Multimediya: Son Feci Bisiklet - Rahatsız Vals
Rəşadın dilindən..
Bir müddət əvvəl ** nömrəli avtobusa minməyə başlamışdım. Evimizin tam qarşısına getdiyi üçün bu avtobusla getməyə üstünlük verirdim. Avtobusda bir qız görmüşdüm. Təbiiki avtobusda qızlar çox idi. Amma nədənsə bu qız diqqətimi çəkmişdi.
Rəfiqəsi ilə olduğu zaman həmişə gülüb danışdılar. Bir dəqiqə susmurdular. Bu avtobusdakı bir çox insanları narahat edə bilərdi. Amma mənim əksinə xoşuma gəlirdi. Bəzən söhbətlərinə qulaq asırdım. Ya söhbətlərini anlamır, ya da çox mənasız söhbətlər etdiklərini düşünürdüm. Amma onlar çox gülməli söhbət edirlərmiş kimi qəhqəhə ilə gülürdülər.
Artıq qızın adını da bilirdim. Rəfiqəsi onla sağollaşarkən "Sağol, Leyla" demişdi. Leyla.. gözəl addır. Bu vaxta kimi çox qız görmüşdüm, istər məktəbdə, istər küçədə.. Amma bu qız fərqlənirdi. Digər qızlar kimi bəzənmirdi məsələn. Xaricdən çox ciddi və soyuq görünürdü, amma rəfiqəsinin yanında çox səmimi və gülərüz idi.
Elə danışdım ki, elə bil qızı illərdir tanıyıram. Hardasa 1-2 ay olmuşdu tanıdığım. O da yalnız avtobusda görürdüm təbiiki. Bəzən elə olurdu ki, avtobusda olmurdu. Səbəbini bilmirdim amma. Bəzən düşünürəm ki, qızın haqqında adından daha çox şey bilsəydim.. Bəlkə bir gün.. Niyə də yox?!.
YOU ARE READING
Avtobus
Short StoryRəşad: Çünki, səni sevirəm (21:53) Bir müddət boş-boş telefonun ekranına baxdım. Məndən xoşu gəldiyini demişdi, amma sevdiyini ilk dəfə idi deyirdi. Məncə sevgi daha başqa bir şeydir, daha dərin. Bilmirəm.. Cavab yazmadığımı görüb o yazdı. Rəşad...