Bizi gözləyən surpriz!
Bölüm: 36
•••
•°•°•°• 3 ay sonra•°•°•°•
-Ana! Hazırdı hər şey?
-Hə, yeməklər filan hər şey hazırdı.
-Görəsən çatmayıb hələ? Off!
-Harda olsa gələr.
Bu gün mənim üçün çox önəmli idi. Anamın təkidi ilə Muradı onlarla tanış edəcəkdim. Mən bunu istəməsəm də Murad bu fikirlə razı olduğunu və özünün də valideynlərimlə görüşmək istədiyini dedi.
Qapı döyülüncə qaçaraq qapını açdım. Bu o idi- Murad!(Muradın dilindən)
Səbinə uzun zamandır çətin günlər yaşayırdı. Mən onun çəkdiyi əzabı görürdüm, amma əlindən alıb öz çiyinlərimdə daşıya bilmirdim. Səbinənin gözlərindən axan hər damla yaş mənim üçün əzab idi. Onu ağlayarkən seyr etmək, əlimdən bir şeyin gəlməməsi məni dəli edirdi. Dənizdə olarkən önümdə çarəsizcə ağlayarkən almışdım qərarımı. Ömrüm boyunca, nəfəsim gedib-gəldiyi müddətcə yanında olub onu qoruyacaqdım. Aldığı hər nəfəsə şükür edəcək, gözündən axacaq hər yaşa görə cavab verəcəkdim.
Valideynləri mənimlə tanış olmaq istəyirdilər. Səbinə başa düşmürdü, amma o gecə onu qurtarmaq üçün evlərinə gələndə valideynləri mənim əslində kim olduğumu çox gözəl başa düşmüşdülər. Səbinə pillkanlarla qaçaraq gedəndə anası gözlərimə diqqətlə baxıb dedi:
-Ondan muğayat ol.
-Narahat olmayın. Mənimlə olduğu müddət ərzində güvəndədi.
Bu barədə Səbinəyə danışmağı lazım bilmədim. Valideynlərinin onun üçün bu qədər narahat olduqlarını bilsəydi yenə kədərlənə bilərdi.
Qapını döydüm. Ürəyimdə azca həyəcan var idi. Qapını döyməyimlə açılmağı bir olmuşdu. Səbinə açmışdı qapını... Bu gün o necə də gözəl görünürdü. Düzləşdirdiyi saçları və bəyaz donu. Donu dizindən ən az dörd barmaq yuxarı idi... Nə?! Dörd barmaq?! Bu qız deyəsən məni dəli eləmək istəyir!
-Xanım qız, yaman uzun donunuz var!
Əyilib ətəyinə baxıb dedi:
-Yox, çox da uzun deyil. Normaldı məncə.
Nə? Normal?! Bu normal vəziyyətdisə, anormal olanı necədir görən?!
-Bir də bu paltarı əynində görməyim.
-Nə? Dəli olmusan?
-Səbinə, bir də bu paltarı əynində görməyim, bu qədər.
-Sən də elə bildin sənə...
Anasının gəlməsi ilə sözü ağzında qalmışdı.
-Xoş gəlmisən, oğlum, gir içəri. Qapıda niyə durmusan?
ŞİMDİ OKUDUĞUN
Son dəfə...
RomantizmBir yanda kiçik qəza ilə bütün həyatı dəyişən Səbinə, bir yanda isə həyatda bütün gözəlliklərdən əlini üzmüş Murad. Səbinə öz həyat sevgisi ilə Muradın diqqətini çəkə biləcəkmi? Murad hələ də vəfat etmiş keçmiş sevgilisi Səbinəni sevərkən qarşısına...