1 Bölüm (Qəza)

593 34 13
                                    

Əziz oxucular Tərk edilmiş ürək adlı hekayemdən sonra yazdığım 2-ci romantik hekayədir. Ümid edirəm ki, bəyənərsiniz :) Multimediadakı şəkil hekayənin baş qəhrəmanı Səbinədir.

*** ******* ***

Bir gün içində onlarla, hətta yüzlərlə insanların yanından ötüb keçirsiz. Bəzən üzlərini doğru-düzgün görmədən fikir verməyərək yolunuza davam edirsiz. Bəs mən sizə desəm ki, yanınızdan ötüb keçən o adam sizin həyatınızın ən önəmli qismi ola bilər. Desəm ki, o fikir vermədən ardınızda qoyub getdiyiniz o adamı özünüzdən belə çox sevəcəksiniz... Haha! Əlbəttdə bu sizə görə axmaqlıqdır, lakin mənim üçün həyatımın dönüş nöqtəsi oldu...

-Səbinə, bizə iki kofe, lütfən.

-Səbiş can, incimərsən yəqin ki, gedəndə bu zibili də mənim üçün atda.

-Səbinə, kofeləri sifariş verib gələndən sonra bizim şirkətin bu il Shinwa şirkəti ilə bağladığımız sazişlərin ksereksini mənə gətirdə.

+Baş üstə.

Ofisdən tələm-tələsik çıxıb yola düşdüm. Hər gün ki iş həyatımın daha bir yorucu günü başlamışdı. Hər günümün eyni keçməsi problem deyildi. Deyildi, amma mən yorulurdum. İşə yeni başlayan birisi olaraq özümdən daha təcrubəli olanlara kömək edirdim. Yorulduqlarında kofelərini alır, atmalı olduqları zibilləri atır, şirkətin işləri ilə maraqlanır, faylları yerləşdirir, tərcümə edir və son olaraq yenə lazımsız kağızları zibil qutusuna atmaqla iş günümü bitirirəm.

Ətraf insanlarla dolu idi. Bazar ertəsi olduğu üçün şəhər insanların yorğun səsləri ilə nəğmə oxuyurdu sanki. Ya da mənə elə gəlirdi. Hər şeyə pozitiv yanaşmağa çalışan birisi olaraq təbiətdəki hər şeyi də təbii və gözəl olaraq qəbul edirdim. Xatırlayıram, uşaq vaxtı top oynayarkən yıxılmışdım və dizlərim palçıq olmuşdu. O zaman çox xoşbəxt idim, çünki ilk dəfə idi ki, dizlərim palçığa bulaşmışdı. O zaman çirklənməyin belə xoşbəxt hiss etdirə biləcəyini öyrənmişdim.
Bəli, bu mənəm, Səbinə! Ən pis vəziyyətdə belə xoşbəxt olmağı bacaran birisi! Səbinə! Çoxları mənə qəribə baxışlarla baxırlar bu xasiyyətimə görə. Mən insanların içindəki yaxşılıqları tapmağa çalışan birisiyəm. Çünki inanıram ki, dünyada pis insan yoxdur. Hər kəs zamanla yontularaq həyatın istədiyi şəkillərə düşür. Ona görə də inanıram ki, hər kəsin sərt və aşılmaz dağ kimi görünən simasının ardında yaxşı birisi gizlənir əslində. İnanıram ya da sadəcə inanmaq istəyirəm.

-İki kofe, lütfən.

-İki dəqiqəyə hazır olacaq. Zəhmət olmazsa masalardan birində əyləşin və gözləyin.

-Təşəkkür edirəm.

Masalar boş idi. Hər hansı birisinə diqqət yetirmədən masada əyləşib kofenin hazır olmasını gözləməyə başladım. Bura hər zaman gəldiyim kafe idi. Məxsusilə buranın kofeləri çox gözəl olurdu. Şirkətdəki hər kəs də ən çox buranın kofelərini bəyəndiyi üçün hər zaman buraya gəlirdim. Balaca, qəhvəyi tonların çox olduğu şirin bir kafedir. Pəncərələri nənələrimizin toxuduğu kimi incə işləməli, bəyaz pərdələrlə bəzənmişdi. İşçilər üzərində kafenin adı yazılan önlük geyinmiş ətrafda gəzir, masaları silirdilər. Saatın erkən vaxtları bura insanlarla dolu olur. Hər kəs səhər kofesini alır və işə tələsir. Nədənsə bu gün sakitlik idi, görünür müştərilər buraya gəlməyi unutmuşdular.

-Kofeniz hazırdır, buyurun.

-Təşəkkür edirəm.

-Hər zaman bizi seçdiyiniz üçün biz təşəkkür edirik.

Son dəfə...Where stories live. Discover now