Simon
Otağımda(əsir tutulduğum yerdə) oturub qalmışdım, neçə gün idi ki bir şey yemədiyimdən artıq heçnəyə halım qalmamışdı.
Nə qaçmağa, nə dəki qaçmağ ilə bağlı planlarıma. Gün getdikcə ölürdüm elə bil.
Evim tam burnumun dibində idi, mən isə gedə bilmirdim. Bunun çarəsizliyin hiss edə bilirsiz?
Evimə bir neçə addım ama mən burda qurbanlıq qoyun kimi oturmuşdum.
Atamın evə qayıdıb oğlum hardadı deyə fikirləşməsi üçün dua edirdim, yoxsa ağlımı qaçıracağdım.
Sadəcə 2 gün içində nə yaşamışdım mən?
Ölüm? Qan? Qorxu? Qatil?
Bir anda hər şey məhv olmuşdu.
Əslində bunların başında da bir hekayəm yatırdı ama sizə bunu sonra danışaram.
Ağlıma son etdiyim hərəkətin gəlməsi ilə üzümü buruşturdum, iyrənc bir insan idim, həqiqətən də.
Boynumdaki ağrıda bunu təsdiqləyirdi.
O an nə olmuşdu?
Adam məni boğazımdan tutub yerə tullamışdı"sənin kimi iyrənc biri?!?! Necə olar mənə toxunarsan?!? Xəstəliyini mənə də keçirmək istəyirsən səni şərəfsiz!?! "deyərək qarnıma iki-üç təpik də atmışdı.
O anın əsəbi ilə etmişdim əslində hər şeyi, hər şey bir birinə o qədər gəlmişdi ki.
Uşağlığımdan bəri eşitdiyim sözlər" pis, iyrənc, Xəstə "və dahası.
Özümü saxlaya bilmədim.
İndi də axan gözyaşlarıma sahib çıxa bilmirdim, beynimdə" indiyə qədər nə düzgün gedib ki həyatında indi də getsin "fikirləri dolaşırdı.
Hər şey doğru idi, iyrənc biri idim mən.
Sırf özümə görə digər adamlar ilə yatmışdım, sırf ilgiyə görə. Mən çox murdar adam idim. Çox.
Heç sevmədiyim biri ilə olmaq oyuncaq idi mənim üçün. Bəs sevgi nə idi?
Sevilmək nə idi?
Dəyər görmək?
Və yaxud sevmək nə idi?
Hamısı boş.
Mən sevginin dəyərsizliyini atamın anama baxdığında gözlərinin gülməsi ama anamın hər gün onu aldatması ilə yadımda saxlamışdım.
Sevgi hər şey üçün yetərliydiysə, bəs anam?
Anam nə üçün intihar etdi?
Atamın sevgisini heç hiss etmədi?
Günahkar atam deyil idi, Yenə mən idim.
Sadəcə mən.
Qapının qırılacaq kimi açılması ilə xəyallarım məni tərk etdi. 3 4 gündü əməlli görmədiyim sima yenə qarşımda idi.
"Qalx, tez ol!! "
"Yenə nə olub? "
Yenə beyni çönüb üstümə gəlmişdi.
"Sevgili atan gəlir, qalx və yuxarı çıxaq tez! "
Bir şey deyə bilmədən məni qapıdan sürüyərək çıxardı, göz qırpımında qapıya çatdığımızda hər şeyin nə qədər ciddi olduğunu anldım. Bu mənim son şansım idi, atam bir şey deməsəmdə anlayar çünki mənim atamdı elə deyil?
Ən azından işarələr ilə bir şey anlada bilərdim.
"O balaca beynindən qaçmaq və yaxud da atana bir şey demək barədə bir şey keçirmə, yoxsa ölərsən"
"Onsuz öldürməyəcəksən?? Yəni risk almağa dəyər elə deyil?? "
Onun sözlərinin altında qalmaq heç də xoş bir şey deyil idi, buna görə çənəmi tuta bilmir və hər işin içinə p*x qoyurdum.
Mən bunları fikirləşərkən o çoxdan mənə yaxın gəlmiş və məni qapıyla arasına almışdı.
ŞİMDİ OKUDUĞUN
Alt Qonşu/bxb
Non-Fictionbilinməyən nömrə :mahnının səsini ala bilərsən? zəhmət olmasa? -yox bilinməyən nömrə:insan kimi soruşdum? -ala bilirsən gəl al ✊ Ya sataşdığım alt qonşum Azərbaycanın ən təhlükəli şəxslərindən biri olarsa?
