Wilhelm
Mənzərəmiz çox gözəl idi.
Ancaq mənim üçün onun gözlərindən gözəl bir mənzərə yox idi.
O, anın dadını çıxarırdı. Ulduzlar sanki öz gözəlliklərini ortaya çıxarmaq üçün daha parlaq şəkildəydilər.
Mənim ulduzlara baxmağıma ehtiyac yox idi, bunu Simonun gözlərində görürdüm. Onun gözləri ilə dünyaya baxırdım.
O ulduzlara mən isə ona baxırdım və heyran olurdum.
Külək əsdikcə onun saçlarından yayılan qoxu burnumu doldururdu.
Qoxusu insana bir baxçada gəzdiyini hiss etdirirdi. Güllərlə dolu bir baxçada. Hər birinin özəl qoxusu var ama onun qoxusu bunların qarışığı idi. Sakitlik tapşırığım bir qoxu idi. Özümü cənnətdə hiss edirdim və hər şey onun sayəsində idi.
"Bilirsən, Mən uşaq vaxtı bir astronom olub ulduzlara yaxından baxmaq istəmişəm. Onları daha yaxından incələmək və haqqında daha çox şey bilmək istəmişəm ama olduğum vəziyyətə bax"
Simon çox danışan deyil idi ama hərdən söhbət açmağı sevirdi.
*Sən hələ uşağsan"
Tərs tərs mənə baxdı, onu əsəb etmək xoşuma gəlirdi.
*məni əsəb etmək istədiyini bilirəm ama əsəblşməyəcəm. Uşaq olmağın nəyi pisdir ki??? Sən ama qocasan. Uşaq olanda istədiyini edə bilərsən ama qoca olandaa olmaz"
"Əsəbləşmirəm deyirsən ama sifətinə bax. Hah. Bu qaranlığda belə qıpqırmızı olmağın görsənir. "
"Nəə?! Mən?! Heç də"
"Nə sən? Uşaqlara əsəbləşmək olmaz"BunuBunu deyib gülməyə başlamışdım ki, qarnıma yediyim şillə ilə dayandım. Bu mənə necə təsir etsin?
Ama məndə onu peşman etmək üçün özümü aktyorluğa vurdum.
" Ahh, yaramın üstünə vurdun "
"Nə?! Mənim yadımdan çıxmışdı ki.. Çox pis ağrıyır? Nə edim? Nəsə gətirim? "
Üzündəki qorxunu görüb dayana bilmədim və gülməyə başladım, o isə başı qarışmış halda mənə baxırdı.
"Nəə? Məni dolayıbsan? Nçnç məndə gic kimi qorxdum"
Mənə tərs baxış atıb uzandı.
"Yaxşı da, küsmə"
"Sən çox huysuz qoca olumusan"
"Biraz tərbiyəli ol"
Hıh deyib heç mənə cavab da vermədi, Elə olduğum yerdən özümü atıb uzandım. Qoxusu daha aydın gəlirdi indi.
Son istəyim olsa, bu qoxu ilə ölmək belə istəyərdim. Ya da elə onun yanında?
Yox, o zaman bundan çox əziyyət çəkərdi.. Olmaz
"Mənə qulaq asmırsan qoca? "
"Həə.. Nə? "
"Deyirəm ki, Bəs sən nə olmaq istəyirdin? "
"Mən? Yəni necə ki? "
"Off, uşaq olanda nə olmaq istəyirdin?
Uşaq olanda..
" Bunu heç düşünməmişəm ki"
"Necə yəni? Uşaq olanda nə olacağını düşünmürdün? Və ya gənc olanda? "
"Elə bir haqqım heç olmayıb. Yəni, bunu babam biləcəkdi. İstədiyi yerdə, istədiyi ixtisas və ya hansı şirkətdə başda olacağımı.. Babam bunları düşünməyimə heç icazə verməyib əslində"
Biraz sükut oldu, Bəlkə də söhbətin ağırlığı üstümüzə çökdü..
"Yaxşı onda indi düşün, nə olmaq istəyirdin və ya indi nə olmaq istəyirsən? "
Həqiqətən bir uşaq idi, bu sualı soruşanda həyəcanla uzandığı yerdən qalxdı.
ŞİMDİ OKUDUĞUN
Alt Qonşu/bxb
Nonfiksibilinməyən nömrə :mahnının səsini ala bilərsən? zəhmət olmasa? -yox bilinməyən nömrə:insan kimi soruşdum? -ala bilirsən gəl al ✊ Ya sataşdığım alt qonşum Azərbaycanın ən təhlükəli şəxslərindən biri olarsa?
