❧ 4

291 49 22
                                    

Multimediya: Mabel Matiz - Aşk Yok Olmaktır

Leylanın dilindən..

Həmin oğlan bir müddətdir ki, ** nömrəli avtobusa minirdi. Demək olar ki, hər gün onunla qarşılaşırdım. Bəzən avtobusu qaçırırdım. Müəllimlər dərsdən gec buraxanda və ya əksinə tez çıxanda avtobusa minə bilmirdim. Və çox təəssüflənirdim. Əməlli-başlı 1-2 aydır gördüyüm, tanımadığım, adını belə bilmədiyim bir oğlandan xoşum gəlirdi. Bunu hələ də Ayselə deməmişdim amma. Artıq səhər avtobusa minəndə gözlərim ilk Ayseli deyil, onu axtarırdı. Onu gördüyüm an səbəbini bilmədiyim bir sevinc yaranırdı içimdə.

Məktəbdən çıxarkən kefim heç yerində deyildi. Direktor bugün sinifimizə girib bir "xoş" xəbər vermişdi. Dərs ilinin qurtarmasına iki ay qalmışdı və məktəbimiz təmir olunmaq üçün bağlanırdı. Biz də məktəbimizin düz yanında yerləşən *** nömrəli məktəbə köçməli idik. Problem budur ki, orada əlavə siniflər olmadığı üçün bizim məktəb günorta smeni olaraq ora gedəcəkdi.

Xəbəri ilk eşidəndə sevinmişdim, ən azından səhər tez durmaq məcburiyyətində deyildim. Sonra ağlıma avtobusdakı oğlan gələndə sevincim alt-üst olmuşdu. Mən günorta smeni olsam, onu artıq heç vaxt görməyəcəkdim axı. Son bir həftə vaxtım var. Bir həftə sonra digər məktəbə köçməli idik.

Aysel məndə olan ruh düşkünlüyünü görüb, nə olduğunu soruşdu. "Heç nə" deyib gülümsəməyə çalışdım. Aysel yalan dediyimi başa düşmüşdü, amma heç nə demədi. Avtobusa minərkən yenə Aysel ilə həmişəki yerimizə oturduq - ən arxa oturacağın qabağındakı oturacağa. Oğlanın mindiyi dayanacağa çatdıqda həyəcanla onu gözləməyə başladım.

Budur o.. Müşahidə etməklə bir neçə xarakterini öyrənmişdim artıq. Məsələn, avtobusda bütün oturacaqlar boş olsa belə çox vaxt ayaq üstə dayanırdı. Bəzən dostları ilə mindiyi zaman isə avtobusa ən arxadakı oturacaqlara otururdu. Əvvəllər taxmasa da son vaxtlar eynək taxırdı. Əsmər, arıq, mənim boyumda, bəlkə də məndən biraz uzun adi bir oğlan idi.

Bu dəfə avtobusa tək minmişdi və adəti olaraq yenə oturmadı, arxa tərəfdə, bizim oturacağa yaxın bir yerdə ayaq üstə durmuşdu. Yenə məktəb forması və qara məktəb çantası üzərində idi. Ona baxarkən bir anda mənə çevirdi baxışlarını və gözlərimiz kəsişdi. Tez həyəcanlandım və işıq sürəti ilə baxışlarımı pəncərəyə çevirdim. Yəqinki bu onun diqqətini çəkmişdi.

Özüm-özümə əsəbləşmişdim, sən niyə axı gözlərini zilləyib oğlana baxırsan?! Biyabır oldum, off...

AvtobusWhere stories live. Discover now