14 Bölüm (Gözlərdəki əzab)

99 22 28
                                    

-Belə çox öyrənmək istəyirsən xəstəliyimi?

Susurdum, onun burda olduğuna inana bilmirdim. Ona nə cavab verəcəkdim.
Birdən qolumdan tutub məni harasa aparmağa başladı. Çox güclü idi, ona güc gələ bilmirdim. Maşınının önünə gələndə dedi:

-Min!

Qorxudan səsimi çıxara bilməyib maşına əyləşdim. Yol boyu ölüm səssizliyi var idi arada. Gözlərimi astaca çevirib ona baxmağa belə qorxurdum. Maşın dayanınca içimdəki qorxu daha da artmağa başladı. Gəldiyimiz yer bir qəbirstanlıq idi. Maşından düşüb mənə doğru gəldi, maşının qapısını açıb dedi:

-Düş!

Səssizcə maşından düşüb ona baxmağa başladım. O nə əsəbi görünürdü, nə də hirsli. Mənə baxıb bir daha dedi:

-Xəstəliyimi hələ də öyrənmək istəyirsən?...

Ona nə deməli idim. Bir neçə saniyə ərzində hər cür cavablar gəldi ağlıma, lakin mən içlərində ən axmaq olan cavabı seçib dedim:

-Mən...mən sadəcə narahat olmuşdum.

Allahım dediyimə özüm belə inanmıram. Nə narahat olmağı? O heç mənə maraqlı da deyildi. Maraqlı da deyildi, bəs niyə mən bu işə qarışmışdım?

Üzündə heç cürə anlaya bilmədiyim bir təbəssüm yarandı. Gözləri boş və mənasız baxırdı, gülüşü isə kədər, iztehza qarışıq idi. Onun nə deyəcəyi mənə maraqlı idi, amma o susurdu. Susmağından istifadə edib bayaq qurduğum o axmaq cümləmi ört-basdır etməyə çalışaraq dedim:

-Onlar xəstə oluğunuzu deyirdilər, sadəcə maraqlı gəldi. Sevdiyiniz insanları sizdən uzaqlaşdıracaq qədər dəhşətli olan o xəstəlik nədir deyə maraqlandım sadəcə. Xəstəliyinizi deməyə məcbur deyilsiz. Bunu öyrənməyə çalışmaq mənim axmaqlığım idi. Etik davranış olmadığını bilirəm. Bağışlayın.

Mən danışdıqca üzündəki təbəssüm yox olmuşdu. İndi daha ciddi baxırdı gözlərimə. Dərindən "of" deyib yerə oturdu. Kürəyini maşının qapısına söykəyib mənə baxdı yenidən.

-Sən də otur.

Sakitcə yerə oturub ona baxmağa davam etdim. Ondan üzr istəsəm də, etdiyimin səhv olduğunu bilsəm də yenə də xəstəliyini öyrənmək istəyirdim. Bunu öyrənincə həyatımda heç nə dəyişməyəcəkdi, heç nə qazanıb ya da itirməyəcəkdim, amma səbəbsiz bir maraqla öyrənmək istəyirdim.

-Gözlərindən hələ də maraqlandığın hiss olunur.

Səsi çox yavaş və sakit idi.

-Niyə maraqlandığımı bilmirəm. Bəlkə də həyat hekayəni öyrəndikdən sonra başladı hər şey.

-Düzünü deyəcəm. Məndən incimə.

-Eşidirəm.

-Səbinəyə bənzədiyin üçün səndən xoşum gəlmir.

-Mənim ona oxşamağım o olduğum demək deyil. Öyrəndiklərimdən tanıdığım qədərilə biz çox fərqliyik.

-Ola bilər.

-Səbinəni bağışlamağı yoxlamadınız heç?

-Mənimlə rahat danışa bilərsən. Onsuzda ikimizdə məndən zəhlən getdiyini bilirik.

Bunu onun özündən eşitmək mənə xoş gəlmişdi. Ən azından o kobudluqları edəndə ondan zəhləm getdiyini bilirdi.

-Hə, razıyam. Mənə də belə rahat olardı.

Son dəfə...Where stories live. Discover now