Multimediya: İrem Derici - Kalbimin Tek Sahibine
Leylanın dilindən..
Evə çatanda hələ də Rəşadın verdiyi sualın şokunda idim. Telefonumda Wi-Fi açan kimi Instagram'dan mesaj gəlmişdi.
Rəşad: Hələ də gözləyirəm (21:03)
Leyla: Nəyi? (21:46)
Rəşad: Məzələnirsən? (21:48)
Leyla: Yoo (21:48)
Rəşad: Nəyi gözləyirəm görəsən? Bugün sənə verdiyim sualın cavabını ola bilər? (21:49)
Leyla: Sual yadımdan çıxıb deyəsən (21:49)
Rəşad: Sual sənin yadından çıxmış ola bilər, amma sənin qızarmağın mənim yadımdan çıxmayıb (21:50)
Rəşad: Gərək şəklini çəkərdim (21:50)
Leyla: Off (21:50)
Rəşad: Deyəsən hələ yadına düşməyib sual (21:51)
Rəşad: Demişdim ki, sevgilim olarsan? (21:51)
Leyla: Variant var? (21:51)
Rəşad: Var (21:51)
Rəşad: Hə və ya yox (21:52)
Rəşad: Mən birinci variantı seçməyini tövsiyə edirəm (21:52)
Leyla: Niyə? (21:52)
Rəşad: Çünki, səni sevirəm (21:53)Bir müddət boş-boş telefonun ekranına baxdım. Məndən xoşu gəldiyini demişdi, amma sevdiyini ilk dəfə idi deyirdi. Məncə sevgi daha başqa bir şeydir, daha dərin. Bilmirəm.. Cavab yazmadığımı görüb o yazdı.
Rəşad: Deyəsən nəsə oldu.. (21:56)
Rəşad: Cavab yaz da, ürəyim partladı (21:56)
Leyla: Bəs sən belə ani sözlər deyəndə mənim ürəyimi fikirləşmirsən? (21:57)
YOU ARE READING
Avtobus
Short StoryRəşad: Çünki, səni sevirəm (21:53) Bir müddət boş-boş telefonun ekranına baxdım. Məndən xoşu gəldiyini demişdi, amma sevdiyini ilk dəfə idi deyirdi. Məncə sevgi daha başqa bir şeydir, daha dərin. Bilmirəm.. Cavab yazmadığımı görüb o yazdı. Rəşad...