"plan"

164 27 17
                                    

Wilhelm

Maşını sürətlə sürməyə çalışırdım ki, Evə tez çatım. Çünki o uşaq qaçsa idi, başıma böyük bir bəla alardım.

Əgər qaçsa idi, indi ağlıma bir plan gəlmirdi ama qoruma niyə telefonu açmasın?
Hamısına cəzalarını verəcəkdim.

Sürətli addımlar ilə yuxarı çıxdım və evin qapısının ağzına gəldim. Diqqətli olmalı idim.

Yavaşca içəri girdim ama heç bir səs yox idi. Mən çıxanda oğlan qapını açmağım üçün yalvarırdı ama indi içəridə böyük bir səssizlik var idi.

Ortalığa baxındım və burda.
Qoruma burda idi ama yatmışdı.
Mən bir görev verim ama o yatsın elə?
Hamısı beynin qaçırmışdı.

Belimdən silahı çıxarıb tam başına söykədim.
Silahın soyuqluğundan olacaq ki, tez gözlərini açdı və qorxaraq mənə baxdı.
Ayağa qalxmaq istəyəndə çiynindən itələyib otuzdurdum.

"Üzr istəyirəm patron, Sadəcə yorğunluqdan olub. Hə, yorğunluqdan. Mən, mən sadəcə oturmuşdum necə oldu bilmədim, yuxu yuxu tutub. "

Acınası gözlər ilə ona baxdım bu qədər qorxurdusa, Niyə səhvə yol verirdi?

"Diqqətli ol! Ya mən yox düşman olsa idi? Necə olacaqdı? Təbii ki, də beynini dağıdacaqdı!! "

"Mən, mən üzr istəyirəm, birdə olmayacaq"

Yanından ayrılıb otağa doğru getdim "oğlan ilə nə etdin? "

"Siz gedəndən sonra deyəsən əsəb krizi keçirirdi ama normaldı, sonra isə səsi kəsildi."

"Girib baxdın? Bəs kameralara nə olub? "

"Xeyr, girib baxmadım. Kameraya nə olub ki? "

"Sən axmaqsan!?!? Ya bişey olubsa! Ya səbr elə bil evdə olan bu deyil!!! "

Normal görüş:

Oğlanın səsinin gəlməməsi, böyüyü təşvişə salmışdı. Buna görə də tez otağın açarını çıxarıb qapıya keçirdi.
Ağlından min cür fikir keçsə də, bunları bir kənara atdı

Kapını açdığdan sonra gördüyü mənzərə isə qəribə idi.

Qırığ kameralar, və yeri öz özünə danışaraq silən bir balaca.

Nə olduğunu təxmin etmək heç çətin deyil idi. İlk olaraq balaca bura salındığı üçün qorxmuş və ona əsəbləşmişdi. Sonra isə başqa çarəsi olmadığını görüb təmizliyə başlamışdı.

Öz özünə bir şeylər deyə-deyə yeri sərtçə silirdi, heç bir izi qoymaq istəməyərcəsinə.

"Görürəm əlindən belə işlər gəlir, afərin sənə"

Ama balaca ona tərəf baxmadı, çünki bu işlə çox məşğul idi.

"Hey, səninləyəm balaca. Burdan çıxmağı bu qədər çox istəyirsən? "
Yenə bir səs yox idi, birinin ona cavab verməməsi onu olduqca əsəbi edirdi.
"Hey, səninləyəm!! "

Elə qışqırdı ki, divarlar belə əsdi. Ama balaca yavaş-yavaş başını ona tərəf çevirdi.
Dağılmış saçlar, dağılmış sifət və qıpqırmızı gözlər onu qəribə göstərirdi.
Nə istəyirsən deyirmiş kimi baxdı və yenə öz işinə döndü.
O burda yox idi, bədən olaraq ola bilər ama ruhən yox idi, itmişdi.

Böyük olan buna daha da əsəbləşdi və böyük addımlar ilə onun yanına gedib qolundan çəkdi,çəkdi ki sifətinə baxsın. Görməzdən gəlinmək onluq deyil idi.

"Burax məni! " balaca onu nə qədər itələməyə çalışsa da alınmırdı, çox sıxı tutmuşdu onun əlini.

"Sən kimsən ki, məni görməzdən gəlirsən?!? "

Balacanın gözləri qanla dolmuşdu və qorxunc görsənirdi. Böyük bir güc ilə itələdi və böyüyün boşluğuna gəlmiş olacaq ki, bir iki addım arxaya səndələdi.

"Sənin nə işinə? Hamısını mən etdim, mənə görə öldü!! Mən indi buraları təmizləməliyəm, əgər elə olsa məni bağışlayarlar, geri gələr. Hə, hə o geri gələr. "

Balaca yenə oturub tez-tez yeri təmizləməyə başladı"hə, buna görə oldu. Yox, mənə görə oldu. Əgər, heç kim görməsə heçnə bilinməyəcək, anam məni yenə sevəcək və yanımda olacaq"
Fısıldayaraq dediyi sözləri böyük eşitmədi. Ama eşitdikləri qarşısında biraz təəcüblənmişdi.
Başını itirib deyə düşündü və onu  yenidən qolundan tutub qaldırdı.

"İndi də ağlını qaçırtdın yoxsa rol edirsən ki, Səni buraxım?, elə bilirsən mən axmağam?"

Balaca yenə onu itələməyə çalışırdı, onun travmalarını oyatdığından xəbərsiz idi.
Bir itələmə ilə onu yerə sərdi "daha ağıllı plan qur o zaman! "

Qapıya doğru irəlilədi ama yenə arxaya baxdı. Oğlan yerdə titrəyirdi "o gözlər məni yemədən, təmizləməliyəm, hə bu dəqiqə"

Oğlan yenə yerindən qalxıb yeri təmizləməyə başladı
Böyük isə anlamaz baxışlar ilə ona baxırdı.
Plan idi?
Həqiqət?
Nə etmək istəyirdi?
Özü nə edəcəkdi?

Beynində vicdanı olan tərəf ağır basırdı, əllərini saçına atıb biraz qarışdırdı.

Oğlan balaca idi, və birdən belə bir şey yaşamışdı. Ola bilərdi, bəlkə də plan deyil idi.
Yenə oğlana yaxınlaşıb ayağa qaldırmağa çalışdı.
"Dur, Bəsdi bu qədər. "

"Burax məni, buranı təmizləməliyəm!"

"Sən deyil idin burdan çıxmaq üçün yalvarmırdın? Qalx, istəmirəm təmizliyini. Onsuz heçnə edə bilmirsən. "

"Burax dedim"

Yenə əsəbləşib oğlanı buraxdı, çünki heç vaxt belə bir şeyə səbr göstərməmişdi.

"Yaxşı, qal burda! "

Yenə oğlana baxdı, öz işində idi.

Beynində düşündü ki, əgər burda qalsa dəli ola bilərdi. İndi bir dəliylə uğraşsın? Hə, sırf buna görə yoxsa vicdanına görə yox.

Buna görə yenə qayıdıb oğlanıı qucağına aldı, nə qədər çırpınmasına baxmayaraq onu buraxmadı.

Plan idi?
Həqiqət?
Yoxsa daha sonradan həqiqətdən doğacaq bir plan?
Və bu planı dağıdacaq bir qəlb?

✤✤✤✤✤✤✤✤✤✤✤✤✤✤✤✤✤✤✤

Ayırma gözlerini gözlerimden.
Böyle saatlerce bak, böyle asırlarca bak.
Gözlerine yavaşca doldu akşam,
akşamı seyredeyim bakışlarında bırak
Böyle saatlerce bak,böyle asırlarca bak.

Alt Qonşu/bxbHikayelerin yaşadığı yer. Şimdi keşfedin