15 Bölüm(Yeni gələn qonaq)

81 19 26
                                    

(Muradın dilindən)

Şirkətə qayıdanda Səbinə və Kamal söhbət edirdilər. İstəməsəm də söhbətlərinə qulaq müsafiri oldum və Kamalın Səbinə ilə keçmiş haqqında danışmaq istədiyini öyrəndim. Anlamıram niyə bütün bunlar bu qıza maraqlıdır.
Mən otağa daxil olanda ikisi də mənə baxırdılar. Özüm də bilmədiyim mənasız gülüşümlə onları qıcıqlandırmağa çalışıb öz iş otağıma keçdim. Qərar verməyə çalışırdım, keçmiş haqqında Kamal danışmalı idi yoxsa mən. Verdiyim son qərarla cəld kafeyə-onların görüşdüyü məkana gəldim. Qapının yanında durmuş onları dinləyirdim. Söhbətlərini yarıda bölüb varlığımı hiss etdirdim.
Səbinəyə hər şeyi danışdım və o göz yaşlarını saxlaya bilmədi. Niyə ağlayırdı görəsən? Xəstəliyimi öyrəndiyim, dərk etməyə başladığım vaxtlarda belə mən ağlamamışdım. Tədbirli davranıb insanları özümdən uzaqlaşdırmağa başladım. Bəzən həkimlər xəstəyə nə qədər vaxtının qaldığını deyirlər. Hər zaman o xəstələrə həsəd aparmışam. Çünki ən azından nə zaman öləcəklərini bilir və bununla razılaşırlar. Lakin mənimki daha əzablıdır. Hər tutmada ölüb-ölməyəcəyini bilmirsən. Tutman bitdikdən sonra düşünürsən ki, görən gələn dəfəkindən sağ çıxa biləcəm? Dəhşətli prosesdir. Bunu kəlimələrlə ifadə etmək çətindir. Tutmanın baş verəcəyini hiss elədiyin andan tutmanın olduğu anlara qədər aldığın hər nəfəs əzablıdır. Mən əzab dolu dünyama insanları daxil edə bilməzdim. Nə vaxt öləcəyini bilməyib, dəfələrlə ölüb dirilən adamın dünyasından kimsəyə yar olmazdı. O zamanlar Səbinəni qınasam da, eqoistlik etsəm də indi onu daha yaxşı anlayıram. Mən də olsam məni tərk edərdim. Sevilməyə layiq olmayan dünyam və mən qaranlıq otaqda gizli qalmalı idik.
Çəkdiyim əzabları kimsənin görməsinə izn verə bilməzdim. Ailəm belə mənim ölümümə hazırlıqlıdır. Şansım əllinin əlliyədir. Həm yaşaya bilərəm, həm də ölə bilərəm. Müalicəmin bir saat gecikməsi ilə illərdir aldığım bütün müalicələr mənasız ola bilərdi. O vaxt bu baş vermişdi. Səbinə xəstəliyimi öyrənib məni tərk etdi və mən dərmanlardan imtina etdim. Dərmanların kəsilməsi ilə ağırlaşan xəstəliyimin müalicəsi yenidən-yenidən davam etdi.

Ən sevdiyim kostyumu əlimə alıb geyinməyə başladım, hər zaman bağlaya bilmədiyim qalstukumu bir kənara atıb rahat olmağı tərcih etdim. Saçlarıma forma verdikdən sonra aynaya baxdım. Həqiqətən yaraşıqlı görünürdüm :) Bunu danmaq axmaqlıq olardı, siz buna "özünü bəyənmişlik" deyərdiz, amma hər şey göz önündədir, yaraşıqlıyam.
Evdən çıxıb maşının arxasına əyləşdim. Həmişəki kimi Rauf artıq maşının ön hissəsində əyləşmişdi.

-Sabahınız xeyir, Murad bəy.

-Hər vaxtın xeyir, Rauf.

-Bu gün yaxşı görünürsüz. Əhvalınız yaxşıdır deyəsən.

-Hə, pis deyiləm.

Bu gün doğurdan da əhvalım yaxşı idi. Dünən ürəyimdəkiləri danışıb rahatlayandan sonra çiyinlərimdəki yük yüngülləşmişdi sanki. Bir gün belə olsa yorğunluğumu və xəstəliyimi unutmaq istəyirəm. Adi, sıradan insan kimi olmaq bir günlük belə olsa haqqımdır.
Maşın dayananda Səbinə düz maşının yanından keçdi. Pəncərəni açıb onu çağırdım.

-Səbinə.

Təəccüblə arxaya dönüb mənə baxdı.

-Gözlə bir dəqiqə.

Başı ilə təsdiqləyib əlində tutduğu çantasını çiyninə saldı. Maşından düşüb yanına getdim. Baxışlarından suallar hiss olunurdu. Bilmirəm bunu necə bacarır, amma onun baxışları sanki danışır. Gözlərinə baxanda nə demək istədiyini anlayıram.

Son dəfə...Donde viven las historias. Descúbrelo ahora