•2•

368 44 28
                                    

Simon

Dostlarım ilə sağollaşıb sinifdən çıxdım, bugün bir yerə getməliydim buna görə tələsirdim.

Anamı ziyarət edəcəkdim buna görə ona güllər almalı idim çünki əliboş gedəndə mənə əsəbləşirdi.
Ama əsəbi olmadığı vaxtda yox idi.

Anamı uşağkən itirmişdim.
Uşaq olsamda çox şeyi xatırlayırdım, unudulacaq kimi deyil idi.

Böyüdükdən sonra anladım əslində anamın ruhunun çoxdan öldüyünü.
Buna görə bəzən atama nifrət də edirdim, özümə isə daha çox.

Anamın çox gözəl səsi var imiş,çox gözəl mahnılar oxuyub gələcəkdə müğənni olmaq istəyirmiş ama bütün planları, arzuları atamın ona elçi gəlməsi ilə son bulmuştu.

Babam anamın istəklərini göz ardı edib və onu məcbur atamla evləndirib sonra isə mən olmuşam, ona bir ayağbağı olaraq.

Uşağikən bir normal anım olmamışdı ama anam həmişə gəlib gözəl səsiylə mənə mahnı oxuyardı, bizim mahnımızı.
Hətta bəzən mənim yatdığımı düşünüb məni saçlarımdan da öpərdi.
Bunu hiss etdiyimdə çox sevinərdim, anam məni sevirmiş deyə düşünərdim.

Atamla isə olduqca uzaq idi, buna görə atam evə çox gec gələrdi. Birlikdə olarkən isə həmişə dava edər, anam xəyallarından danışıb ağlayardı.

Böyük bir "ah" çəkib yeriməyə dəvam etdim.
Çiçək dükkanı tam da qabağımda idi, ordan papatya dəstəsi alıb çıxdım. Anam bunları çox sevərdi.

Oturmuş vəziyyətdə anamın məzarına baxırdım və nə danışacağımı düşünürdüm.
Onun üçün bir peşmanlıq idim mi deyə sual vermək istəyirdim.

Son günlər çox tez-tez yanıma gəlirdi. Səsini, mahnımızı çox eşidirdim.
Yoxsa dəli olurdum?
Yox, Bəlkə də anam onu yanımda hiss etməyim üçün edirdi hərşeyi.

Axşam olduğuna görə artıq gedə bilərdim, evin yolunu tutdum və qulağcığıda qulağıma taxdım. Ən sevdiyim mahnılardan birini qoşdum və yavaşca yeriməyə başladım.

Mənə mi elə gəlirdi yoxsa kimsə siqnala mı basırdı bunu bilmirdim. Dönüb baxmaq üçün arxamı dönəcəkdim ama motosikletin tam ağzımın içindən keçməsiylə özümü itirib yıxıldım.

Sonra isə həmin motosikletin arxasıyca 2 3 maşın getdi.
Bunlar ağıllarını itirmişdi burada heç yarış etmək olar?

"Sizi axmaqlar biraz diqqətli olun diqqətli!! "

Nə qədər qışqırsamda səsim təbii ki də, eşidilmədi.
Bütün günümü pozmuşdular.

Ağlımdan keçən bütün söyüşləri onlara yağdıraraq evə getdim.

Binaya girmədən qabaq həmin evə baxdım, alt qonşuma.

Hələ evə gəlməmişdi, ışığı yanmırdı.
Belə ki, düşünəndə onu əsəb etməyin necə də xoşuma gəldiyini düşündüm.
Əslində dünən mənə yazmasa idi, başqa şeylər olacaqdı ama nəysə.

Tam 9cu mərtəbədə qalırdım və buna görə liftdən istifadə etməliydim, bundan nifrət edirdim. Qapalı yerlərə bir nifrətim var idi.

Liftə minim 9u basdım, tam lift bağlanacaqdı ki kimsə ayağını tez qapının arasına qoydu və lifti dayandırdı.

İçəri girən bir oğlan idi. Çox ciddi görkəmi var idi sanki hər an birini boğmaq istərmiş kimi əsəb dolu idi, bunu boğazından çıxan damarlardan görürdüm.

Onu çox incələmiş olacaqdım ki, dönüb üzümə baxdı və mən nə deyəcəyimi bilmədim. Çox əsəbi baxırdı.

"Nəyə baxırsan?

Səsim tutulmuşdu? Nə olmuşdu mənə?
Səsimin titrəməməsini dua edib danışa bildim.

" Mən sadəcə neçənci mərtəbəyə gedirsiniz deyə soruşmaq istəyirdim"

"Bunun sənə dəxli yoxdu, istədiyin yerə ged sonra mən gedəcəm."

Nəə!!? Bu necə hörmətsizlik idi. Ən azından sakit bir şəkildə deyə bilərdi. Mən heç bu sözün altında qalaram!?

"Hm, Bilirəm mənə dəxli yoxdu ama məncə bir tərbiyə dərsi almalısan! Biraz danışmağı öyrən."

Dönüb üzümə baxdı və səmimi olacağdım qorxdum.
Bu xasiyyətimdən nifrət edirdim.
Birinə qarşı susa bilməzdim ama sonra da olan mənə olurdu.

Dönüb aramızda olan biraz məsafəni bağladı və olduqca yaxın durdu.
Bir qolunu tam başımın üstünə qoyub məni divarla arasında saxladı, daha doğrusu həps etdi.

Mən isə nəfəs ala bilmirdim, bu yaxınlıq çox idi.

"Mənə bax uşaq! Səs tonuna, hərəkətlərinə diqqət et! Kimlə damışdığını bilmirsən! "

Aramızdaki məsafə məni olduqca narahat etdi və onu itələdim. Daha doğrusu, çalışdım. Çünki bir qram belə yerindən oynamadı.
Bunun olması normal idi, Mən onun yarısından belə az idi. O çox böyük və əzələli idi, mən isə çox cılız idim.
Yanında həqiqətən bir uşaq kimi qalmışdım.
Ama buna belə baxmayaraq sözümdən geri qalmırdım.

"Məni təhqir edə bilməzsən! Və uzaq dur biraz! Uzaq."

Üzündə çox böyük bir gülümsəmə yayıldı və bir psixopat kimi Qəhqəhə çəkməyə başladı.
Sonra isə birdən gülümsəməsi dondu

"Bax, uşaq əlimdən bir qəza çıxmadan çıx get və məni daha çox əsəbləşdirmə. Məndən uzaq qalmaq istəyirsən? "

Deyib mənə daha yaxınlaşdı, biraz daha

Yaxşı ki, lift vaxtında dayandı və mən onun qolunu dişlədim. Bəli, qolunu dişlədim çünki onu itələyə bilməzdim. Tez əlini çəkdi və məndə liftdən qaçdım.
Mənə son olaraq gülümsəyərək baxdı , mən isə dinc durmadım və orta barmaq çəkdim.

Bugün hər şey məni tapırdı, bu binada normal heç mi insan yox idi?

Evin qapısını açıb içəri girdim, atam hələ gəlməmişdi.
Ya çox gec gələr yada heç gəlməzdi. Artıq öyrəşmişdim.
Özümü divana atıb gözlərimi yumdum və olanları düşündüm.

Həqiqətən də harda anormal insan var məni tapırdı.

Bugün çox əsəbləşmişdim və əsəbimi çıxmağa biri lazım idi.
Bunu düşünüb tez pəncərədən aşağı baxdım, alt mərtəbənin ışığı yanırdı.

Biraz əsəb pozmaq heç də pis olmazdı?

Alt Qonşu/bxbHikayelerin yaşadığı yer. Şimdi keşfedin