə kömək et. Bir gün alacam o telefonu, verməyəcəm" deyə deyinməyə davam etdi. Əsəbləşərək telefonu kilidə saldım və anamın yanına getdim.

Sabahısı gün o səhifədə axtarmağa davam etdim. Bir neçə dənə Rəşad vardı, amma heç biri o deyildi. Ümidimi tam üzmüşdüm ki, yenə Rəşad adını gördüm və hesaba girdim. İnana bilmirəm bu o idi. "_reshad_sadiqov_" Artıq soy adını da bilirəm. Yaşasın "stalk" gücü!!

Tez hesaba follow atdım. Bir neçə dəqiqə sonra özümü tuta bilmədim və "Salam :)" yazıb göndərdim..

AvtobusWhere stories live. Discover now