19 Bölüm (Öləcəm?)

79 20 12
                                    

(Aynurun dilindən)

Artıq beş dəqiqə idi ki, heç nə demədən gözlərimə baxırdı. Niyə bu qədər uzun müddət baxırdı ki? Üzümdə nəsə var bəyəm? Allahım, biraz daha baxsa yanaqlarım almadan betər qızaracaq.
Mən belə şeylərə öyrəşməmişəm. İnsanların gözlərinə diqqətlə gözünü zilləyib baxmaq narahatlıq verir.
Artıq gözlərimi ondan qaçırır, ondan başqa hər yerə baxırdım. Bu arada otaqda Muradgilin ailəvi portretlərinin oluğunu hələ indi görürdüm. Bununla da necə diqqətsiz olduğumu anlamış oldum.

-Səbinə, səninlə dost olmaq istəyirəm.

Muradın söylədiyi sözlərli eşidən kimi eyni anda onun gözlərinin içinə baxdım. Zarafat edirdi o?! Ddost olmaq? Murad və mən?! Dost? Haha! Gülüm heç olmazsa yaxşı zarafat idi.

-Zarafat edirsən yəqin ki, amma düzünü deyim gülməli olmadı.

-Yox, heç də. Zarafat etmirəm. Sənə dostluq təklif edirəm...dost olmaq istəyirəm.

Zarafat etmirdi. Bir qərar verməli idim. Amma nə deyəcəyimi bilmirdim. Onun kimi kobud birisi ilə dost olmaq...heç inandırıcı görünmürdü.

-Bağışla, amma yox.

-Nədi yoxsa sən də xəstəl...

Sözünü yarımçıq kesib dedim:

-Axmaq, axmaq danışma. Sən xəstəsən deyə o demək deyil ki sənin şəxsi həyatın, dostların, sevdiklərin olmamalıdı. Sadəcə burda sənin xəstəliyin problem deyil, problem sənin özünsən.

-Mən?,-deyib təəccüblə bir barmağı ilə özünü göstərdi.

-Hə, sən.

-Mən də nə problem var ki?

-O problem var ki, sən kobudsan.

-Etiraz etmək istəyərdim, amma nə yalan deyim mən doğurdan da kobudam.

-Hmm....

-Kamala bir şans vermişdin, mənə də şans ver. Ona şans verib mənə şans verməməyin haqsızlıq olar.

İndi nə deyəcəkdim. Söyləməyə sözüm yox idi. Allahım, ona şans verməməyimin haqsızlıq olduğunu deyirdi.
Heç nə demədən ayağa qaxıb qapıya doğru getməyə başladım. Getdiyimi görün arxamca səsləndi:

-Susmağını razılıq əlaməti olaraq qəbul edirəm.

Əlimi havaya qalxırıb "sağ ol" ifadəsi olaraq sağa sola yelləyib otaqdan çıxdım. Əslində bu nə razılıq idi, nə narazılıq. Onunla dost olmaq istəyib istəmədiyimi bilmirdim. Sadəcə ona özünü təsdiq etmək üçün şans vermişdim.

~~~~~~~~~~~~~~~~

Yataqdan durub əsnəyərək hamama keçdim. Əl-üzümü yuyub aynada öz əksimə baxdım. Yorğun görünsəm də bu gün sevincli idim. Çünki bu gün 31 dekabr idi. İş günü deyildi və bu gün ən çox sevdiyim Yeni il bayramı idi. Yatağımı düzəldib mətbəxə keçdim. Anam yenə həmişəki kimi tezdən oyanmış salatlar və axşam üçün özəl yeməklərindən hazırlayırdı.
Anama gülümsəyib özümə çay süzüb masada əyləşdim. Üzümdəki böyük təbəssümlə dedim:

Son dəfə...Tempat cerita menjadi hidup. Temukan sekarang