18 Bölüm (Yeni bir dostluq?)

78 19 7
                                    

İkisi də yanımdan keçib Muradın iş otağına gedərkən Fəridə mənə göz süzdürüb ifritə sifət ilə getdi.
O, öz baxışları ilə qalib gəldiyini göstərmək istəyirdi. Lakin bu axmaq bilmirdi ki, onun kim olması mənim vecimə deyil. İstər Muradın yox, daha böyük vəzifəli birisinin sevgilisi olsun, mənə hörmət qoymadıqdan sonra o xanımın dəyəri yoxdur gözümdə. Həm də ilk gündən məndən niyə xoşu gəlmədiyi anlamırdım. Heç bir müsbət və ya mənfi dialoqum olmamışdı o Fəridə adlı ifritə ilə. Bəs niyə ilk gündən pis davranırdı mənə?

Yarım saat sonra Fəridənin çığırtıları ilə Muradın otağına girdim. Murad yerə uzanmışdı. Sanki ölü idi. Fəridə göz yaşları içində çığıraraq dedi:

-Ona kömək elə!!!!

Həmin an internetdə araşdırarkən oxuduğum məqalə yadıma düşdü. Orda deyilirdi ki, epilektik tutma zamanı xəstəyə əlavə nəsə etmək qəti qadağandır. Dilini qatdalanmağa qoymamaq üçün ona müdaxilə etməyin. Çənəsi möhkəm sıxıldığı üçün dilini dişləri arasında dişləyib kəsə bilər. Ən yaxşı üsul xəstəni düz uzadıb başını bir sağa və yaxud da sola çevirməkdir.
Muradın xəstəliyini öyrəndikdən sonra hər ehtimala qarşı araşdırıb ilk yardımı öyrənmişdim.
Cəld yerdə sağ tərəfi üstə uzanmış Muradı düz uzadıb başını sağa çevirdim və gözləməyə başladım. Həyəcan və stresdən nə qədər zaman keçdiyinin fərqinə varmamışdım, Murad özünə gəlib gözlərini açdı. Ətrafa baxdıqdan sonra dikəlib divara söykəndi. Əlimdə su tutduğum stəkanı ona uzadıb dedim:

-İç.

Yavaş hərəkətlə stəkanı alıb bir neçə qurtum içdikdən sonra yenidən stəkanı mənə qaytarıb dedi:

-Rauf hardadır.

-O, bu gün işə gəlməyib.

-Bəs mənə ilk yardımı...,- sözünü yarımçıq saxlayıb biraz düşünməyə başladı. Ona yardım edənin mən olduğunu anlayıb dedi,- sən idin.

-Hə, mən idim. Şükür ki özünə gəldin. Biz çox qorxduq.

-Təşəkkür edirəm.

Fəridə sözümü tamamlamağa imkan verməyib ağlayaraq Muradı qucaqlayıb dedi:

-Əzizim, sənin üçün çox qorxdum.

Murad da ona qarşılıq verib çətinliklə də olsa bir əlini Fəridənin belinə qoyub onu qucaqladı. Fəridə əlimdə tutduğum stəkanı alıb mənə "sən get" baxışı atanda nə demək istədiyini anlayıb ayağa qalxdım. Ayağa qalxmağıma təəccüblənən Murad dedi:

-Hara?

-Mən gedim. Həm Kamal ilə görüşməli idik.

-Hm...hər şeyə görə təşəkkürlər, Səbinə. Bu arada etdiyin köməkliyin haqqını alacaqsan.

Anlamadım, mənə pul ödəyəcəkdi?! Onu heç cürə anlaya bilmirdim. Axı harda görülüb ki, insanlar pul qarşılığında yaxşılıq etsinlər. Mən onu o halda görüncə qorxudan, həyəcandan nə edəcəyimi bilməzkən bu barədə heç düşünməmişdim də. Mənim onu puluna görə qurtarmamışdım.

-Buna ehtiyac yoxdur, sizi qarşılığında pul almaq üçün qurtamadım.

-Amma bunu mən sənə bir təşəkkür əvəzi kimi təklif edirəm.

-Çox sağ olun, buna ehtiyac yoxdur. Təşəkkür etməyiniz bəsdi.

Otaqdan çıxıb telefonumu əlimə aldım. Kamala zəng vurub harda olduğunu soruşdum. Nə yaxşı ki, şirkətdə idi. Onun yanına getdim. Hər zaman ki kimi çalışdı. Məni görüncə gülümsədi, lakin mənim üzümdəki ifadəsizliyi görüncə dedi:

Son dəfə...Tempat cerita menjadi hidup. Temukan sekarang