❧ 7

246 44 14
                                    

Multimediya: Simge - Prens&Prenses

Leylanın dilindən..

"Leyla nə olub sənə axı? Hə? Son günlər çox qəribəsən.. Hanı gülüb danışan o əyləncəli qız?" deyə soruşdu Aysel, yenə avtobusda idik. Artıq olanları Ayselə danışmalı idim. Necə başlayacağımı bilmədən dedim "Artıq bir aydır ki onu görmürəm" Aysel təəccüblə mənə baxırdı "Kimi?" deyə soruşdu. "Bilmirəm, fikir vermisən ya yox. Avtobusa bir oğlan minirdi haa, ** məktəbdə oxuyurdu. Arıq, uzun boylu biri idi. Hə günorta smeni olmuşuq deyə artıq onu görmürəm" dedim.

"Hansı oğlan? Ağ krasovka geyinən? Həmişə də qulaqcıq taxırdı, ağ telefonu var idi, mənimkindən" dedi Aysel. O izah elədikcə şoka girirdim. "Sən camaata nə qədər fikir verirsən ay qız?!" deyə soruşdum. "Sənin dedektiv rəfiqən belədir də.." dedi və gülümsədi. "Nəysə. De görüm o oğlandı? O deyəsən mənim köhnə sinif yoldaşımın dostudur. Adını bilmirəm, amma tapmaq olar" dedi və göz qırpdı.

"Yox sən dediyin deyil məncə.. Ağ krasovka zad yadımda deyil, qara ayaqqabı geyinirdi axı o" dedim təəssüflə.. "O deyilsə, kim ola bilər axı? Qoy düşünüm.. Bir dənəsi var, amma mənim ondan zəhləm gedir. O olmasın nə olar.." dedi Aysel. "Mən nə bilim kimi deyirsən? Həm demişdim haa, saat 1 söhbəti.. O dərsdən çıxdığı vaxt olduğunu üçün, yəni onu görmək üçün elə demişdim. Artıq səndən gizli bir şeyim qalmadı" dedim və gülümsədim.

"Bəs niyə əvvəldən mənə demirdin? Oğlanı 1 aydır tanıyırsan?" deyə soruşdu. "Əslində 2 ay.. Bilirsən Aysel, yəni sənə desəydim.. Qorxurdum, sənin gözündə avtobusda gördüyü hər oğlandan xoşu gələn bir qız kimi görünmək istəmirdim" dedim başımı aşağı əyib. "Dəlisən sən?! Sən mənim ən yaxın rəfiqəmsən.. Nə olursa olsun mən həmişə sənin yanındayam" dedi. Avtobusda olmağımızı vecimə almayaraq onu qucaqladım, o da məni.

Oğlanın mindiyi dayanacağa gələndə Ayselə göstərdim "Bax həmişə burada düşürdü və minirdi. Məktəbi yəqinki buradadı" dedim. O an avtobusa bir oğlan mindi. Aysel həyəcanla soruşdu "Bu odur? Sən dediyin.." "Yooox o deyil. Axşam axşam nə işi var avtobusda?!" dedim "Həm söhbəti bağla. Bunu sənə səndən gizli bir şeyim qalmasın deyə danışdım. Unut bu söhbəti. Bir də nə vaxt görəcəm ki onu?"

AvtobusWhere stories live. Discover now