Şirkətdə işlər qaydasına düşmüşdü. Bizlər yeni-yeni tanımağa başladığımız müdirə öyrəşməyə çalışırdıq. Onun əmrləri və sərt danışığı məni qıcıqlandırsa da səbr etməyə çalışırdım. Adamın hər halından məndən zəhləsi getdiyi bəlli idi. Heç mən də ondan geri qalmırdım. Mənim də ən az onun qədər ondan zəhləm gedirdi. Adamda məni qıcıqlandıran nəsə var idi. Sanki bu adama qarşı allergiyam vardı. Onu görür-görməz gözlərimi süzdürürdüm. Allahım, mən bu adamla necə yola gedəcəyəm?
Yorucu işdən sonra günorta yeməyimizi yeməyin vaxtı idi. Hər bir işləyən iş adamının dadına çatan dönərdən sifariş verib aldım. Şirkətin həyətindəki yerlərdən birində əyləşib dönərimi yeməyə başladım. Rauf bəy yanımda əyləşib salam verdi. Salamını alıb dedim:
-Siz yemək yemirsiniz?
-Ah , bu heç yadıma da düşmür. Başım işlə qarışıqdır.
-O vicdansız müdir sizə vaxt vermir yemək üçün?!
-Yox, elə deyil. Sadəcə mən yemək yeməyə zaman ayırmıram.
-Aa, anladım.
-Çox çalışmam lazımdı...
-Səbəbi əgər sirr deyilsə, niyə?
-Mənim evdə danışma qüsurlu bacım var. Onu müalicə etdirmək üçün çox çalışıram.
Demək mən qəzaya uğradığım gün ona görə Rauf bəyin əlləri ilə mənə izah etdiklərini anlayırdım. Bacısı danışma qüsurlu imiş...
-Çox pis oldum. Allah şəfa versin.
-Yox, yox. Pis olmağınıza ehtiyac yoxdur. Bacım adi insanlardan heç nəyi ilə fərqlənmir, o da digər insanlar kimi mənimlə söhbət edir, yemək bişirir, maraqlı zaman keçirir, jaket toxuyur və sairə işlər.
-Bacınızın qüvvətli olmağına çox sevindim. Bir gün onunla tanış olmaq istəyərdim.
-İnşallah, bacım yeni insanları tanımağı çox sevir.
-Nə gözəl!
-Şey..
Nəsə demək isteyirdi, amma çəkinirdi. Onun sözünə davam etməsi üçün dedim:
-Sizi dinləyirəm...
-Murad bəy ilə qəza nəticəsində tanış olmağınızı zəhmət olmasa heç kimə deməyin.
-Bunu demək üçün sizi o göndərib bura?
-Bəli, amma lütfən məni yalnış anlamayın.
-Yox, Rauf bəy, narahat olmayın, mən sizi yalnış anlamıram. Sadəcə anlamadığım bir şey var, niyə axı bu Murad taxtaba... Murad b..əy deyəcəyi sözü özü gəlib demir? Nədi biz ondan aşağı səviyyəli adamıq, yoxsa alçaq dağları o yaradıb?!
-Əsəbləşməyin, onu anlamağa çalışın, o heç kimə güvənə bilməz.
-Onun mənə güvənib güvənməməyi mənə maraqlı deyil. Kim özü necədirsə elə bilir ki, hamı elədir. Ona söyləyin ki, mən onun kimi güvənilməz birisi deyiləm, əgər söyləmək istəsəydim çoxdan hər kəsə danışardım bu barədə, amma bundan heç kimə bəhs etmədim. Çünki ...
-Çünki nə?
Bunu deyən Rauf bəy deyildi. Kimsə başqa adam idi. Arxamı dönəndə Muradla qarşılaşdım. Arxada dayanmış bizi dinləyirmiş. Söylədiklərimə peşman deyildim, yenə olsa yenə söyləyirdim. İstəyirsə məni işdən də qova bilərdi, vecimə də deyildi.
-Çünki nə?,-sualını yenidən təkrar etdi.
-Çünki mən güvənilə biləcək insanam.
-Hamı özünü güvənilə biləcək birisi sanır.
-Düz deyirsiz, məsələn, sizin kimi. Amma gerçək bunun tam əksini deyir.
-Siz nə bilirsiz ki mən necəyəm?
-Vallah heç bilmək də istəmirəm.
Muradın dilindən.
Önümdə durmuş Raufla söhbət edirdi. Öncə dinləmək istəməsəm də adımı eşidincə dinləməyə başladım. Bu qız mənə "Murad taxtabaş" demək istəyirdi? Yoxsa mən yalnış eşitdim? Səbrimi sonuna qədər istifadə etməliydim. Sonda nə deyəcəkdi çox maraqlıdır. Allahım, bu qız mənə qarşı gəlməkdən qorxmur deyəsən. Mən artıq tab gətirə bilməyib danışınca sonunda mənim varlığımdan xəbərdar oldu. Məni görüncə təəccüblənsə də özünü heç nə olmamış kimi aparmağa başladı.
-Çünki nə?
-Çünki mən güvənilə biləcək insanam.
Guya biz güvəniləcək birisi deyilik. Necə də özünü bəyənmiş qızdı!
-Hamı özünü güvənilə biləcək birisi sanır.
-Düz deyirsiz, məsələn, sizin kimi. Amma gerçək bunun tam əksini deyir.
Bu qız səbrimi tükəndirir artıq!
-Siz nə bilirsiz ki mən necəyəm?
-Vallah heç bilmək də istəmirəm.
Nə?! Nə dedi bu qız, mənim haqqımda heç bilmək də istəmir?! Guya mən ölürdüm səni tanımaqdan ötrü! Bir qız ancaq bu qədər özünü bəyənmiş ola bilər. Düzdü, uzun açıq qəhvəyi saçları, tünd rəngli gözləri, xırda burnu ilə gözəl qızdı, amma xasiyyəti apar tulla! Heç bəyənmədim bu qızı. Doğurdan adı nə idi bunun?!
-Adın nədi sənin?
Lağ edərmişcəsinə gülüb dedi:
-Bunu məndən yüz dəfə soruşmusunuz. Gedin özünüz düşünün, axı mənim adım nə idi.
Ya rəbbim, bu qız ölümünə susayıb deyəsən. Şirkətdən qovum səni sən də bax. Amma bir dəqiqə, onu şirkətdən qovmaqla ona cəza vermiş olmayacam. Onu şirkətdə saxlayıb daha da ağır cəzalar verməliyəm. Ha! Ha! Ha!
Səbinənin dilindən.
Bu adama nifrət edirəm! Necə də özünü bəyənmiş adamdı! Bir insan ancaq bu qədər özünü bəyənmiş ola bilər. Hıh! Amma dəqiq bildiyim odur ki, sabaha məni işdən qovacaq. Yenə dilim dinc durmamışdı və öz dilimin bəlasına düşmüşdüm. Yox! Peşman olmayacağam, qərarı nə olursa olsun mübarizə aparacağam! Bu adama dərsini verməliyəm.
YOU ARE READING
Son dəfə...
RomanceBir yanda kiçik qəza ilə bütün həyatı dəyişən Səbinə, bir yanda isə həyatda bütün gözəlliklərdən əlini üzmüş Murad. Səbinə öz həyat sevgisi ilə Muradın diqqətini çəkə biləcəkmi? Murad hələ də vəfat etmiş keçmiş sevgilisi Səbinəni sevərkən qarşısına...