Mr. Loverman

84 12 13
                                    

Bazen öyle sanıyor ki, insan her şey eskisi gibi ola bilir..
Olmaz halbuki.
Olamaz.
Tüketip de geçtiğimiz onca şey eskisi gibi olamaz.
Ben sadece denemek istedim.
Farkındayım olmayacağının.
Olamayacağının.
Ben hala gözlerini bıraktığım yerde arıyorum.

~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~

"Tək sıra, cərgə ilə bütün uşaqlar düzülsün"

Uşaqlar bir sözü ikinci dəfə təkrar etmədən sıra ilə düzüldülər və gələcək digər bir işarəti gözlədilər.

"İndi isə, hamı idman hərəkətlərini təkrar etsin. Hazır durun! "

"Bir! "

"İki!"

"Üç!"

Bütün idman hərəkətləri bitdikdən sonra müdür uşaqların siniflərə keçməsini dedi.
Bütün uşaqlar sevinc içində, bir-birinə dəyərək siniflərə qaçışmağa başladılar.

Müdür özündən əmin addımlar ilə birlikdə otağına keçdi və köməkçisini yanına çağırdı.

"Buyurun, müdür Magnus."

"Bilirsən ki, seçilmiş ən yaxşı yetimxanalardan biriyik və bunun belə olmasını davamlı hala gətirməliyik. Lakin qulağıma heç də yaxşı olmayan xəbərlər gəlib çatıb. Araşdırıb mənə bildirməyini istəyirəm."

"Oldu, təbii ki də Mr.Magnus"

Dəhlizlər artıq bomboş idi, bütün siniflər uşaqlar ilə dolmuşdu və müəllimlər öz işlərinə başlamışdılar.
Dəhlizlərin sükunətini pozan tələsən biri idi.
Tələsərək dəhlizdə qaçır və otağının harda olduğunu tapmağa çalışırdı.
Sonunda.
365.otaq.

Tez sinifə girdi və şagirdlər onu salamladılar. Şagirdlərə oturmalarını xahiş edib, Niyə gecikdiyini izah etməyə başlayacaqdı ki.
Şagirdlərdən biri dilləndi.

"Bilirik, Mr.Simon siz yenə gecikmisiniz çünki yolda sizin qarşınıza böyük əjdahalar çıxıb və siz onlara qalib gələrək bizim yanımıza gəlmisiz"

Uşaqların hamısı gülməyə başladı, Elə Simon da. Çünki bu artıq uydurduğu bəhanələrin uşaqlar tərəfindən əzbər bilindiyinin göstəricisi idi.
Ama onları qabaqlayıb"yox uşaqlar, bugün qarşıma əjdaha çıxdı ama bu əjdaha daha yaxşı idi. O mənə kömək etdi ki, Mən gəlim bura çıxım. Oyy, yoxsa düşünmək istəmirəm biraz daha geciksə idim. Məktəbin ağzındaki qarnı yekə əjdaha məni daha pis cəzalandırardı"

Uşaqlar onun bu dediyi ilə daha da gülməyə başladılar.

"Yaxşı, indi isə keçək dərsə... "

Dərs saatının bitməsi ilə birlikdə uşaqlar hamısı birlikdə müəllimləri ilə sağollaşıb, gedib oynamağa başladılar.
Bir şagirddən başqa..

Sarı saçları və mavi gözləri ilə bir kənarda oturmuş Charlie heç kimə qoşulmadan sinifdə oturmuşdu.

Simon onu həmişə çox əyləncəli görürdü, bugün belə olması qəribə idi.
Gedib yanına oturaraq ona bir şokolad uzatdı.

"Niyə gedib oynamırsan? "

"İstəmirəm"

"Niyə? "

Alt Qonşu/bxbHikayelerin yaşadığı yer. Şimdi keşfedin