Simon
Nə edəcəyimi bilmədən qapının ağzında dayanmışdım. Niyə burda idim?
"Gir içəri"
Dediyi ilə yavaş addımlar ilə onun evinə girdim.
Bəli, evdən çıxmışdım və o məni öz evinə gətirmişdi.
Nə etmək istəyirdi?Qorxmuşdum. Buna səbəblərimdə var. Kim qorxmazdı ki, az əvvəl öləcəkdim?
Qaçmağa çalışmaq fikrini isə bir müddətliyinə unutmuşdum çünki hər an ölə bilərdim.
Məni niyə evinə salmaq istəyirdi ki?
"Girəcəksən yoxsa burda ölmək istəyirsən?"
Sərt səsi ilə elə danışmışdı ki, titrəmişdim.
Qorxaq gözlər ilə ona baxdım ama mənə baxmırdı. Qapını açmağımı gözləyirdi.Evə girdim, yavaş-yavaş addımlarımı atdım. O qədər yavaş idim ki, ayağlarımı sürüyərək girdim.
"Sabaha evə girməyi planlayırsan? "
"Məni bura niyə gətiribsən? "
"Görürəm yenə özünə gəldin? "
"Sadəcə bunları niyə edirsən? "
"Boş ver və içəri gir"
Evində bir adam öldürmüşdü və indi məni də evinə gətirdi, ya məni də öldürmək istəyirdi?
"Məni öldürəcəksən? "
"Öldürmək istəsəm öldürərdim"
"Az əvvəl öləcək olan mən idim? "
Gülümsəyərək baxdı
"Çox danışırsan sadəcə əlini qıracaqdım""Məni bura bəs niyə gətiribsən? Nə üçün? "
"Ehh çox danışdın ama sadəcə qorxutmaq idi məqsədim.Mən mənə ziyanı dəyməmiş birinə heç nə etmərəm, və öldürmək istəsəydim qorxutmazdım , öldürərdim. "
Bunu dedi və məni içəri itələdi. Evindən əməlli-başlı çox pis qoxu gəlirdi. Buranın havasını heç sevməmişdim.
Bir anda başıma bu qədər hadisə gəlmişdi. Sadəcə bir anda. Bu mənim həyatım idisə, Hər şey ola bilərdi çünki hər zibil məni tapırdı.
Qabağda yeriyərkən arada bir arxaya baxırdı ki, onu izləyirəm ya yox?
Beynimdə bir şey var idi sadəcə istədiyi nə idisə onu edib cəhənnəm olmaq istəyirdim. Heç nə vecimə deyil idi.
Ani bir dayanma olduğu üçün ona dəymədən dayana bilmədim. Arxaya əsəb ilə baxıb
"Biraz diqqət et, balaca kor deyilsən"
İndi bir söz deyərdim ama halım yox idi.Otağın qapısını açacaqdı ki, bir anda onu dayandırdım.
Nə edirsən deyə bir baxış atdı
"İstədiyini etsəm məni buraxacaqsan?
Biraz düşünür kimi edib
" Hmm ola bilər ""Bu tam cavab deyil"
"Sənə açıqlama verməliyəm? "
"Hə, çünki məni narahat edirsən və bir anda evimə girib bütün həyatımın içinə edirsən. Məni öldürməyə çalışırsan və sonra açıqlama deyirsən. Bax söz verirəm heç kimə heç nə deməyəcəm. Sadəcə artıq öz həyatıma dəvam etmək istəyirəm, anlayırsan? "
Bir nəfəsə dediyim şeylər ilə durub mənə baxdı. Yenə üstümə gəlməyə başlayırdı və mən bundan iyrənirdim artıq.
"Hmm əslində düz deyirsən onsuz indi edəcəyin şeydən sonra polisə də gedə bilməyəcəksən. Hə, hə səni anlayıram. Hmm düşündümdə haqlısan səni rahat buraxacam. "
Bir anda bu qədər anlayışlı olması çox qəribə idi ama artıq öyrəşmişdim. Bir manyakdan da belə bir şey gözlənərdi.
"İndi isə işə keçək"
Deyib otağın qapısını açdı və mən daha nə olduğunu anlamadan məni içəri atdı.Bunun şiddəti ilə özümü saxlaya bilməyib yerə yıxıldım.
Dizlərimin ağrısı ilə üzümü buruşturdum ama ağrını belə unudacaq bir şey gördüm.
"Beyinlərini s!kdiklərim bir işi də əməlli görə bilmirlər. Neçə dəfə dedim ki, buranı tamamilə təmiz edin ama əllərindən gəlmir. Məndə fikirləşdim ki, buranı sən təmizləyə bilərsən buna görədə səni gətirdim. Yəni, anlayacağın sadəcə təmizlik edib məndən qurtulacaqsan."
Arxadan eşittiyim iyrənc gülümsəməsi qulaqlarıma doldu, iyrənirdim. Əlimin altındaki qanın soyuqluğundan qorxurdum.
Beynimə həmişə gətirməkdən qorxduğum anlar gəlməyə başlayırdı."Hmm, balaca buranı nə vaxt tərtəmiz etsən onda səni buraxacam. Başının üstündə də kamera var. Hmm yəni birdən biri bu görüntüləri polisə versə çox pis olar. Balaca bir uşaq cinayət işləyib elə deyil? "
Beynin onun sözlərini anlamayacaq qədər keyimişdi və o hələ danlşmağa dəvam edirdi. Keşkə əlimdə olsa da onu burdaca öldürsəm deyə düşündüm.
"İstədiyin qədər zamanın var, bilirsən ki çox yaxşı insanam buna görə sənə vaxt vermirəm, təmizlə və çıx hər şey sənin əlində."
Addım səsləri uzaqlaşdı, burda tək qalmışdım?
Yox, ola bilməz.Beynim düşünmədən edə bilmirdi, indi keçmişi xatırlamaq istəmirdim.
Yox.Beynimdən nifrət edirdim.
"Bunu sən etdin? "
"Kimi öldürdün? "
"Tam bir lənətli uşaqsan? "
"Əllərində oyuncaq olmalı idi qan yox"
Səslər məni dəli edirdi, yox burdan çıxmalı idim. Bu səslər məni öldürə bilərdi.
Qapıya hücüm çəkdim ama kilitli idi.
"Qapını aç!! "
"Yalvarıram biri qapını açsın"Boğazım ağrıyırdı, özümdə deyil idim.
Heç kim gəlməyəcəkti?
Bu səslər ilə yalnız qalmaq?
"Yox, yox sakit olmalıyam hə. Mən heç nə etməmişəm. Yox. "
"Hər şeyin səbəbi sən ikən necə sakit ola bilərsən? "
"Kəs səsini!!"
"Kəs!! "
"Kəss!! "
Yorğunluq ilə yerə çökdüm, otaq necə də günah dolu idi. Burda öləcəkdim. Sadəcə səslər getsin. Sadəcə getsinlər.
Əllərimi qulaqlarıma sıxdım və səsləri s!ktir etməyə çalışdım ama onlar mənim beynimdə idilər. Beynimi yeyirdilər.
"Mən heçnə etməmişəm" özümü qorumağa çalışırdım ama alınmırdı. Heçnə alınmırdı.
Günahkar idim?◕◕◕◕◕◕◕◕◕◕◕◕◕◕◕◕◕◕◕◕◕◕◕◕◕◕◕◕
Yorumlarınızı gözləyirəm...
Byeee.
ŞİMDİ OKUDUĞUN
Alt Qonşu/bxb
Literatura Faktubilinməyən nömrə :mahnının səsini ala bilərsən? zəhmət olmasa? -yox bilinməyən nömrə:insan kimi soruşdum? -ala bilirsən gəl al ✊ Ya sataşdığım alt qonşum Azərbaycanın ən təhlükəli şəxslərindən biri olarsa?