34 Bölüm ( Mənim anam sənsən! )

69 17 2
                                    

Mənim anam sənsən!

Bölüm: 34

•••

-Sizə nəyə görə inanmalıyam?

-Səni bizə inanmağına vadar edəcək heç bir gücümüz yoxdur. Neçə illərdir səni böyüdən anana qarşı çıxmağını da gözləmirik. Nə də rəhmətlik qızım Səbinənin bu məsələ ilə bir aidiyyatı var. Məsələ tamamilə başqadır. Əslində sənin valideynlərinin də burda olmasına çox istəyərdik. Beləcə onlara da vermək istədiyimiz suallara cavab tapa bilərdik.

-Sizə inanmayacağımı çox gözəl bilirsiniz, amma yenə də sizi dinləməkdən bir zərər gəlməz, buyurun...

-Uzun illər öncə mən dünyaya iki əkiz qız gətirmişdim. Birinin adını Səbinə, digərinin adını isə Mədinə qoymuşdum. Övladlarımın hər ikisini çox sevirdim. Faiq və mən çox xoşbəxt idik, lakin 5 ay sonra bədbəxt hadisə nəticəsində evimiz də yanğın baş verdi. Həmin gün biz evdə böyük qonaqlıq təşkil etmişdik. Yanğın baş verən zaman Səbinə öz otağında yatırdı. Lakin Mədinə qonaqlıqda mənim yanımda idi. Dəhşətli yanğın baş vermişdi. Mədinəni atası qucağına alıb mənimlə birlikdə çölə qaçdı. Lakin Səbinə orda alovlar içində qaldı,-sözünü yarıda saxlayıb ağlamağa başladı. Həyat yoldaşı Faiq onu təsəlli etdikdən sonra sözünə davam etdi,-bəli, o orda qaldı. Evə yenidən qayıdıb onu qurtarmaq istəsək də alınmadı. Yanğınsöndürənlər buna icazə vermədi. Özləri onu qurtaracaqlarını söylədilər. Çoxlu axtarışdan sonra yanğınsöndürən tək qayıtmışdı və otaqda heç bir körpənin olmadığını söyləmişdi. O hadisədən sonra çox axtarsaq da övladımızı tapmadıq. Vicdan əzabından boğulurduq. Səbinəni unuda bilmədiyimiz üçün Mədinəni "Səbinə" deyə səsləməyə başladıq. Sənədlərdə adı Mədinə olsa da hər kəs onu Səbinə kimi tanıyırdı. Siz qızım Mədinəyə çox bənzəyirsiniz, hətta adınız belə yanğında itirdiyim övladımla eynidir. Buna görə də biz düşünürük ki, siz yanğında itirdiyimiz əkiz övladımız Səbinə ola bilərsiniz...

Məntiqli idi! Məntiqli idi! Məntiqli idi! Lənətə gəlsin, danışdıqlarının hamısı məntiqli idi!!! Əgər ona inansam belə çıxır ki, qarşımda göz yaşları tökən bu qadın... Nərgiz, mənim anamdır. Amma yox! Onlara inana bilmərəm. Mənim bir anam var zatən. İllərlə əzab, əziyyət içində məni böyüdüb, tək başına mənim üçün çalışan, məni oxutduran əziz anam! Ondan başqası ola bilnəzdi. Qanı qanımdan, canı canımdan olanım idi o mənim... O...o, mənim anamdır. Bu yalanlara inana bilmərəm. Bəlkə bu qadın yalan danışır?! Bəlkə də qızına bu qədər çox bənzədiyim üçün onun yerini əvəz etməyimi istəyir!

-Sizə inanmıram!!!

Qışqıraraq ayağa qalxdım. Göz yaşlarım sözümə qulaq asmırdı. Lazım olmayan yerdə, lazım olmayan anda axmağa başlamışdılar. Əllərimin tərsi ilə sürətlə onları sildim. Qadın ayağa qalxıb mənə yaxınlaşanda qışqırdım:

-Yaxınlaşma mənə!,-getdikcə alçalan səs tonumla təkrar etdim,- yaxınlaşma mənə... Heç nə eşitmək istəmirəm... Bunlar gerçək ola bilməz, gerçək olmamalıdır. Mənim anam indi məni intizarla evdə gözləyən qadındır. Mən onunla nəfəs alıram. O öz həyatını mənim uğrumda fəda edib. Mənim anam odur...

Ağlaya-ağlaya, aram-aram sözlərimi deyib bitirmişdim. İndi ayaq üstə dayanacaq halım yox idi. Öyrəndiklərim, eşitdiklərim önündə yaşadığım şok mənə əzab verirdi. Getdikcə başım ağrımağa başlamışdı, ürəyimdə qəribə bir ağrı vardı və ürəyim bulanırdı. Yerimdən bir-iki addım atmışdım ki, gözlərim qaralmağa başladı. Görüntü tamamilə itincə yerə yıxıldım və ondan sonrasını xatırlamıram...

Son dəfə...Donde viven las historias. Descúbrelo ahora