-Sənə "getmə" demək istəyirəm, amma buna haqqım olmadığını bilirəm...
Kamal əli ilə kürəyimi sığallayıb dedi:
-Önümüzdəki fəsil yazdır... Təbiət yenidən canlanacaq, solan çiçəklər təravətlənəcək, yaşıl ağaclar artacaq, quşlar yenidən nəğmə oxuyacaq...,-biraz ara verib susdu. Sonra yenidən gözlərimə baxıb əlini kürəyimdən çəkdi.- Və sevən qəlblər susacaq... Sənə söz verirəm.
-Kamal...
Sadəcə adını çəkə bilmişdim. Deməyə başqa söz qalmamışdı. Bundan sonra deyiləcək hər söz peşmanlıq, kədər və üzgünlük dolu olacaqdı. Amma mən ona belə vida etmək istəmirdim. Ümumiyyətlə, mən vidaları sevmirdim. Hazırlıqsız yaxalandığım vidalarda isə daha da pis idim. Danışmağa tək kəlimə belə tapmırdım.
Kamal çamadanını əlinə alıb dedi:
-Getmək vaxtıdır...
Lənətə gəlsin! Gözlərim yenə dolmuşdu! Mən bu qədər sulugöz, zır-zır qız deyildim. Amma Kamal və Muradı tanıyandan ancaq ağlamaq, göz yaşı tökmək və fikir çəkmək ilə məşğul idim.
Burnumu geri çəkib göz yaşlarımı sildim. Onun gözlərinin içinə baxmağa cəsarətim yox idi. Çünki gözlərinə baxsam, daha da möhkəm ağlayıb qollarına yapışıb, getməməsini istəyə bilərdim. Ona həqiqətən dəyər verirdim...
Ona doğru bir addım atdım. Beləliklə aramızdakı məsafə də azalmışdı. Başımı aşağı salıb onun və mənim ayaqqabılarımıza baxdım. Sözə necə başlayacağımı bilmirdim. Bir-iki dəfə öskürüb səsimi köklədikdən sonra dedim:-Bu günün belə tez gələcəyini gözləmirdim.
O susurdu.
-Dünən yalnız sən danışmışdın və mən heç nə deyə bilməmişdim.
Səssizlik.
-Kamal, hər şeyə görə çox sağ ol. Bilirəm, bütün olanlara yalnız təşəkkür etmək azdı, amma nə etmək olar, əlimdən yalnız bu gəlir... Bu günə qədər tanıdığım ən yaxşı insansan. Ən yaxşı...
(Kamalın dilindən)
O önümdə idi. Başını aşağı salmış yalnız təşəkkür edirdi. Ona baxdıqca ürəyim əriyirdi. Gözlərimə baxsa əsla ondan vazkeçə bilməyəcəkdim. Onu burda buraxıb getmək mənim üçün çətin idi. Qüruruma sığışdıra bilmirdim, sevdiyim qadını başqa birisinə əmanət edib getmək mənə ağır gəlirdi. Dünən şirkətə elə-belə getməmişdim. Muradın otağına girmiş və ona yazdığım məktubu buraxmışdım. Məktubu yazmağa qərar vermək, məktubu ona verə bilmək üçün çox çalışmışdım. Bəlkə də indi məktubu oxuyurdu. Yazdıqlarımı necə qəbul edəcəkdi, bilmirəm. Əfsuslar olsun ki, Muraddan başqa güvənə biləcəyim heç kimim yox idi. Bəlkə də Səbinəni ona tapşırmaq axmaqlıq idi, amma Murada güvənirdim. Bilirdim ki, xəstəliyinə görə Səbinəni özünə yaxın buraxmayacaq. Düzdü, bu Səbinə üçün çətin olacaqdı, qəlbi qırılacaqdı, amma başqa çarəm yox idi.
Səbinə sözünü bitirən kimi onun üzünə baxmadan çantamı əlimə alıb təyyarəyə minmək üçün getdim. Ona baxmamışdım, baxa bilməmişdim! Sevdiyim insanın baxışlarındakı kədər mənə ağır gəlirdi. Əzab çəkirdim.
Səbinəyə bir sual vermək istəmişdim hər dəfəsində, amma eşidəcəyim cavabdan qorxduğum üçün verə bilməmişdim. Ölkəni tərk edib gedirdim. Gedirdim, amma ya birdən unutmaq üçün getdiyim zaman ərzində onu unuda bilməsəydim? Onun üçün yenə də problem olardımı?(Muradın dilindən)
Telefonumda çalan aramsız zənglərin bezdirici səsinə söyə-söyə yuxudan oyandım. Gözlərimi açmadan telefonu əlimlə axtarıb yatağın kənarında tapdım. Zəngi söndürüb telefonu yenidən yatağa atdım. Bir neçə saniyə yuxudan oyana bilməyib gözləri qapalı yerimdə uzandım. Tamamən ayıldıqdan sonra əl-üzümü yuyub, hazırlanıb şirkətə getdim. İş çantamı masamın önündə duran divana buraxıb pencəyimi çıxarıb asdım. Masama əyləşəndə masamda duran bir zərf diqqətimi çəkdi. Əlimə alıb zərfin üstünü oxudum.
ESTÁS LEYENDO
Son dəfə...
RomanceBir yanda kiçik qəza ilə bütün həyatı dəyişən Səbinə, bir yanda isə həyatda bütün gözəlliklərdən əlini üzmüş Murad. Səbinə öz həyat sevgisi ilə Muradın diqqətini çəkə biləcəkmi? Murad hələ də vəfat etmiş keçmiş sevgilisi Səbinəni sevərkən qarşısına...