Evə gəldikdə məni solğun halda görən anam çox narahat olmuşdu. Hər zamanki kimi şəfqətli, güvən verici qollarını mənə açıb, məni öz qanadlarının altına alıb qucaqladı. Ürəyimdə qarışan duyğulardan baş aça bilmirdim. Anam məni sevgi dolu qucaqlayarkən özümü təqsiri olan uşaq kimi hiss edirdim. Tam olaraq nə baş verdiyini anlamırdım, amma sanki birdən nəsə baş verdiyini anladım. Anamın üzünə baxdım. Nəsə deməyə hazırlaşırdı, amma sanki nədənsə qorxurdu. Əlimdən tutub məni mətbəxə apardı. Əlimi onun əlləri arasından sıyırıb dedim:
-Ana, mən çox yorğunam. Öz otağıma gedəcəm. Yemək yemək üçün iştahım yoxdu.
-Yox, bir dəqiqə...Yemək üçün deyil, başqa bir şey üçün səni bura gətirdim. Sənə demək istədiklərim var.
-Sənin? Mənə?.. Maraqlıdır,görəsən, əziz anam mənə nə demək istəyir.
İçimdən gülümsəmək gəlməsə də gülümsəməyə bənzər mimika yaratdım üzümdə.
-Hə, amma öncəliklə əyləş.
İşlərin qəribə hal aldığını hiss edirdim. Əyləşib anamın üzünə baxdım. Anam dərindən nəfəs alıb önümdə diz çökdü. Dizlərim üzərində duran əllərimi əlləri arasına alıb öpdü. Onun bu hərəkəti məni həyəcanlandırırdı və hiss edirdim ki, nəsə pis xəbər verəcək. Başını qaldırıb üzümə baxdı. Qayğılı üz ifadəsi ilə yavaş səslə dedi:
-Qızım...
-Eşidirəm, ana...
Bu heç xeyirli işə əlamət deyildi.
-Sən, yəni sənin uzun zamandır əzab çəkdiyini hər ikimiz bilirik. Amma bu gün bütün bunlara son qoyulacaq.
-Necə yəni?,-anamın üstü örtülü sözlərindən daha da səbirsizlənib əsəbləşməyə başladım.-Mən heç nə anlamıram!
-Atan...
-Lənətə gəlsin, nə atası?!
-O...buradır. Qonaq otağında səni gözləyir.
Görəsən insanlar niyə ağlayır? Misirdəki piramidaların sirri nədir görəsən? Görəsən birinci toyuq yaranıb, yoxsa yumurta? Toyuq olmasa yumurta olmaz, yumurta olmasa toyuq olmaz. Bəs onsa bu sualın dəqiq cavabı nədir?...
Ağlımdan indi yaşadığım hadisəyə dəxli olmayan bütün dəxlisiz suallar keçdi saniyələr içində. Beynim dərk etmə qabiliyyətini saniyələr ərzində itirmişdi. Gözlərim anama baxırdı, amma beynim gözlərimin ona göndərdiyi siqnalı qəbul etmirdi. Yəni anama baxırdım, amma əslində baxmırdım. Baxışlarım anamı ötüb keçmişdi, sanki boşluğa baxırdı. Bədənimin mənimlə olmadığını hiss edirdim. Bu əl mənim idi, bu ayaq mənim idi, amma fiziki olaraq heç birini hiss etmirdim. Sanki heç biri mənimlə deyildi. Boşluğa baxan gözlərim torlu görməyə başlamışdı. Gözümü yumub-açdım, lakin yenə həmin torlu mənzərə!
Ayağa qalxıb bir iki addım atmışdım ki, yerə yıxıldım və ardınca qaranlıq xülya...
"Xatırlayıram, uşaq vaxtı atamla..." demək üçün hər şeyi qurban verərdim. Çünki atamla bağlı anlatacaq, danışacaq heç bir dəyərli xatirəm yoxdu. Uşaq vaxtı məktəbdə bir oğlan var idi. Atasını itirmişdi. Axmaaqca səslənsə də o zamanlar ona belə paxıllıq etmişdim. Yox, mən eqoist, paxıl birisi deyiləm. Nə də başımı itirməmişəm. Sadəcə düşünmüşdüm ki, onun heç olmazsa yetim olmasının səbəbi atasının gerçəkdən olmamasıdır, o atası üçün ən azından darıxanda gedəcək bir qəbirstanlığı var, bəs mənim?! Mənim nəyim var?! Atalı yetim olmağın yükünü çəkmək daha ağırdır. Bilirsən ki, o nəfəs alır, yaşayır, deyir-gülür, əylənir, hətta orda da evlənir, həyatını davam etdirir və səni burda görməzdən gəlir. Düşünürdüm ki, o nə vaxtsa qarşıma çıxsa ona yüzlərlə söz deyəcəm, etdiklərinə görə onu peşman edəcəm, üstünə hücum çəkib etdiklərinin bədəlini istəyəcəm. Sinəsinə dayanadan yumruqlar vurub ürəyinə dəlik açacam. O, mənim ürəyimdə bərpası mümkün olmayan dəlik açan kimi. Amma düşündüklərimin heç biri olmamışdı. Onun gəldiyini biləndə ona dair heç nə düşünə bilməmişdim və sonun huşumu itirib yerə yıxılmışdım. Sonunda yavaş-yavaş özümə gəldiyimi hiss edirdim, amma gözlərimi açmamaqda təkid edirdim. Gözlərimi açıb gerçəklərlə qarşılaşmaqdan qorxurdum. Onların öz aralarındakı danışığın eşidirdim.
أنت تقرأ
Son dəfə...
عاطفيةBir yanda kiçik qəza ilə bütün həyatı dəyişən Səbinə, bir yanda isə həyatda bütün gözəlliklərdən əlini üzmüş Murad. Səbinə öz həyat sevgisi ilə Muradın diqqətini çəkə biləcəkmi? Murad hələ də vəfat etmiş keçmiş sevgilisi Səbinəni sevərkən qarşısına...