Məni itirmisən, heç olmazsa ona sahib çıxBölüm: 29
•••
Gözlərimi gözlərindən çəkəcəyim an gözlənilmədən məni qucaqlayıb dedi:
-Səni görəndə susar bu ürək, bütün həyəcanlar toplanır gözlərimdə o an. Səni sevdiyimi qışqıraraq demək istəyirəm bir an, amma sən qarşıma gəlincə susuram hər zaman...
"Səni sevdiyimi qışqıraraq demək istəyirəm...." tam olaraq belə demişdi? Düzmü eşitdim?...
İlahi!
Bu sevgi etirafı idi! O da məni sevir. Hisslərim qarşılıqsız deyilmiş. O da məni sevirmiş!... Amma niyə bu günə qədər mənə deməmişdi?
-Murad...
-Hmm?
Hələ də məni qucaqlamağa davam edirdi.
-Əgər məni sevirdinsə...,-utandığım üçün bir neçə saniyə susub yenidən davam etdim.- sevirdinsə, bəs onda niyə bunu mənə demirdin?
Məni qolları arasından buraxıb üzümə baxdı. Göz-gözə gəldiyimiz an daha çox utanmağa başladım. Gözlərimi ondan qaçırdım. Murad qolumdan tutub pilləkanda oturub məni də aşağıya doğru çəkdi. Pilləkanda yan-yana oturmuşduq. İkimiz də bir-birimizin üzünə baxmırdıq.
Səssizlik...
-Səbinə...
-Hm?
-Səni özümdən uzaqlaşdırmağa çox çalışdım...
-Bunu etmək məcburiyyətində deyildin...
-Yox, Səbinə, mənim həyatım etmək istədiklərimdən yox, etmək istəmədiklərimdən ibarətdir.
-Necə yəni?
-Yəni əgər mən səni sevirəmsə, bunu sənə demək istəyirəm. Amma deyə bilmirəm. Çünki deməmək məcburiyyətindəyəm. Səni özümdən uzaqlaşdırmağa məcburam. Amma, Səbinə, sənə bundan sonra daha çox yara vurmağa məcbur olacam...
-Daha çox? Niyə?
-Səbinə, sənə səni sevdiyimi demək istəmirdim. Çünki səni sevdiyimi bilsəydin mənə daha çox bağlanacaqdın və xəstəliyim sənə əzab verməyə başlayacaqdı. Ona görə də səni daha çox incitməmək üçün deməməyi seçmişdim. Düşünürdüm ki, sənin sevgini rədd etsəm qəlbin qırılacaq, amma buna dözə biləcəksən. Lakin mənə daha çox aşiq olub, bağlansan xəstəliyim səni daha çox incidəcək və sən buna dözə bilməyəcəksən...
O yalnız mənim yaxşılığımı düşünürmüş bu günlər ərzində. Mən isə onu qınayır, ağlayır, göz yaşı tökürdüm. Dediklərinin hamısında haqqlı idi. Ona görə əzab çəkəcəkdim, amma onun bilmədiyi bir şey var idi, mən əzab çəkməkdə profisional idim. Atamın yaşatdığı əzablara dözən mən, onun yaşadacağı əzablara dözə bilərdim. Hər zaman eyni yer yaralananda daha da möhkəm olur, sərtləşir. Mənim də qəlbim qaysaq bağlamışdı. Daha ora batan acılar təsir etmirdi.
Ayağa qalxıb dedim:
-Üzümə baxma, çünki üzümə baxsan utanc hissindən öləcəm. Söyləmək istədiklərimi söyləyə bilməyəcəm.
-Yaxşı...baxmıram.
-Səni tam olaraq nə zaman sevməyə başladığımı bilmirəm və tam olaraq nə zamandan xəstəliyinin mənə əzab verdiyini də bilmirəm. Amma mən sən düşündüyün qədər zəif deyiləm. Sənin əlində tutduğun qılınc məni yaralasa da nə edə bilərəm? Mən çoxdan sənə aşiq olmuşam. Mənə yaşadacağın əzab önəmli deyil. Mən dözərəm...
ESTÁS LEYENDO
Son dəfə...
RomanceBir yanda kiçik qəza ilə bütün həyatı dəyişən Səbinə, bir yanda isə həyatda bütün gözəlliklərdən əlini üzmüş Murad. Səbinə öz həyat sevgisi ilə Muradın diqqətini çəkə biləcəkmi? Murad hələ də vəfat etmiş keçmiş sevgilisi Səbinəni sevərkən qarşısına...