(Muradın dilindən)
Fəridə mənim uşaqlıq dostum idi. Kamal olmadığı vaxtlarda Fəridə hər zaman mənimlə idi. Lakin bir gün Fəridənin atası onu yaxşı təhsil almaq üçün Amerikaya göndərdi. Fəridə dönəcəyini söyləsə də dönmədi. Sonra ondan xəbər aldıq ki, təhsilini bitirir-bitirməz universitetlərinin yönləndirməsi ilə işə başlayıb və uğurlar əldə edib. Bir neçə il bundan öncə biz Fəridədən xəbər alanda öyrəndik ki, Fəridə geri dönmək istəyir, amma iş qayğıları ucbatından geri dönə bilmədi. Azərbaycana qayıtmaq, yenidən sıfırdan başlamaq onun gözünü qorxutdu. Amma bu gün o, cəsarətini toplayıb geri döndü. Buna çox sevindim. Keçmiş dostum geri döndü.
Uşaqlıqda Kamal da onunla dost idi. Əminəm ki, Kamal da onu gördüyünə çox sevinəcək. Kamal onu heç vaxt unuda bilməz. Fəridənin zarafatlarına məruz qalan həmişə yazıq Kamal idi axı. Yadımdadır, bir dəfə Fəridə Kamalı aldadıb içinə işlədici dərman atdığı şirəni ona verdi. Sonra bütün günü Kamal Fəridənin əlindən bir təhər olmuşdu. İki dəqiqədən bir qarnını tutub qaçan Kamal hələ də gözlərim önündədir. Eh..nə gözəl illər idi. Fəridəni qarşımda görüncə yenidən keçmiş xatirələrim canlanmağa başlamışdı.
Fəridə ilə biraz söhbət etdikdən sonra mənim evimə getmək qərarına gəldik. Fəridə atam və əmimlə illərdir görüşməmişdi. Onlar üçün çox darıxdığını söyləyirdi.Biz artıq evimdə idik. Qonaq otağına daxil olduqda artıq əmim və atam birlikdə əyləşmiş söhbət edərək bizi gözləyirdilər. Kamal da bizimlə gəlmişdi. Hər nə qədər aramız yaxşı olmasa da ailə yığıncaqlarında birlikdə olurduq. Bu ikimizin də poza bilmədiyi tək qanun idi.
Atam və əmim Fəridəni görür-görməz dedilər:-Ooo qızım, Fəridə!
-Bura gəl.
Qucaqlaşıb görüşdükdən sonra uzun-uzun söhbət etdilər. Söhbəti başqa yerlərə aparan atamın niyyəti bəlli idi. Fəridə uşaqlıq illərimizdə məni sevirdi, amma bu o qədər də uzun çəkməmişdi. Uşaqlıq sevgisi olduğu üçün ikimizdə bunu önəmsiz sayırdıq. Biz sadəcə dost idik, amma atam bu söhbəti bildiyi üçün yenidən gündəmə gətirməyə çalışırdı. Guya bilmirdi ki, mən heç kəsi sevmirəm. Sevmək mənim bacaracağım bir şey deyil.
-Hə, qızım, danış görüm hələ Amerikada heç aşiq olmadın? Evlilik barədə düşünmədin?
-Yox, Yusif dayı, mən Amerikalı birisi ilə yola gedə bilməzdim. Ürəyim vətənimə bağlı ikən yad ölkənin gəlini olmaq... yox! Bacarmazdım.
-(Haha) Nə gözəl, nə gözəl! Mən səni elə buna görə çox istəyirəm də. İndiki gənc qızlardan çox fərqlisən. Həm istedadlısan, həm bacarıqlısan, həm ağıllısan, həm də gözəlsən. Axtardığım gəlinin bütün standartları səndədi.
-Ay, Yusif dayı, utandırmayın məni.
-Bunlar qəlbimin gerçək duyğularıdı, əzizim.
Allahım, atamın səs tonundakı bu şəfqət və ciddilik də nədir belə! Mütləq söhbəti dəyişib aranı qatmalıyam.
-Fəridə, sən heç bizim yeni hovuzu gördün?
-Yox, bağçaya keçmək şansım olmadı.
-Gəl, gəl sənə göstərim.
Atamın baxışları altında qapıya doğru gedərkən arxaya dönüb bir daha atama baxdım və baxışlarımla ''Ata, bəsdi'' deməyə çalışdım. Onun baxışlarından "Sən hələ qaç" demək istədiyini çox gözəl anladım.
Bağçaya gələn də Fəridə hovuza baxıb dedi:-Çox gözəldir.
-Təşəkkür edirəm.
-Murad...
-Eşidirəm, Fəridə.
-Bilirəm indi bunun yeri deyil, amma, Murad, əslində bura dönmə səbəblərimdən biri də sənsən.
-Necə yəni?
-Dostluğumuzun pozulmasını istəmirəm. Sənə söyləyəcəklərimdən sonra əgər yenə də məni rədd etsən, lütfən, arada olanları unudaq və yenə dostluğumuza davam edək.
-Fəridə, axı sən bilirsən...
-Murad, icazə ver...danışmaq istəyirəm.
-Yaxşı, səni dinləyirəm.
-Murad, uşaqlığımızı xatırlayırsan yəqin ki. Sənə aşiq olduğum vaxtları da. Düzdü, çox uşaq idik, balaca idik, amma sən məni istəmədikdən sonra hisslərimi unudub səninlə heç olmazsa dost olmağı istədim. Sən hisslərimin bitdiyini sandın...və bir gün Səbinə gəldi. Sənin qəlbində tutmaq istədiyim yeri o tutdu və mən hiss etdim ki, mənə aranızda yer yoxdur. Atamdan xahiş etdim və təhsil almaq üçün Amerikaya getdim. Siz isə elə bildiz ki, guya atam məni göndərib. Orada səndən uzaq, unutmağa çalışdığım hisslərimlə çox əziyyət çəkdim. Zamanla sadəcə hisslərimin susmasını bacardım, ancaq öldürə bilmədim. Geri dönəcək gücüm yox idi. Sənin məni yenidən rədd etmənə dözə bilməzdim. Amma bu gün burdayam, o cəsarətlə önündə durmuşam. Hisslərimdən əminəm... sadəcə bilmək istəyirəm, əgər sənin də sevdiyin qız varsa...
-Fəridə, hər şeyə görə çox sağ ol. O zamanlar bunun fərqində deyildim, amma o zamanlar üçün həm üzr istəyirəm, həm də təşəkkür edirəm. Amma, Fəridə, məni bağışla, hisslərini qəbul edə bilmərəm. Çünki mən səni sevmirəm. Sən mənim gözümdə yalnız "dostum Fəridəsən".
Fəridə gözlərini gözlərimdən çəkib göy üzünə baxmağa başladı. Baxışlarından anladım ki, dolmağa başlayan göz yaşlarını geri göndərirdi. Saçlarını bir çiyni üzərinə qoyub yerə oturdu. Onun hisslərini qəbul etmədiyim üçün üzgün idim, amma nə edə bilərdim onu sevmirdim.
Fəridə əli ilə əyləşməyimi işarə edib dedi:-Murad, Səbinədən sonra kimsəni sevdinmi?
-Yox, kimsə Səbinə kimi olmadı, nə də mən kimsəni həyatıma qəbul etmədim.
-Yəni əslində rədd etməyin yalnız mənə deyil, hamını rədd edirsən.
-Hə, hamını rədd edirəm.
-Onda incimə, Murad, qəlbini qazanmaqdan ötrü çox çalışacam!
-Fəridə...
-Mənim nə qədər inadkar olduğumu bilirsən, elə deyilmi?
Cavab verməmiş susurdum. Axı nə deyə bilərdim. Kobud cavab versəydim onun qəlbini qıracaqdım və mən isə onunla sonsuza qədər dost qalmaq istəyirdim.
(Səbinənin dilindən)
Bayraq bayramı olduğu üçün tətil idi. Üç günlük tətil verilmişdi, yəni bu üç gün ərzində o qızın kim olduğunu bilməyəcəkdim. Mən onu qısqanmırdım, əsla! Sadəcə Kamal və Muradı necə və hardan tanıdığı mənə maraqlı idi. O, Fəridə adlı qızın baxışlarında nəsə qəribəlik hiss etmişdim. Dostdan daha çox öz sevgilisini qorumağa çalışan pələngə oxşayırdı. Məndə elə təəssurat oyatmışdı.
Üç günlük tətildən istifadə edib anamla nənəmgilə getdik. Nənəmlə uzun zamandır ki, görüşmürdük. Anam onunla telefonla əlaqə saxlasa da mənim buna zamanım yox idi. İşlər və problemlər məni yorurdu.
Uzun yol olacaqdı, amma buna dəyərdi. Yolun sonunda bizi gözləyən sevimli nənəm idi♥
VOUS LISEZ
Son dəfə...
Roman d'amourBir yanda kiçik qəza ilə bütün həyatı dəyişən Səbinə, bir yanda isə həyatda bütün gözəlliklərdən əlini üzmüş Murad. Səbinə öz həyat sevgisi ilə Muradın diqqətini çəkə biləcəkmi? Murad hələ də vəfat etmiş keçmiş sevgilisi Səbinəni sevərkən qarşısına...