9 Bölüm (Sevdiklərim məni tərk edir)

81 18 2
                                    

Az keçmişdi ki, Rauf bəy qaçaraq gəlib dedi:

-Murad bəy burdadır?!

Səsi həyəcanlı gəlirdi, çox qorxmuşdu.

-Xeyr, burda deyil, -dedim.

-Lənətə gəlsin! Ona tək harasa getmək olmaz!

Tək harasa getmək olmaz? Necə yəni? Murad taxtabaşı niyə Rauf bəy olmadan heç yana gedə bilməzdi ki?

-Niyə sizsiz harasa gedə bilməz?

-Bağışlayın, amma getməliyəm. Əgər gələrsə mənə mütləq xəbər verin.

-Yaxşı, narahat olmayın.

Sözümü axıra qədər dinləmədən qaçaraq çıxıb getdi. Nədənsə çox həyəcanlı idi və çox qorxurdu. Əllərinin titrədiyinin fərqində belə deyildi.
Görəsən niyə bu qədər qorxmuşdu? Niyə Murad onsuz heç yerə gedə bilməzdi?

Yarım saat sonra eve getmək zamanı idi. Çantamı götürüb çıxmaq istəyərkən Kamal gəldi. Onu görüncə biraz təəccüblənsəm də biruzə verməməyə çalışdım.

-Getmək zamanıdır,-dedi gülümsəyərək.

-Hmm gedək.

Şirkətdən çıxıb avtobus dayanacağına qədər birlikdə söhbərt edə-edə getdik.

-O, şirkətdə idi yoxsa çoxdan getmişdi?, - deyə soruşdu Kamal.

-Bizimlə qarşılaşdıqdan sonra geri gəlmədi.

-Hmm...

-Aa..bir də Rauf bəy gəlmişdi. Həyəcanlı görünürdü, Murad taxt... Murad bəyi soruşub getdi.

-Nəsə dedi sənə?

-Elə bir önəmli heç nə demədi, sadəcə "Murad bəy mənsiz heç yana gedə bilməz" dedi.

-Murad və Rauf eyni zamanda dostdular.

-Rauf bəy Murad bəydən yaşca çox böyükdür.

-Hmm bilirəm, biz uşaq olan vaxtlarda Rauf bizim evimizdə sürücü işləyirdi. O hadisədən sonra Rauf Murada baxmağa başladı, bir növ qoruyucusu oldu.

-Hansı hadisə?

-Boş ver...

-Avtobus da gəldi.

Sağ ollaşıb avtobusa mindim. Boş qalan yerlərdən birində əyləşib Kamalın dediklərini düşünməyə başladım. Demək hansısa hadisə baş vermişdi keçmişdə. Rauf bəy də əslində Muradı çoxdan tanıyırmış. Getdikcə Murad və Kamal arasındakı münaqişənin əsl səbəbi mənə maraqlı gəlməyə başlamışdı.
Avtobus dayanacaqda dayananda düşüncələrimdən ayrılıb avtobusdan düşdüm. Artıq evə çatmışdım. Mağazadan bir çörək alıb evə getdim. Həmişəki melodya ilə qapını döydüm. Anam qapını açıb heç nə demədən evə keçdi. Bu hal olduqca qəribə idi. Anam heç vaxt belə eləməzdi. Çörəyi mətbəxə qoyub qonaq otağına keçdim. Anam fikirli halda divanda əyləşmiş yanına gəldiyimin fərqinə belə varmamışdı. Əlimi anamın dizləri üstündəki əlinin üstünə qoyub dedi:

-Nəsə olub?

-Baban... Vəziyyəti pisləşibmiş

Özümü bildim biləli babam xəstə idi. Tez-tez ayaqları şişər və yerimək onun üçün çətinləşərdi. Ağrıyan bir yeri yox idi, amma ayaqları nədənsə şişərdi. Həkim böyrəklərini müayinə edirdilər, lakin müayinələrin nəticəsi olaraq böyrəklərində problem tapılmırdı. Bilmirəm, bəlkə də həkim savadsız idi, ya da doğurdan da babamın ayaqlarının şişməsi məlum olacaq xəstəlik deyildi. Amma nəticə o idi ki, babam xəstə idi.

Son dəfə...Onde histórias criam vida. Descubra agora