"başlanğıc"

258 43 31
                                    

Simon

Nə qədər elə vəziyyətdə qalmışam bilmirəm ama telefonun mesajlardan partalayacak vəziyyətdə olduğunu anlamışdım.

Əlimə yorğunluq ilə telefonu aldım və yenə bilinməyən nömrə.

Mən mahnını açıq unutmuşdum və bir azdan o qoca qapıma yenə dayanardı.

Mesajlara baxdığımda tam 16 mesaj gördüm.
Bu səfər həqiqətən ölmüşdüm.

Bilinməyən nömrə

Yenə başladıq?

Ağıllandığlnı fikirləşmişdim?

Sənin bu mahnılarını nə vaxta qədər dinləməliyəm?

Bura bax biraz normal davran.

Mesajlara da baxmırsan?

Zibil olsun belə işə.

S!kdiyim səsini al artıq

Bunun acığını səndən çox pis çıxacam balaca.

Mesajların çoxunda söyüş, əmr var idi, məndən hörmət etməyi istəyən birinin belə danışması?
Hıh heç də yaxşı deyil.

Əslində qəribə idi, bu mesajları tam olaraq yarım saat əvvəl atmışdı və indi susurdu.

Simon

Nədi çox narahat oldun?

Ahh hörmətli qonşu siz şanslısız ki mənim mahnılarıma qulaq asırsız.

Biryerdə mahnıya qulaq asmaq heç də pis deyil, hə?

Bilinməyən nömrə

Hə, balaca çox yaxşı bir şeydir, birlikdə mahnıya qulaq asmaq.

Simon

Nə? Qoca sən yaxşısan?
Bu arada səni bloka atmışdım

Bilinməyən nömrə

Sənin üçün yeni bir nömrə aldım, başqa çarə yoxdur çünki

Simon

Özümü çox dəyərli hiss etdim qoca

Bilinməyən nömrə

Əsəbləşdirmə məni, arada bir işə yarayırsan sanki.
İşlərimi bitirim sənin də işini həll edəcəm tələsmə

Simon

Açıq-açıq təhdit?
İstəsəm bu dəqiqə polisə gedərəm

Bilinməyən nömrə

Heç güləsim yox idi, polis imiş

Simon

Gülməyə dəvam et sən

Bilinməyən nömrə

Mahnının səsini çoxald

Simon

Nə? Əminsən qoca?

Bilinməyən nömrə

Sənə nə dedim eşitmədin?!?!
Səsini çoxald!

Simon

Yazı yazırsansa səsini necə eşidim?

Bilinməyən nömrə
Sənin məntiqinə
********

Simon

Bir qoca üçün söyüş heç yaxşı deyil

Bilinməyən nömrə

İşlərim var, mahnının səsini çoxald və sus anladın?

Simon

Hıh, anormal qoca

Anormal da olmasan məni tapmazsan ki.

Yoxsa əks-təsir etməyə çalışırsan.

Hmm, qadağalar pozulmaq üçün var qoca

Səni əsəbləşdirmək üçün də mən varam

Bu həqiqətən anormal idi. Bir tərəfdən mahnının səsindən narahat olur, bir tərəfdən isə mənə səsi çoxaltmaq üçün əmr verir.

Sən kimsən ki mənə əmr verirsən?

Həm də mənim evimdə?

Mənim binamda?

Sən görərsən.

Onun dediklərinin əksinə getmək, səbəbini bilməsəm də xoşuma gəlirdi.

Mahnının səsini çoxalt demişdi elə?

Mən isə indi mahnıya qulaq asmaq istımirdim.
Və mənə indi səssizlik lazım idi.

Ayağa qalxıb mahnının səsini almağa getdim, bunu edərkən üzümdə şeytani gülümsəməm daha da genişləndi.

Və mahnının səsi alındı.

Necə də gözəl səssizlikdi.

Əlimə telefonu alıb onu daha əsəb etmək üçün

Simon

Bağışla qoca. İndi mahnıya qulaq asmaq istəmirəm.

Nə qədər də yaxşı qonşuyam, Sən yorğunsan deyə səsini aldım☺

Səssizlik?

Bu səs də nə idi?

Aşağıdan qəribə bir səs

Bu səs

Bu səs sanki bir adamı parçalayanda çıxardığı səs kimi idi.

Nə??

Bir az daha diqqətlə qulaq asanda bir adamın çığırtılarını eşitdim, bu səs çox qorxunc idi.

Aşağıda nələr olurdu?

Səs birdən kəsildi, bu səs nəyin nəsi idi?

Bir iki dəfə də yüksək səslə tappıltı gəldi və səssizlik oldu.

Bu dəfə heç bir səs yox idi.

Nə qədər diqqət ilə qulaq assam da heçnə yox idi.

Birdən qapımın döyülməsi ilə yerimdə sıçradım.

Ürəyim isə çox pis atırdı.

Bu kim idi indi?

Qocanın sözləri yadıma düşdükcə daha da qorxurdum.

Qapıya yaxınlaşıb baxdım ama heç kim yox idi.

Elə isə kim qapımı döymüşdü?

Qapını açmalı idim?

Qapını yavaş-yavaş açıb ətrafa baxdım ama heç kim yox idi.
Bu nə zibil idi?

Gözlərimin önündə ayaqqabı görsəndi.
Yavaş-yavaş başımı qaldıranda əlləri qanlı və əlində bıçaq ilə məni gözləyən biri olması.

Nə?!?!?

"Üzrlü say, balaca"

Və sonrası qaranlıq.

Alt Qonşu/bxbHikayelerin yaşadığı yer. Şimdi keşfedin