"welcome to hell"

80 14 10
                                    

Simon

Qaçaraq bir hala düşmüşdüm, sonunda o evdən qaça bilmişdim. Qurtulmuşdum.
Çöldəki insanların mənə qəribə baxışları onlardan kömək istəmək fikrimi ağlımdan çıxarırdı.
Yəqin, biraza dəlixanaya zəng edirdilər ki, məni aparsın.

İndi isə sadəcə polis şöbəsinə getmək və hər şeyi onlara demək idi.
Onun bir adamı öldürməsindən mənə olan işkəncələrindən danışmalı idim.

Yoldan keçən birini dayandırb "buralarda polis şöbəsi hardadır? Xahiş edirəm deyin"

Adam biraz üzümə baxıb, əllərimdəki qana baxdı"sa-sadəcə 10 dəqiqə qabağda"

Çox Sağol belə demədən addımlarımı sürətləndirdim, Sadəcə biraz daha getməli idim daha biraz.

Və görsənirdi, Hər şey bitmişdi. Sonunda qurtulacaqdım. Birdən atam ağlıma düşdü ya ona bir şey etsələr?

Ama atamın harda olduğunu indi mən belə bilmirəm, onlar necə biləcəkdi?
Atamın məndən xəbəri belə yox idi.

Ağlımı qarışdıran sualları beynimdən atıb şöbəyə yaxınlaşırdım.

Yaxınlaşırdım..

Yaxınlaşırdım..

Yox, yaxınlaşa bilmirdim..

Belimdə hiss etdiyim dəmir metal və boynuma atılan qol ilə yerimdə dayanmışdım.

Bu o idi.

Yenə məni tapmışdı.

Yenə..

Yenə ora getmək istəmirdim..

Tam qışqıracaqdım ki
"Atanı birdə görmək istəmirsən deyəsən? Yoxsa anan kimi?
Ananın ölümünə səbəb olduğun kimi atanın da ölümünə səbəb olmaq istəyirsən?
Əgər bunu istəyirsənsə, təbii ki qışqıra bilərsən, əzizim! "

Yerimdə donub qalmışdım.
Anamın ölümü?
Atam da öləcəkdi?
Mənə görə?
Mənə görə o da öləcəkdi?
Yox..
Yox buna imkan verə bilmərəm..

Başımı tez-tez yelləməyə başladım"nolar atama heçnə etmə"

Üzündəki yenə o şeytani gülüş ilə mənə baxdı"ağıllı olsan, etmərəm balaca. İndi isə gəl maşına gedək"

Yenə o cəhənnəmə gedirdim.
Yenə eyni şeyləri yaşamaq?!
Yenə?!

Sadəcə 10 addımlığımda polis şöbəsi var idi ama mən. Mən? Səsimi belə çıxara bilmirdim.

O sırada bir polisin bizə yaxınlaşdığını gördüm, bu son şansım idi?
"Atanı öldürməyək elə? Balacam?! "

"Salam, Vətəndaş. Bir problem var? "

Mən ağzımı belə aça bilməyib gözlərim ilə polisə məni anlamasını dilədim ama o. O?!

"Yox, sadəcə sevgilim yolu qarışıdırb, biraz b12si var, ahaha"
Sırtığ kimi gülməyə başladı.

Polis bizə baxıb iyrənc bir baxış atdı və gedərkən
"Zibillər ölkəni basıbe" Deyib getdi.

"Keç maşına! " Səsi ilə özümə gəldim.
Son şansım getmişdi. Yenə burda idim.
Yenə.
Yenə hər şey əvvəlki kimi olacaqdı.

Gəlib qapımı açdı və məni otuzdurdu"indi biraz yatacaqsan və qısa bir səyahətə çıxacayıq"

2Saat sonra:

Gözümü açanda yenə bir otaqda idim, digərinə nisbətən daha qaranlıq və tozlu idi. Bilinirdi ki, çoxdandı istifadə olunmur.
Bəlkə də, son dəfə gözlərimi açırdım. Son dəfə görəcəyim mənzərə də bu otaqdan görsənən, Dəniz mənzərəsi idi.
Son dəfə nəfəs alır, son dəfə düşünürdüm.

Qapı açıldı, Bəlkə də əzrail idi. Bəlkə də ölmüşdüm? Bəlkə də, indi cəhənnəmdə idim.

İçəridən yemək qoxusu gəlməyə başladı, yemək gətirmişdi. İçində zəhər var idi?
Belə öləcəkdim?

Qollarımdan tutub çəkdi, gözlərimi bərk-bərk yumdum, döyüləcəyimi hiss edirdim. Nəticədə, etmədiyi şey deyil idi.

"Gözlərini aç və yeməyi ye sonra xəstə olsan, sənə baxa bilmərəm"

Gözümü yavaşca açdım, mənə baxmırdı belə

"Niyə belə edirsən? "

"Necə!? "

Sadəcə susub gözlərinə baxdım, dəqiqəsində gözlərini məndən ayırdı.

"Sadəcə ye, uşaq baxıcısı ola bilmərəm! "
Və çıxdı getdi.

O lənətli evdən qaçmağım.
Son şansımı qaçırmağım.
Yenə burda onunla olmağım.
Bunun üstünə birdə mənə yemək verməsi?

Əllərimə baxdım, qan yox idi.
Görəsən ölmüşdü?
Birini öldürmüşdüm?
Yox o qədər böyük zərbə deyil idi.

Paltarlarım?
Başqa paltarlar idi.
Ağlımı itirmək üzrə idim yada itirmişdim.

Yenə qəribdən gələn səslər.
"Deyəsən yenə kimisə öldürdün, cavanlığım kimi... "

Anamın səsi, yenə. Yenə..

Ağlamaq istəyirdim, ağlamaq. Ağlayaraq ölmək.
Hə.
Ölmək istəyirdim.
Atama nə olmuşdu?
Vurduğum mühafizəçi bəs, öldürmüşdüm?

★★★★★★★★★★★★★★★★★★★

Aylar sonra yazdığım yeni bölüm...
4-5 bölümə final olar yəqin....

Alt Qonşu/bxbHikayelerin yaşadığı yer. Şimdi keşfedin