12 Bölüm (Qorxu)

114 18 25
                                    

Mahnı: Love rain filmindəndir♥ Koreya filmlərini izləyənlər bilər. Bir Koreya fanatı olaraq sizə də Koreya film və seriallarını izləməyi tövsiyyə edirəm (•.~)

Rauf bəylə sağ ollaşıb evə gəldim. Yatağıma uzanıb öyrəndiklərim barədə düşünməyə başladım. Muradın xəstəliyi getdikcə mənə maraqlı gəlməyə başlamışdı. Amma bunu araşdırmayacağıma Rauf bəyə söz vermişdim. Səbinə Murada xəyanət etmişdi. Yəqin adlarımız və görünüşümüz eyni olduğuna görə Murad mənə pis davranırdı. Ona görə zəhləsi gedirdi məndən. Amma nə günahım vardı ki? Ona oxşamağı mən seçməmişdim ki, həm mən heç vaxt sevdiyim adama xəyanət etməzdim. Bu mənə yad bir şey idi.

Anam otağımın qapısını döyüb dedi:

-Yemək yeyəcəksən?

İlk öncə yeməməyi düşünsəm də daha bu gün huşumu itirdiyimi xatırlayıb dedim:

-Hə, yeyəcəm.

Beş dəqiqə sonra anam çağırmağa başladı:

-Səbinə, gəl, yemək istidir.

Masaya əyləşib anamın bişirdiyi yeməyi yeməyə başladım. Anamın sual dolu baxışlarını üzərimdə hiss edib dedim:

-Nəsə demək istəyirsənsə de, eşidirəm.

Dərindən ah çəkib dedi:

-Səbinə, bu mövzulardan danışmağımı xoşlamırsan, amma nə vaxta qədər belə davam edəcəksən?

-Ana, xahiş edirəm, səninlə mübahisəyə girəcək halda deyiləm bu gün.

-Məni başa düş, Səbinə, bu gün varam sabah yoxam. Arxanda duracaq atan da yoxdu ki, deyim atası var. Lap deyəlim atan da var, səhər birsi gün biz olmayandan sonra tək necə yaşayacaqsan.

-Ana, sənə demişəm axı mən ərə getməyəcəm.

-Qızım, məni dinlə, vallah hamı eyni deyil.

-Ana, hamının eyni olub-olmadığını bilmirəm. Bircə onu bilirəm ki, sənin kimi hansısa oğlana güvənib ailə qurub sonra da bir ya da iki uşaqla tək qalmaq istəmirəm. Ondansa ən başından tək özüm olmağı tərcih edirəm. Həm yenə hardan başladı bu söhbət?!

-Bu gün bibingilin qonşusu gəlmişdi.

-Ana, eşitmək istəmirəm!

Yeməyimi yarıda buraxıb mətbəxdən otağıma doğru cəld addımlarla getdim. Otağımın qapısını bərk çırpıb açarla arxadan bağladım. Qapının önündə diz çökərkən göz yaşlarıma hakim ola bilməmişdim. Bu aralar yaman çox ağlayırdım.
Anam əslində yalnış heç nə etməmişdi, bunu bilirdim. Sadəcə mənim aşa bilmədiyim qorxularım var idi. Atam mən uşaq olanda bizi tək qoyub gedəndən sonra əsla evlənməyəcəyimə dair söz vermişdim özümə. İnsanlara,əsasən də oğlanlara güvənmirdim. Hamısı mənə görə eyni idi. Anam məni anlamırdı ya da anlamaq istəmirdi bəlkə də. Bilmirəm... Bircə onu bilirəm ki, həyatımı yalnız yaşamaq istəyirdim, ürək qırıqlıqları olmadan sakit həyat..

Nə vaxt yuxuya getdiyimi xatırlamırdım, amma gözlərimi açdığımda hava işıqlanmışdı. Telefonu əlimə alıb saata baxdım, saat 05:15'i göstərirdi. Çox tez oyanmışdım. Başımı yenidən yastığıma qoyub tavana baxmağa başladım. Heç nə düşünmürdüm, amma hüzünlü hiss edirdim. Bu bir neçə həftə mənim üçün çox stresli keçmişdi. Hətta bu bir ay mənim üçün stresli idi. İlk öncə qəza, sonra atamın təməlli bizdən vazkeçdiyini söyləməsi, daha sonra Muradla mübahisələrim, onun katibəsi olmaq, babamın vəfatı, Kamalın gözlənilməz təklifi. Bu bir ay ərzində nələr yaşamamışdım ki. Çiyinlərimdən asılan yüklərə çevrilmişdi hamısı.

Son dəfə...Where stories live. Discover now