30 Bölüm (Sən hər şeyin ən gözəlinə layiqsən)

78 17 6
                                    

Sən hər şeyin ən gözəlinə layiqsən

Bölüm: 30

•••

Əlimdə tutduğum məktubları sıxıb göz yaşlarımı sildim. Qapını açıb qonaq otağına çıxdım. Çölə çıxmağım ilə anam və o mənə baxdılar. Anam bir addım atıb mənə yaxınlaşmaq istədi. Əlimlə durmasını işarə edib o atam olacaq şəxsə baxdım. İnadla ona baxdığımı hiss edib ayağa qalxdı. Gözlərini üzərimdə gəzdirib əlimdə tutduğum məktublarda dayandı. Gözləri əlimdə idi. Bunun fərqinə varınca əlimdəki məktubları önə uzadıb yerə düşməsinə icazə verdim. Əzilən vərəqlər yerə tökülərkən gözlərimdən iki damla yaş axdı. Ona baxıb dedim:

-Bu vərəqlər əlimdən yerə düşən kimi sən də gözümdən düşmüsən...,-göz yaşlarımı silib sözümə davam etdim.- Ağlamağım sənə dəyər verdiyim mənasına gəlmir. Sən o qədər dəyərli deyilsən. Bu illərlə içimdə hökm edib saxladığım göz yaşlarımdır. Bu gün onlar vəfat edən atam üçün ağlayırlar. Sənsə canlısan...demək ki, sənə aidiyyatı yoxdur. Səni heç vaxt bağışlamayacam, bunu məndən gözləmə. Səni qəbul etməyən insanların evində yaşamağının mənası da yoxdur. Hər şeyə hazıra nazir sahib çıxa biləcəyini düşünürsən? Hah! Bu mümkün olası iş deyil. Anam mehriban və ürəyi yumşaq olduğu üçün səni əfv edə bilər, amma mən o qədər mükəmməl birisi deyiləm. Səni evə qəbul edə bilmərəm... Hə, bir də onu deyim ki, mənə çəkdirdiyin acıları Dimaya çəkdirmə. Atasız böyüməyin nə demək olduğunu mən yaxşı bilirəm, o acılarla baş edə bilməyəcək bəlkə də. Hələ balacadır. Məni itirmisən, heç olmazsa ona sahib çıx...səndən son istəyim budur. İndi isə mənə cavab ver, ya mən bu evdən gedəcəm, ya sən.

Ona iki seçim vermişdim. Ya o getməli idi, ya da mən. Öz-özlüyümdə "Əgər biraz vicdanı varsa, özü gedəcək" deyə düşünürdüm.

-Məni bağışlamağını çox istədim, amma sən bunu etmədin. Sən məni bağışlamadıqdan sonra burda qalmağımın da bir mənası yoxdur...

Anam təbii ki susmayıb onun tərəfini tutmağa başladı:

-Səbinə, indi əsəbisən deyə belə düşünürsən. Zaman keçdikdən sonra ona alışacaqsan, onu sevəcəksən.

Anamın sözləri məni özümdən çıxmağa bəs etmişdi.

-Ona alışmaq istəmirəm, onu sevmək istmirəm! Bilirsən, nə var, ümumiyyətlə onu İS-TƏ-Mİ-RƏM! Bu qədər sadə!

"İstəmirəm" deyərkən tək-tək hecalara ayırıb demişdim.

-Ana, onun geri dönüb-dönməməyi məni maraqlandırmır. Mənim üçün heç bir marağı, dəyəri olmayan bir əşyaya çevrilib o!

Anamın saçlarını arxaya itələyib divanda əyləşdi. Sakitləşməyə çalışdı. Uzun sürən səssizlikdən sonra anam dedi:

-Gəlin belə edək, Səbinə, onsuzda atan geri dönüb və gedəcək başqa yeri yoxdur.

-Nənəmin evi var! Getsin illərdir atdığı, axtarmadığı anasına kömək olsun. Nənəm illərdir tənha qadın əkin-biçin işləri ilə məşğuldu. İşləməkdən beli əyilib qadının. Hansı övlad anasının bu vəziyyətə düşməsinə göz yuma bilər?!

Anam sanki nənəmin evini unutmuşdu. Mənim ona xatırlatdığım bu məsələ ilə bağlı nəsə düşünüb dedi:

-Onda belə edək... Polad, sən ananın yanına get. Səbinə düz deyir, anan illərdir sənin üçün darıxır. Bizə hiss elətdirməməyə çalışsa da səndən ötrü burnun ucu göynəyir. Nə də olsa anadı. Həftədə 6 gün orda olarsan, 1 gün də burda. Gəldiyin müddət  ərzində də Səbinə ilə aranı düzəltməyə çalışarsan.

Son dəfə...Onde histórias criam vida. Descubra agora