21 Bölüm (Ölümlü dünyam)

85 21 10
                                    

•••••••

Uzun yol boyunca Murad heç nə demədən maşını sürürdü. Şəhərə geri dönürdük. Amma düzünü desəm mənim fikrim Kamal da qalmışdı. Mənə söylədiyi o qədər sözlərə qarşılıq olaraq heç nə demədən getmişdim. Əslində deyəcək söz tapmırdım. Kamal mənim ən yaxşı dostum idi, ona qarşı hisslərimin olacağı barədə heç vaxt düşünə bilməzdim və düşünmərəm də.

-Səbinə...

Muradın səsi düşüncələrimin uçub getməsinə səbəb oldu. Pəncərdən çölə baxırdım. Üzümü Murada çevirib sual dolu baxışlarla ona baxıb sözünə davam etməsini gözlədim.

-Nə əcəb danışmırsan?

-Kamalı orda yalnız buraxıb gəlməyimiz düzgün deyildi. Ən azında bu hərəkətin düzgün olmadığına inanıram.

-Yol boyu susmağının səbəbi onu düşünməyin idi?...

-Yalan deməyəcəm. Hə, onu düşünürdüm.

Maşını qəflətən döndərməsi ilə pəncərəyə çırpıldım və qışqırdım:

-Dəli olmusan?! Nə edirsən?!

-Geri dönürəm!

-Geri dönürsən?

-Hə, o çox sevdiyin Kamalın yanına aparıram səni!

Cavab vermək istəsəm də susub yola baxmağa başladım. Onu saymayacaqdım.
Yarım saat sonra məni yenidən həmin yerə gətirdi. Maşını saxlayar-saxlamaz düşüb ətrafa baxdım, amma nə Kamal, nə də maşını ətrafda yox idi. Deyəsən getmişdi. Murad onun olmadığını görüb dedi:

-Rahatladın?

Ona cavab verməyib maşına doğru getdim. Qapını açıb maşına əyləşdim və Muradın gəlməyini gözlədim. Öz-özünə nəsə mızıldaıb maşına doğru gəlməyə başlayınca özümü elə apardım ki, guya heç ona baxmırmışam. Maşına əyləşib bir neçə saniyə dayandı. Ona baxmasam da mənə baxdığını hiss edə bilirdim. Gələn telefon zəngi ilə səssizlik pozuldu.

-Hə, Fəridə?

-.....

Zəng edən Fəridə imiş. Onun nə dediyini bilmirəm, amma Murad ona "Yaxşı, birazdan ordayam" dedi.
Telefonu cibinə qoyduqdan sonra yalandan öskürüb dedi:

-Kamal, çoxdan gedib. Bizim barda yeni il şənliyimiz vardı, ordadı.

Cavab verməyib başımı yellədim. Ona cavab vermək istəmirdim.

-Səbinə, mənimlə danışmayacaqsan?

Dərindən nəfəs verib dedim:

-Murad, sən öz yalnış hərəkətini anlamırsan? Kamal orda mənə öz hisslərini açıqladı, mənim üçün nə qədər narahat olmuşdu, qorxu keçirmişdi, amma sən mənə icazə vermədin ki, ona cavab verim. O, məni yalnış anladı.

-Səbinə, niyə Kamalı bu qədər önəmsəyirsən?

-Çünki o, mənim dostumdur. Həm də ən yaxşı dostum.

-Ən yaxşı dostlar bir-birinə aşiq olmurlar.

-Mən ona aşiq deyiləm.

-Amma o sənə aşiqdi.

-Kamal vəfat edən sevgilisinə bənzədiyim üçün mənə olan hisslərini qarışdırıb. Onu anlayıram.

-O Səbinə öləli illər olub, Kamal onu unudub.

Son dəfə...Hikayelerin yaşadığı yer. Şimdi keşfedin