Murad iş otağının qapısından çıxıb bir neçə addım önə atdı.
-Məncə bu qədər ağlamalı dəqiqələr yetər. Sirri söyləməyəcəksən? Əsas odur.
-Söyləyəcəm, amma ümid edirəm ki, bunu biləndən sonra məni bağışlayacaqsan, ya da belə deyim, mənim olmayan günahlarımdan keçəcəksən...
-Səni bağışlayacağımdan bu qədər əminsən?
-Hə, o qədər əminəm. Çünki bu sirr sənin ölən sevgilin Səbinə ilə bağladır.
-Səbinə?! Onunla bağlı sirr qalmadığına əminəm..
-O zaman yalnış düşünürsən, çünki sənin yalnış anladığın və illər boyu inandığın gerçək əslində boş bir uydurmadır.
-Necə yəni? Nə demək istəyirsən?! Heç nə anlamıram!!!
-Demək istəyirəm ki, Səbinənin ölümü sadə yol qəzası deyil və...səndə ayrılmaq səbəbi də mənə olan sevgisi deyil!
-Açıq danış! Mən heç nə anlamıram! Necə yəni Səbinənin ölümü sadə yol qəzası deyil?! Necə yəni məni tərk etməyinin səbəbi sənə olan sevgisi deyil?!!
-İndi hər şeyi ən başından danışacam. Dinlə!Sən uzun illər Səbinənin səni atıb getməsində məni günahlandırmısan. Amma bilmədiyin bəzi şeylər vardı. O zamanlar sənə hər şeyi olduğu kimi danışıb üzr istəmək istəmişdim, amma Səbinə buna razı olmadı. O, səssizcə ölməyi tərcih etdi.
-Necə yəni, Səbinəyə nə olmuşdu ki?
-Mən o vaxt Səbinəyə ona aşiq olduğumu söyləmək istəyirdim. Səndən daha üstün olan heç bir cəhətim yox idi. Sən hər şeydə məndən üstün idin. Səbinə axı nəyə görə mənə gələ bilərdi? Onu cəzb edəcək heç nəyim yox idi, amma bir qədər sonra anladım ki, onu mənim cəzb edəcək heç nəyim yoxdur, amma onu səndən uzaqlaşdıracaq səndə olan bir xəstəlik var. Çox alçaqca bir davranış olduğunu düşünə bilərsən, amma inan ki, insan sevəndə, bir şeyi əldə etməyə çalışanda hər yola baş vurur. Bir gün Səbinəyə dedim ki, Murad Epilepsiya xəstəsidir və nə vaxt öləcəyi bəlli deyil.
-O, da bunu öyrənib çox asanlıqla məndən üz döndərdi.
-Yox...elə deyil. Çünki Səbinə zatən bundan xəbərdar olduğumu bildirdi.
-Nə? Səbinə hər şeyi ən başından bilirmiş?
-Hmm...amma ən qəribəsi orda deyildi, o dedi ki, səndən uzaqlaşmaq üçün ona kömək edim. Mən ilk öncə buna etiraz etməyi düşündüm. Çünki yalnız sənin xəstəliyini dedikdən sonra nə qədər alçaqca hərəkət etdiyimi anladım. Amma Səbinə çox yalvardı. Səbəbini soruşduqda isə o mənə elə bir sirr açdı ki, mən ona kömək etməyə bilməzdim.
-Nədir o sirr?!
-Səbinənin beynində şiş varmış.
-Nə?! Nə danışırsan sən?!!!
-Həkimlər bədxassəli olduğunu söyləyibmiş. Səbinə dedi ki, Muradın xəstəliyi təhlükəlidir. Dedi ki, Murad mənim xəstəliyimi bilsə epileptik tutması ola bilər. Bu onun üçün təhlükəlidir. Həm də dedi ki, tezliklə kimyaterapiya alacaq və o şüaların təsirindən tanınmaz hala düşəcək... Saçları töküləcək, bədəni şişəcək, dişləri töküləcək və ən sonunda əzab içində öləcək. O sənin yaddaşında əvvəlki gözəl halıyla qalmaq istədiyini söylədi. Lakin bir qədər sonra anladım ki, Səbinənin həyat eşqi qalmayıb. Bir gün o mənə dedi ki, dünyadan o dəyişilmiş halıyla getmək istəmir. Hamının, hətta mənim də yaddaşımda ən gözəl halıyla qalmaq istəyir. Ona çox mane olmağa çalışdım, amma alınmadı. Mən dərsdə olarkən o maşınla qəza etmişdi və ölmüşdü.
VOUS LISEZ
Son dəfə...
Roman d'amourBir yanda kiçik qəza ilə bütün həyatı dəyişən Səbinə, bir yanda isə həyatda bütün gözəlliklərdən əlini üzmüş Murad. Səbinə öz həyat sevgisi ilə Muradın diqqətini çəkə biləcəkmi? Murad hələ də vəfat etmiş keçmiş sevgilisi Səbinəni sevərkən qarşısına...