Simon
Qarşıma qoyulmuş yeməyə baxırdım, iştaham yox idi ama ac idim. Belə bir vaxtda belə yemək düşünürdüm. Özümü bunun üçün günahlandırdım ama düşünəndə 2 gün idi heçnə yemirdim.
Ağlıma bir fikir gəlmişdi.
Bəlkə yemək yeməyib acından ölsəm, qurtulardım, Elə?
Belə düşünəndə məntiqsiz idi ama niyə də olmasın.
Ac qal və öl. Bu qədər asan idi.Qapının açılması ilə özümə gəldim. Qarşımdaki şeytan bir mənə bir yeməyə baxdı. Başını yelləyib təzədən mənə baxdı.
"Gərək uşaq baxıcısı olam da, Elə? "
Yanıma yaxınlaşıb, yeməyi əlinə aldı mən isə mal kimi gözümü döyüb ona baxırdım.
"Dur otur, gəl mən yedizdirəcəm"
Heçnə etmədim.
"Dur, uşaq deyilsən"
Yenə heçnə etmədim ama o məcbur mənə yeməyi yedizdirməyə çalışdı.
Onu itələməyə çalışırdım ama məndən min qat daha güclü idi. Və səhvlik ilə bütün yeməyi itələdim və yer yemək oldu. Özümü haqlı çıxarmaq üçün."Dedim axı istəmirəm! Yemək yemək istəmirəm! Bəlkə yemək yemərəm və 1həftəyə acından ölərəm! "
Onun üstünə qışqırmışdım, əməlli-başlı bütün əsəbimi çıxmışdım.
Məni hər an öldürə bilərdi, mənim də istədiyim ölüm deyil idi? Niyə qorxurdum?Yatağdan qalxdı, geri çəkildim bəlkə də o da bütün əsəbin məndən çıxacaqdı.
Ama o.
O yenə gülməyə başlamışdı.
İçtən bir gülüş idi.
O dəfədəkilərinə bənzəmirdi.
Güclə dayanıb.
"Elə bil 2 yaşlı uşaq ilə dalaşıram, mən bugünlərə düşəcək adam idim?
Bilirsən mən uşaqlığda dayəm ilə belə dalaşırdım, ona deyirdim ki, əgər anamı gətirməsəz yemək yeyən deyiləm. Anam--"Birdən susdu, biraz daha mənə baxıb.
"İndi gedim yemək gətirim, və ağıllıca ye"Və getdi.
Əsəbləşmədi
Hətta güldü.Biraz sonra əlində yemək ilə qayıtdı, mənə tərs baxış atıb, ''yeyəcəksən yoxsa yedizdirim?"
Çarəm yox idi, başımı yellədim ki özüm yeyəcəm.
"Gəlib görsəm qalıb, Məndən küs" Dedi və gülümsəyib getdi.
Gülümsəyib?
Mən həm bura öldürmək üçün gətirirdi həm də yedizdirirdi?
Bəlkə son günlərimdə mənə yaxşı davranırdı?
İdamdan qabaq yemək yemək kimi?
Gülümsəyib? Yemək? Yaxşı davranmaq? Öldürmək?
Hansı doğru idi?Beynim bir birinə dəymişdi, yeməyi alıb əlimə qaşıqladım.
Yeməkdən sonra çox pis ağırlıq çökmüşdü, gözlərim yumulurdu.
Bəlkə də yeməyə zəhər qatmışdı ki, ölüm?Yada yuxum gəlirdi?
Yarı-ayıq şəkildə birinin qapını açmasını, yanıma oturmasını və saçlarımı şığallamasını hiss etdim və bəzi qırıq cümlələri
"Ölmənə icazə verə bilmər-. Mənə işıq oldunsa yaşamalısan, ya da mən ölməliyəm"♣︎♣︎♣︎♣︎♣︎♣︎♣︎♣︎♣︎♣︎♣︎♣︎♣︎♣︎♣︎♣︎♣︎♣︎
Yorumlarınızı gözləyirəmmm. Yorum yazın ki, hansı vəziyyətdə yazdığımı bilim.
+gələcək ilə bağli sizin fikirləriniz nələrdir?
![](https://img.wattpad.com/cover/349815043-288-k918815.jpg)
ŞİMDİ OKUDUĞUN
Alt Qonşu/bxb
Nonfiksibilinməyən nömrə :mahnının səsini ala bilərsən? zəhmət olmasa? -yox bilinməyən nömrə:insan kimi soruşdum? -ala bilirsən gəl al ✊ Ya sataşdığım alt qonşum Azərbaycanın ən təhlükəli şəxslərindən biri olarsa?