Simon
Daha nə qədər qaçmalı idim keçmişimdən?
Ya da nə qədər sıxışıb qalmalı idim burda?
Beynim yaşamağıma imkan vermir.
Səslər imkan vermir.Susdurmaq asandır bu səsləri ama anamın dediyi kimi mən çox qorxaq biriyəm.
"Heç vaxt sevmədim səni"
"Heç vaxt sevmədim sənii"Anamın səsləri qulağıma dolurdu, artıq dözə bilmirdim
"Niyə ana? Niyə? Heç mi sevgiyə layiq biri olmadım? Heç mi oğlun ola bilmədim? "
Yüksək bir Qəhqəhə səsi, əvvəllər anamın səsinin verdiyi huzur yox idi içində..
"Oğlum kimi?
Sən mənim gəncliyimin qatilisən!
İnsan bir qatili sevə bilər mi?
Sənə görə cavanlığımı, bütün həvəsimi, sevdiyimi itirdim mən, Hər şey sənə görə oldu"Anamı tapmağa çalışırdım səsi hər yerdə özü isə yox idi..
Nə qədər qaçmalı idim?"Anaaa! "
Harda idi?
Harda idi?Pəncərənin qarşısında onu gördüm, orda idi
Yavaşca dönüb mənə baxdı
"Ölümümə səbəbkar sənsən, o atandır başqa heç kim yox, başqa heç kim""Ana, nə olar etmə!! Birdə atama bu haqda demərəm.
Nə olar gəl yanıma"Anam mənim üzümə belə baxmadı, Sadəcə özünü o pəncərədən aşağı buraxdı. Sadəcə ölümü seçdi.
Məni, atamı geridə qoydu.
Özü ilə birlikdə uşağlığımı, Xoşbəxtliyimi də öldürdü.
Heç mi sevməmişdi məni?Divarlardan qanlar axırdı, bu qanın içində boğulacaqdım, öləcəkdim.
Yox! Yox! "
"Özünə gəl! Özünə gəl mənə bax! "
Başımda mənə qışqıran onu görməm ilə nə olduğunu anlamadım. Gözlərimdəki yaşları hiss etdim.
Yenə eyni kabuslar."Qalx, su iç" verdiyi suyu əlimə alıb içməyə başladım, özümü neçə illər idi ki susuz qalmış kimi hiss edirdim.
Sonra yenə yerimə uzandım o da uzandı."Yaxşısan?" mənə verdiyi sual ilə dönüb ona baxdım ama o tavanı seyr edirdi, məndə onun etdiyi kimi etdim
"Süperəm"zorla da gülümsədim
" Deyəsən, bir ortaq cəhətimiz var, eyni kabusları görürük "o da gülümsədi
" Off, eynən dünya dağılacaq"
"Nə haqqında kabus görürdün? "
Susdum o da "yaxşi, Elə bil ki soruşmadım"Biraz susdum "əslində anamla bağlı yuxular idi, anam ölüb"
"Bilirəm"
"Hardan bilirsən? " Birdən ona tərəf döndüm
"Araşdırdım"
"Bilirsən mən hər gün onun sevgisini gözləyərkən, Hətta bəzən başımı şığallamasını belə böyük bir sevgi işarəsi bilərkən, o məndən nifrət etdiyi dedi"
Gözlərimin dolmasına baxmayaraq dəvam etdim
"Hər gün etdiyi şeylərə susdum, çünki nə vaxt belə etsəm gecələri mənlə yatıb mənə nağıl danışardı. O anlar ən xoşbəxt insan olardım, çünki anamın məni sevdiyinə inanardım"
"Uşaq idim, Sadəcə bir uşaq. Onun uşağı idim, necə mənə nifrət edə bilərdi ki? Niyə? Nə etmişdim"
Susub göz yaşlarımı sildim
"Ama bəzən haqlı olduğunu düşünürəm bilirsən?
Bəlkə də mən olmasaydım o atamla evlənməzdi, öz sevdiyi ilə qaçıb gedərdi buralardan.
İstənməyərək dünyaya gələn birisiyəm, buna görə də həmişə belə şeylər gəlir başıma. Həyatda olmağımı belə istəmir, bu dünyaya aid deyiləm, olmayacam da. Sevilmədim, sevilməyəcəm də.
Sadəcə ölməyi gözləyirəm "Gözyaşlarımın arasına hıçqırıqlarımda qarışdı sonra o məni qucaqladı. Elə qucaqladı ki, özümü ilk dəfə insan kimi hiss etdim.
"Sadəcə uşaq idim"
Bu sözü deməkdən başqa heçnə etmirdim.O da bir tərəfdən gözyaşlarımı silib belimi ovurdu "şşş, yaxşı hər şey keçdi getdi"
Başımı qaldırıb ona baxdım, məni öldürməsi lazım olan bu insan indi mənə dəstək olurdu.
Həyat nə qədər qəribə idi, Elə deyil?Yaxın olmağımızdan qaçınarkən, indi bir Birimizin dibində idik, nəfəslərimiz bir birinə qarışırdı.
Başını mənə daha da yaxınlaşdırıb"bir ortaq cəhətimiz daha var, ikimiz də yetərincə sevgi görməmişik, biz bu dünyanın yalnız bayquşlarıyıq"sonra o güldü.
Məndə güldüm.
Sonra dodaqlarımda dodaqlarını hiss etdim, nəfəslərimiz qarışmış və bütün olmuşduq.
İllərdir bu anı gözləyirmiş kimi..
Bəlkə də yetərincə sevgi hiss etmədiyimizə görə bu halda idik?
★★★★★★★★★★★★★★★★★★★★
Bizim hikayemizde sevgi var..
Yorumlarınızı, dəstəyinizi, oyları unutmayın..
Təşəkkürlər
![](https://img.wattpad.com/cover/349815043-288-k918815.jpg)
ŞİMDİ OKUDUĞUN
Alt Qonşu/bxb
Non-Fictionbilinməyən nömrə :mahnının səsini ala bilərsən? zəhmət olmasa? -yox bilinməyən nömrə:insan kimi soruşdum? -ala bilirsən gəl al ✊ Ya sataşdığım alt qonşum Azərbaycanın ən təhlükəli şəxslərindən biri olarsa?