-Oyan! Lütfən oyan! İndi ölə bilməzsən. Belə tezliklə hər şeydən vazkeçib bu dünyadan köçə bilməzsən! Sən hələ gəncsən! Yox! Yox! Xahiş edirəm, oyan! Nə olar! Murad! MURAD! OYAN! Oyan dedim sənə...,-səsim boğuq çıxmağa başlamışdı. Nə dediyimi anlamadığım bir anda bağıraraq dedim,-Səni sevirəm! Nə olar, oyan artıq! Belə tezliklə gedə bilməzsən! Məni özünə aşiq edib belə asanlıqla qaça bilməzsən!Nəfəs-nəfəsə qaldığım anda başımı onun sinəsinin üstündən qaldırmadan dərindən nəfəs almağa başladım. Əllərim arasında möhkəm sıxıb saxladığım köynəyini buraxıb başımı yavaşca qaldırıb onun üzünə baxdım. Onun gözləri açıq idi və nəfəs alırdı. O, oyanmışdı! İnana bilmirəm, bu qədər göz yaşı, fəryadlardan sonra sonunda oyanmışdı. Gülümsəyərək yanağımdan axan göz yaşlarını silib ona baxmağa davam etdim. Murad uzandığı yerdən dikəlib qollarını hərəkət etdirdi. Sonra mənalı-mənalı mənə baxdı. Sanki nəsə demək istəyirdi. Başını aşağı salıb gülümsədi. Nə baş verdiyini anlamırdım. Onu anlaya bilmək üçün onun üzünə daha israrla baxmağa davam etdim. Sonunda başını qaldırıb dedi:
-Məni sevirsən?
İnana bilmirəm! Hamısını eşitmişdi! Hamısını!!!
Allahım, yox! Bu ola bilməzdi. Hər şeyi belə rahatlıqla qəbullana bilməzdim. Yer yarılsa da içinə girsəm. Ömrümdə hələ heç vaxt bu qədər utanmamışdım. Bu kobud, taxtabaş, özünü bəyənmişə "Səni sevirəm" demişdim...
Bir anda ağlıma gələn ilk sözü dedim:-Yuxu görmüsən!
Başını əli ilə masaj edərək gülümsəyib dedi:
-Əminsən?
Allahım, üzündəki axmaq gülümsəmə məni əsəbləşdirirdi. Bu dəqiqə öz əllərimlə onu boğub öldürə bilərdim.
-Hə, əminəm. Çünki mən sadəcə nəfəs alıb-almamağından əmin olmaq üçün başımı sinənə qoymuşdum. Bu qədər uzun zaman oyanmadığın üçün ürək döyüntülərini dinləyirdim.
Əllərini yana qoyub bir neçə saniyə susaraq mənə baxdı. Üzündəki o axmaq gülümsəmə hələ də davam edirdi. Ayağa qalxıb dedi:
-Hmm...demək ürək döyüntülərimi dinləyirdin...
Özümdən əmin bir şəkildə dedim:
-Bəli!
-Özüdə sağ tərəfdən...
-Bəli!
Onun dediyini təsdiqlədikdən bir neçə saniyə sonra hər şey beynimə hələ indi çatmışdı. Gözlərimi yumub dərindən nəfəs aldım. Keçən saniyələr içində nə yalan uyduracağımı fikirləşirdim. Çünki bir yalan tapmasaydım bu kobud insana sevgisini etiraf edən axmaq olacaqdım.
-Həyəcandan hansı tərəf olduğuna fikir verməmişəm...
-Hmm...ağlamamışdın yəqin ki.
-Əlbəttdəki yox! Nə ağlamaq?! Hahah!
-Hmm...bəs onda niyə indi pandaya oxşayırsan?
-Panda? O niyə?
-Göz karandaşın hamısı gözlərinin ətrafına yayılıb, əsl pandaya oxşayırsan :)))
Allahım, bu gün nə qədər uğursuz bir gün idi belə! Biyabrçılıq biyabrçılıq ardınca.
Əllərimlə yanaqlarımı, gözlərimin ətrafın silib ayağa qalxdım. Heç nə olmamış kimi davam etməli idim.-Kamal getdi, saat gec olduğu üçün şirkətdə heç kim yoxdu. Sən də özünə gəldiyin üçün mən gedə bilərəm. Sağ ol.
VOUS LISEZ
Son dəfə...
Roman d'amourBir yanda kiçik qəza ilə bütün həyatı dəyişən Səbinə, bir yanda isə həyatda bütün gözəlliklərdən əlini üzmüş Murad. Səbinə öz həyat sevgisi ilə Muradın diqqətini çəkə biləcəkmi? Murad hələ də vəfat etmiş keçmiş sevgilisi Səbinəni sevərkən qarşısına...