•3•

238 31 22
                                    

Simon

Əsəb pozmaq heç də pis olmazdı?

Ama buna heç halımda yox idi, Sadəcə biraz mahnıya qulaq asıb dincəlməli idim.

Tam mahnını qoşacaqdım ki, qapı kilidi səsi gəldi. Bu atam idi.
Sonunda evin yolunu tapmışdı deyəsən.

"Evdə kimsə var?"

"Otağımdayamm"

Otağımdan çıxıb qapının ağzında durdum və onu seyr etməyə başladım.

Çox yorğun görsənirdi, gözaltlarından da yorğun olduğu bilinirdi.

Mənə baxıb gülümsədi və
"Yemək yeyibsən, gəl birlikdə yeyək"

Saçlarımı qarışdırıb içəri girdi və mətbəxdə nəsə hazırlamağa başladı.
Biraz sonra hərşey hazır idi, ikimiz də qarşı-qarşıya oturduq.

Yeməyə heç iştaham yox idi ama o bu qədər şey etmişdi deyə bir söz deyə bilmədim.

"Oğlum, dərslər necədi?, dostlarınla aran? "

Suyumu içib "hər şey yaxşıdı, Sadəcə biraz dərslər çətindi"

Biraz səssizlik olduğdan sonra sanki bir şey deməyə hazırlaşırmış kimi boğazını təmizləyib, əlindəki çəngəli yerə qoydu.

"Maşınından düşdüyün adam kim idi?"

İçdiyim su boğazımda qaldı"kim? Hansı adam?"

"Dünən axşam kimlə gəldin sadəcə?"

"Dostum idi"

"Özündən 15 yaş böyüklər ilə dost olursan sən?"

Yenə zibilə batmışdım, hər işimə qarışmağa başlanmışdı

"Dostlar arasında nə yaş fərqi? "

"Hər şeyi bilirəm"

Necə yəni hər şeyi?
Nə qədərin bilirdi?
Soyuq soyuq tərləməyə başlamışdım
Ağzımı açıb bir şey deyəcəkdim ki
Yerindən durub məni qucaqladı

"Bax oğlum, necə olduğunun mənim üçün fərqi yoxdur, sən mənim oğlumsan, özünə belə zərər vermə.
Gərəkərsə yenə psixoloqa gedərik"

Artıq bu psixoloq söhbətləri məni bezdirmişdi ama bişey deyə bilmədim.

"Sabah, sənin üçün yaxşı bir psixoloq taparam"

Psixoloq? Əslində biraz yanımda olsa özünü mənə hiss etdirsə bunlara gərək qalmazdı.
Mənə sevgi lazım idi, psixoloq yox.

Telefonuna zəng gəldi və götürüb digər otağa keçdi, biraza qalmaz gedərdi onsuz. Bu qədər qalması belı möcüzə idi.

"Oğlum, mən getməliyəm özünə diqqət et, yaxşı? "

Başımı yelləyərək təsdiqlədim və məni qucaqlayıb getdi.

Yenə qapılar örtüldü və mən yenə tək qaldım.
Yenə bütün qapılar üzümə bağlandı.

Bu çarəsizlik hissi getdikcə məni öldürürdü, beynim yenə öz özünə işə başlamışdı.

Əgər mən olmasaydım nə olardı?

Anam olardı mı?

Anam intihar etməzdi mi?

Anam mənə görə intihar etdi?

Və yenə anamın səsi qulağımda idi, yenə bizim mahnımızı oxuyurdu.

Ona ehtiyacım var idi, ona çox ehtiyacım var idi.

Bir ehtiyac sizi necə sevindirib və eyni zamanda öldürə bilər?

Anamın səsləri gəldikçə mən dəli olurdum

O,ölmüşdü.

O,yox idi.

Bəs bu səslər?

Yerimədən qalxıb yenə səsli bir mahnı qoydum.

Sadəcə onun səsini eşitməyim deyə.

Hər şeyin günahkarı mən idim?

Əllərim ilə qulaqlarımı tutmuş və səsin getməsini gözləyirdim.

Yalvarıram sadəcə çıx ged.

Öz-özümə yenə dsnışmağa və sayığlamağa başlamışdım.

Özüm istəmədən gözlərim bağlanırdı.

Hə, artıq hər yerə qaranlıq hakim idi.

Alt Qonşu/bxbHikayelerin yaşadığı yer. Şimdi keşfedin