Simon
Nə baş verdiyi haqqında heç bir fikrim yox idi?
Onun məni öptüyünü bilirəm ama buna bir məna verə bilmərəm.
Olduqca xoşbəxt görünürdü ama eyni şey mənim üçün keçərli deyil idi.Deyəsən, hər zərrəm ilə ona nifrət edirdim.
Bəlkə də indi ağlında indi nələr var idi?
Mənə necə daha çox zülm verə bilər? Ya da ki ölümümü necə edəcəyini fikirləşirdi. Bu gözlərin arxasında bundan başqa heçnə ola bilməz.Sevgi? Xoşlantı? bunların heç biri onun üçün mümkün ola bilməzdi.
O ancaq ölüm və ölüm haqqında hər şeyi düşünürdü. Onun üçün bir qurban idim.
Mənə uzun uzun baxdı sonra özünə gəlmiş kimi yataqdan durub sürətlə getdi.
Beynində nələr baş verirdi çox bilmək istəyərdim.Mənə sırf gey olduğum üçün iyrənc gözü ilə baxan insan indi məni öpürdü.
Bu nə qədər mümkün ola bilərdi?
Mümükünü yox idi.
Ama əgər oyunu belə davam etdirirsə məndə elə edəcəkdim. Əsas odu burdan çıxım.
Bir dustaq kimi yaşamaq ölümdən betər idi. Bəlkə öldürsə idi bu qədər zülm çəkməzdim.Saat səhərə yaxın 4 5 olardı, gözümü açar açmaz onun üzünü gördüm,kresloda oturmuş fikirləşirdi.
"Bu ölüm səbəbi ola bilər, hə elə ki var. Bunun üçün ölüm ola bilər"Yenə haqlı çıxmışdım, məni öldürəcəkdi.Vaxt qazanmaq üçün bir şeylər etməli və burdan çıxıb getməli idim. Ölümün məni nə zaman tapacağı bəlli deyil idi.
İndi isə sadəcə onun hər dediyini etməli idim.Wilhelm
Güzgüdəki özümə baxdım. Nə olmuşdu mənə? Zibil olsun.
Beynim donmuşdu sanki.
Mən necə oldu onu öpdüm? Bu mümkün ola bilməzdi."Qəbul et, əvvəlki basdırdığın duyğular yenə özünü göstərir"
Güzgüdəki danışan yansımamı parçalmaq üçün güclə durdum.
Zibil olsun.
İndi nə edəcəm?
Nə edə bilərəm?
Mənim kimi birinə heç yaraşır bu?"Gənc vaxtlarını xatırla"
Bu vaxt danışan bir başqa səs idi, beynim bulanığlaşırdı.
"Bu bizim etibarımıza necə zərər gətirə bilər heç başa düşürsən? Nə anlayacaqsan ki? Beynini işlət biraz, beynini!!
Bir oğlanla ancaq dost ola bilərsən.
SƏN KİŞİSƏN!! KİŞİ!!Gənc oğlan qanında qaynayan qana qarşı çıxa bilməyib babasına qarşı gəldi, ona cavab qaytardı.
Bu cavab qaytarmağının bədəli isə ağır olacaqdı.Günlər ilə ac susuz qalma, qaranlığda tək başına verilən cəzalar bir gənc üçün ağır idi.
Babası onun oğlanları sevməsini heç vaxt qəbul edə bilməzdi, axı Wilhelm onların son nümayəndəsi idi.
Şirkətin, bu qədər mal varlığın başına keçə biləcək tək insan o idi.Buna görə ona çoxlu cəzalar verdi, hətta gözləri qarşısında gey birini gətizdirib döydürürdü ki, oğlan bunun anormallıq olduğunu anlasın.
Qısacası, nəvəsini özünün istədiyi bir rola bürüyürdü.
Wilhelm atası öldükdən sonra bunun son çarə olduğunu anladı.
Və babasının kuklası olmağı qəbul etdi."Əgər, onlar kimi olsam bu dünyada ancaq əziləcəm. Mən bu dünyaya bunun üçün gəlməmişəm və böyük bir soyu daşıyıram" deyib özünə təsəlli verirdi. "
Saat gecəyarısı idi və mən onun baş ucundaki kresloda oturub düşünürdüm.
İçimdə baş verən və özünə yer tapa bilməyən duyğulara qarşı gələ bilmirdim.
"Babam üçün bu ölüm məsələsidi, mənim belə bir şey etdiyimi bilsə... " Biraz susdu, həm ürəyinə həm beyninə ağırlıq edirdi bu suallar.Özünü aldatmağa çalışsada bunu bilərək və istəyərək etmişdi. Real özü olaraq etmişdi. Son günlərində özünə baxsa idi, nə qədər dəyişdiyini özü də görərdi.
Bir qədər ağır idi hər şey.
Sevməyin nə olduğunu bilməyən necə sevə bilərdi?♣︎♣︎♣︎♣︎♣︎♣︎♣︎♣︎♣︎♣︎♣︎.♣︎・♣︎♣︎♣︎♣︎♣︎♣︎
Bizim sevgimizdə yalan var, sevdiyim
![](https://img.wattpad.com/cover/349815043-288-k918815.jpg)
ŞİMDİ OKUDUĞUN
Alt Qonşu/bxb
Non-Fictionbilinməyən nömrə :mahnının səsini ala bilərsən? zəhmət olmasa? -yox bilinməyən nömrə:insan kimi soruşdum? -ala bilirsən gəl al ✊ Ya sataşdığım alt qonşum Azərbaycanın ən təhlükəli şəxslərindən biri olarsa?