"home"

77 13 3
                                    

Wilhelm
Bədənimdəki ağrıları hiss edirdim ama gözümü aça bilmirdim. Qan qoxusu... Heç də yad olmayan qoxu idi. Uşaqlıqdan bəri bu qoxu ilə böyüməmişdim mən?
Digər uşaqlar sevginin nə olduğunu öyrənəndə, Mən nifrətin nə olduğunu və insanları necə öldürə bilərəmi öyrənirdim.
Anamın ölümündən sonra atamla əlaqəm sıfırlanmış və babam məni "tərbiyə" etməyə başlamışdı.

İlk öldürdüyüm insan məndən yaşca sadəcə 3 4 yaş olaraq böyük idi. Sırf bir düşmanın oğludur deyə babamın əmri ilə onu öldürmüşdüm.İndiyə qədər onun gözləri ağlımdan çıxmır. Qəbullanmış və acı içində baxırdı çünki əgər mən onu öldürməsə idim, daha çox yaşayacağı günlər var idi.
Daha çox dostluqlar edəcək, daha sevməyin dadını gələcəkdə alacaqdı ama mən buna imkan vermədim. Sadəcə bir güllə ilə onu öldürdüm. Uşaqlıqda həmişə dua edərdim ki, Yəqin acı çəkməyib, Yəqin onu ağrısız bir şəkildə öldürmüşəm.

Onu öldürməyimi babam bir maarifət kimi əl çalmış və məni ilk dəfə insan öldürdüyümə görə təbrik etmişdi.

Uşaq idim.
Gecə boyunca onun gözlərini düşünüb ağlamışdım. Yaşayacağı illəri ama nəticədə yaşadığı ağrını öz beynimdə hiss edib ağlamışdım.
Ama babam bunu görmüşdü və məni buna görə cəzalandırmışdı.

"Axı.. Axı mən onu niyə öldürdüm? "

"Nə yəni bir düşmən oğluna görə ağlayırsan!!! Heyif olsun əziyyətimə! Məndə deyirəm ki, nəvəm artıq böyük kişi olub ama sən indi qız kimi ağlayırsan. Gərək sənə elə cəza verim ki, ağlından ölənə qədər çıxarma"

.......

Uşaqlıq xatirələrimi xatırladıqca ağrılarım daha da artırdı. Ağrılarım sadəcə fiziki deyil idi, yəqin ki....

Gözlərimi açdığca görüş alanıma babam girirdi. Onun da məni gözlədiyini bilirdim. Yavaş-yavaş hər şey yerinə otururdu.
O, Simonu öldürmədiyimi bilirdi və onun yerini öyrənmək üçün məni bura gətirib işkəncə verirdi. Yaxşı ki, evin yerini özümdən başqa heç kim bilmirdi.

Dostum dediyim şəxsə baxdım əlində silah ilə babamın baş ucunda dayanmışdı.
İndi nə olacaqdı?
Burda ölməyim vecimə deyil idi ama Simon?
O, təkdi.
Təkliyinin səbəbi də mənəm. Əgər burda ölsəm, o orda..
O, tək başına nə edəcəkdi?
Ölüm?

Burdan qurtulmalı idim, özüm üçün yox onun üçün.

"Sonunda dərin yuxundan ayıla bildin, sevimli nəvəm.... "

Ayağa durub otağda get-gəl etməyə başladı.
Otağdaki səssizlik ya ölüm səssizliyi ya qurtuluş səssizliyi olacaqdı..

"Ehtimal ki, burda niyə olduğunu az çox təxmin edibsən. Məni çox əsəbləşdirdin, oysa mən əsəbləşəndə nələr olacağını sən və məndən başqa heç kim yaxşı bilmir mənim balaca nəvəm..... "

"Deməli, Hələ susacaqsan.. İndi isə de mənə, o hardadır? "

Bilirdim.. Bunun olacağını bilirdim. Ama onun yerini heç vaxt deməyəcəkdim.
Susqunluğuma dəvam etdim.

"Sənə dedim ki, o hardadır???!?!? "

"Onun harda olması, Səni niyə maraqlandırır? "

Babam üzümə baxdı və o qorxunc gülümsəməsini gördüm.
"Deməli, məni niyə maraqlandırır elə? Bəs sən?! Sən niyə mənə onunla bağlı yalan danışdın?! Niyə onu öldürmədin?! Niyə mənə qarşı çıxdın?! Niyə onu gizləyirsən?!
Əmrlərimə artıq qarşı gəlməyi öyrənibsən, hə?
Niyə?! Bir balaca küçüyə görə?
Ona görə mənim sözümdən çıxırsan?

Alt Qonşu/bxbHikayelerin yaşadığı yer. Şimdi keşfedin