Salam, dostlar yeni bölümlə burdayam.İnşallah bəyənərsiniz :) Lütfən, oxuyusunuzsa Vote verməyi və COMMENT yazmağı unutmayın. Bu hekayəni yazmağa məni daha da həvəsləndirir.
Mahnı: Kal ho naa ho filmindəndir.•••••••••
Camal bəy önümü kəsib dedi:
-Səbinə xanım.
-Buyurun.
-Siz çox gözəl və ağıllı qadınsınız. Sizə mənim katibəm olmağınızı təklif edirəm.
-Yox, sağ olun. İş yerimdən razıyam.
-Məni anlamadınız deyəsən...
Daha da yaxınlaşıb biləyimdən tutdu. Mən arxaya çəkilib qolumu onun əlindən qurtarmağa çalışsam da bacarmamışdım. Olduqca güclü idi. Qormağa başlamışdım.
-Səbinə xanım, siz çox gözəlsiniz...
Səsinin yumşaqlığı məni daha da qorxutmağa bəs etmişdi. Gözlərim dolarkən qollarımın taqəti qalmamışdı. O, daha da yaxınlaşıb qulağıma "Səni çox bəyəndim" deyə fısıldadı. Bununla da tutmağa çalışdığım göz yaşlarım axmağa başlamışdı. Əlləri ilə ağzımı qapayıb dedi:
-Səssiz ol!
Gözlərimdən axan yaşlar səssizcə süzülərkən o sözünə davam edirdi.
-Bax, mən bu yollara əl atmaq istəmirdim, xoşluqla razılaşsaydın belə olmazdı.
Bu adam məni daha çox qorumağa başlamışdı.
-Siz gözəl xanımsınız, özünüzə dəyər verin...
Nə etməli idim, çarəsizlik deyilən məhfum bu olmalı idi. Gözlərimi yumub bundan sonra gələcək sözləri dinləməyi qəbullanmışdım. O, məndən çox güclü idi. Ona qarşı gələ bilmirdim.
-Camal bəy, hardasız?
Bu...bu Muradın səsi idi! Allahım, onun nə vaxtsa onun səsini eşidincə bu qədər sevinəcəyim ağlıma belə gəlməzdi. Səsini eşitdiyim an gözlərimi açıb yana baxdım, o artıq bizi görmüşdü. Nə zaman bizə doğru gəldiyinin fərqinə varmamışdım, amma Muradın Camalın üzünə vurduğu yumruq zərbəsi ilə özümə gəldim. Yumruq Camala dəyən kimi əllərini çəkib üzünü tutdu. O, məni buraxan kimi Murada doğru qaçmağa başladım. Onun arxasına keçib olacaqları izləməyə başladım. Camal əli ilə burnundan axan qanı silib gülümsəməyə başladı. Burnundan axan qanı geri çəkib əlləri ilə dağılan tellərini düzəltdi. Quzğunu xatırladan baxışları ilə Murada baxıb dedi:
-Buna peşman olacaqsınız!
Arxasını dönüb gedərkən nə olub-bitdiyini anlamadım. Hədə-qorxu gəlib çıxıb gelib çıxıb-getmişdi.
-Səndən nə istəyirdi?
Belə bir şeyi ona necə izah edə bilərdim ki?
-Heç...
-Əliylə ağzını qapamışdı və sən ağlayırdın. Necə ola bilərki heç nə demədən belə bir hərəkət edə. Düzünü de.
-Doğurdan da heç nə demədi, amma sizin üçün onunla saziş bağlamaq önəmli idi. Mənim əlimdən hər şey məhv oldu.
-İnsanlığı olmayan birisi ilə saziş bağlamaq heç mənə də lazım deyil. Sənin sayəndə onu yaxşıca tanıdım.
Nə deyəcəyimi bilmədim. Sadəcə susdum. Yaşadığım qorxu dolu dəqiqələrdən sonra ayaqlarım tutmurdu sanki. Dizlərim üstünə çöküb başımı əllərim arasına aldım. Göz yaşlarım axarkən onları gizlətməyə ehtiyacım vardı. Murad önümdə dizləri üstə çöküb dedi:
ESTÁS LEYENDO
Son dəfə...
RomanceBir yanda kiçik qəza ilə bütün həyatı dəyişən Səbinə, bir yanda isə həyatda bütün gözəlliklərdən əlini üzmüş Murad. Səbinə öz həyat sevgisi ilə Muradın diqqətini çəkə biləcəkmi? Murad hələ də vəfat etmiş keçmiş sevgilisi Səbinəni sevərkən qarşısına...