Simon
Bu Mənzəri sağ şəkildə görəcəyimə inanmırdım. Həmçinin onunla birlikdə.
Ya bir yuxu olmalı idi ya da gerçək.
Ya çox gözəl bir yuxu idi yada kabusların ən pisi.Mənə çıxmağı özü təklif etmişdi, qaçacağımdan qorxmurdu?
Ama burda da hara qaça bilərdim ki?İndi isə onunla birlikdə yerdə uzanmış və göy üzündəki ulduzları seyr edirdik.
İkimizdən də səs çıxmırdı ama sanki bir-birimizlə anlaşırdıq.
İndi danışmağın nə vaxtı nə zamanı idi.
Başımı yavaşca ona döndərdim, gözlərini qırpmadan göy üzünə baxırdı.
İçimdə heç vaxt ifadə edə bilməyəcəyim bir hiss var idi. Boşluq, qorxu, üzüntü həmçinin də çölə çıxdığım üçün xoşbəxt idim."Mən bir ölüyəm"
"Nə? "
"Ruhu öldürülmüş biri ölü sayılır da elə? "
"Yəqin ki, sayılır. Ama"
"Aması yoxdu, onsuz çox yaşayacağımı düşünmürəm. Çox ömrüm qalmadığını da bilirəm. Ama ölümümün nifrət etdiyim insanlar tərəfindən olmasını istəmirəm. Əsas da, babam tərəfindən"
Özündə olmadığına and içə bilərəm. Ölüm mövzusu ən sevdiyim mövzu idi, həmişə bunun haqqında düşünüb özümü öldürmək istəmişəm.
Ama indi?
İndi qorxudum
Bu mövzu gözlərimi dolduracaq, Hətta ağladacaq qədər güclü idi.Onun kimi güclü birinin ölüm haqqında danışması.
Görəsən məndən də nifrət edirdi?"Mənim də çox ömrüm qalmayıb, ən azından bir gün öləcəyimi bilirəm. Və ya səndə məni öldürə bilərsən, Hələ əlindəyəm"
"Səni öldürmək?!!? " dəli kimi uzandığı vəziyyətdən oturaq vəziyyəti aldı.
"Əgər biri ölməli olsa, bu mən olmalıyam. Əgər, sənə bir zərər gəlsə. Mən bilmirəm. Bilmirəm. Sənə zərər gəlməsini istəmirəm. Sənə heçnə olmasın. Ölümü belə gözə alaram.istəsən ölərəm belə"
Çiyinlərimdən tutub məni özünə çəkmişdi
"Nə yəni, səncə mən səni bir gün öldürərəm? Səni öldürməyimi istəyərdin?
Niyə?!!
Niyə məni bu işə salırsan?
Məni öldürəcəyini deyirdin indi isə sənin üçün ölərəm deyirsən
Mən heç kimi öldürmək istəmirəm. Heç kimi. Səni də. "Ağlamağa başladığımı sonradan hiss etmişdim.
Bunların nəyə görə baş verdiyini , nə üçün belə olduğunu heç nə bilmirdim.Çiyinlərimi buraxıb uzandı.
"Atan sağdı və yaşayır""Ama hamı bizi axtarır. Polislər, babam və sənin atan. Ama babamın məqsədi başqadır bilirsən? İşığımı söndürmək, ulduzumu əlimdən almaq istəyir... Səni.... Məndən almaq istəyir. Mən bizi satmadım. Sənin yerini demədim ona çünki. Çünki hiss edirəm, Sən mənim son işığımsan. Sən. Sən mənim üçün fərqlisən.
Sən mənim babama qarşı çıxmağıma səbəb olan işığımsan. ""Səni sevirəm.. Səni çox sevirəm Simon. Nə vaxt oldu, neçə gün oldu bilmirəm. Ama hisslərimin olduğunu bilirəm. "
Beynim dayanmışdı. Nə onun dediylərinə bir reaksiya verirdim, nə də bir söz deyə bilirdim.
"Məni sevməyinə ehtiyacım var Simon ama bunun heç vaxt olmayacağını bilirəm. Buna görə sadəcə yanımda olmağını və məndən sonra xoşbəxt yaşamağını istəyirəm"
Wilhelm
2 gün əvvəlSimonun sevdiyi gülü tapmağa çalışırdım. Yuxuda sayıqladığı gülü tapıb ona verəcəkdim.Bəlkə biraz xoşbəxt olardı, neçə həftə olardı ki, o otağdadır. Hətta onu ordan çıxarmağın vaxtı gəlmişdi, onun da yaşamağa ehtiyacı var idi.
Bundan sonra sadəcə onun xoşbəxt yaşamasını istəyirdim. Mənli və ya mənsiz.
Ama babam buna imkan verər miydi bunu bilmirəm?Ona görə də, Simonu özümün öldürəcəyinə söz vermişdim
Onu qaçırdığım gün əslində onu öldürməliydim.
Ama necə edə bilərdim?
Öldürə bilmədim və yalan atdım.
Öldürdüyümü dediyimdə belə içimdə qopuğluq oldu.İndiyə qədər adamlarım mənə kömək edirdi.
Adını al, ortaya çıxsın.
Babam zəng edirdi.-alo, oğlum
-buyur, baba
-tez evə gəl
-çox önəmlidir?
-tez
Babam həmişə ciddi idi ama bu dəfə səsi daha pis gəlirdi.
Tez onun yanına gedib Simonun yanına qayıtmalı idim, çox gec olarsa qorxardı birdən.Maşından düşüb evə girdim, Yəqin ki otağında məni gözləyirdi.
O otağla bağlı bir çox pis anlarım olmuşdu.
İlk dəfə döyülməyim, cəzalandırılmağım o otağda olmuşdu. Ama artıq qorxmurdum. Cəsur olduğum üçün deyil, öyrəşdiyim üçün idi.
Doğulduğum gündən bəri bunları yaşayırdım, necə öyrəşməyim?Otağa girdim, televiziya yenə açıq idi. Babam mənim uşaqlıq videolarımı qoyub baxırdı. Qapının açılması ilə arxaya döndü və mənə güldü "sənə demişdim axı mənə qarşı çıxma"
Nə dediyini anlamadan, başıma bir ağrı girmişdi. Başımdaki ağrı ilə gözlərim qaraldı. Məni vuran mənə ən yaxın olan adamım idi, ona yaxın dostum deyirdim
Axı mən ona özümlə bağlı olan bütün planları danışmışdım, indi niyə belə edirdi?
Daha çox dayana bilmədim və gözlərim qapandı...
![](https://img.wattpad.com/cover/349815043-288-k918815.jpg)
ŞİMDİ OKUDUĞUN
Alt Qonşu/bxb
Nonfiksibilinməyən nömrə :mahnının səsini ala bilərsən? zəhmət olmasa? -yox bilinməyən nömrə:insan kimi soruşdum? -ala bilirsən gəl al ✊ Ya sataşdığım alt qonşum Azərbaycanın ən təhlükəli şəxslərindən biri olarsa?