1.Bölüm

49 4 10
                                    

4 il öncə

Küçədən gələn səslərlə gözlərimi yavaşca açdım. İlk saniyələrdə səslərin nə olduğunu, kimə aid olduğunu ayırd edə bilmirdim. Hər zaman olduğu kimi yuxudan duranda biraz key kimi olurdum, amma bu sadəcə bir neçə saniyə çəkirdi və bu sabah da o anlardan biri idi.
Gözlərimi açıb mənimlə hər gün ilk rastlaşan tavana baxdım, lakin fikrim küçədən gələn səslərdə idi.

-Salam, Yusif dayı, necəsiz?

-Yaxşıyam, qızım, çox sağ ol. Sən necəsən? Deyəsən oğlun gəlir hə?

-Hə, Yusif dayı, axır ki, gəlir. Gözüm yollarda qalıb. Vallah çox çətindi övlad yolu gözləmək.

-Allah üzünüzü həmişə güldürsün, qızım. Həsrətin bu gün bitir. Allah bir də ayrılıq göstərməsin sizə. Allah...

Yatağımda oturaq vəziyyət alıb qadının kimin səsi olduğunu ayırd etməyə çalışdım. Bir, iki, üç saniyə... Səmayə xala! Hə, bu Səmayə xalanın səsi idi, amma bir şey anlamadım. Məgər Səmayə xalanın oğlu var idi ki?
Ardına qulaq asmayıb yatağımdan durdum.
Otağım gün işığı ilə aydınlanır və müsbət enerji yayırdı. Bu gün avqust ayının biri idi. Gözəl yay havası və quşların musiqisi əhvalımı daha da yüksəldirdi. Bu gün barmaqla sayılan günlərdən biri idi ki, hansı ki mən yuxudan çox gümrah oyanmışdım. Digər günlərdə nəyinki yuxudan normal oyana bilmir, həm də yuxudan oyandıqdan sonra normal danışa belə bilmirdim. Gözlərim axır, saçım-başım bir-birinə qarışır, üzümdən zəhrimar yağırdı.

Hamam otağına keçib  əl-üzümü yuduqdan sonra saçlarımı daramağa başladım. Darağı hamam otağında buraxıb yenidən yataq otağıma qayıtdım, yatağımı yığarkən anamın səsini eşitdim.

-Dəniz, gəl səhər yeməyi ye.

Yatağımı toplaya-toplaya səsləndim:

-Yaxşı, gəlirəm.

Deyəsən atam yenə işdə idi. Səsi gəlmirdi.

Mətbəxə keçib içməyim üçün məni gözləyən çayımdan bir qurtum içib gözümü mətbəxin pəncərəsindən çölə zillədim. Ağacları, ağacların yarpaqlarını, tək-tək binaları seyr edərkən birdən qonşu Səmayə xala yadıma düşdü. Bilsə bilsə anam bilər deyib ağlıma gələn ilk sualı anama verdim:

-Ana, qonşu Səmayə xalanın oğlu var imiş?

Anam çayından bir qurtum içib dedi:

-Hə, var.

Bəs mənim niyə bundan xəbərim yox imiş?

-Axı mən heç vaxt uşaqlıqda onun oğlunu görməmişəm. Biz bu məhlədəki bütün uşaqlarla dost idik, kimin də kimin uşağı olduğunu yaxşı bilirdik. Amma Səmayə xalanın oğlu deyə biri yox idi bu məhlədə.

-Hə, təbii ki yox idi. Çünki belə birini görməmisən. Görə də bilməzdin. Səmayə heç özü öz oğlunu görə bilmirdi...

Bax bu mənim üçün əsl şok xəbər idi.

- Necə yəni? Oğlunu niyə görə bilmirdi ki?

Anam səbrlə danışmağa davam etdi:

-Səmayə ərindən ayrılanda oğlu məhkəmənin qərarı ilə yoldaşında qalıbmış. Arada Səmayə oğlunu görmək üçün keçmiş ərinin evinə gedirmiş, amma ərinin ikinci arvadı onu hər dəfə evdən qovurmuş. Oğlunu heç bir şəkildə görə bilməyən Səmayə axırda bir gün onların qapılarda neçə saat dayanmadan ağlayıb, oğlunu görmək istədiyini deyib. Amma yenə də ona oğlunun üzünü göstərən olmayıb. Bütün ümidlərinin qırıldığı bir anda qapı açılıb və keçmiş əri gəlib ona deyib ki, oğlu xarici ölkədədir, onu ora yaxşı təhsil ala bilmək üçün göndərib. Yanında dayəsi də var. Oğlu böyüyənə qədər ona baxacaq. Narahat olmasın. Sonra da deyib ki, onları narahat etməsin. Oğlundan hər şəkil gələndə birini də ona yollayacaq.

Unutsam xatırlatWhere stories live. Discover now