Bir zamanlar bu sevginin ən böyük dərdim olacağını söyləsəydilər, yenə də onu sevməyə davam edərdimmi?4 il öncə
Mən, Zamiq və Araz valideynlərimizin önündə yan-yana dayanmış onları dinləyirdik.
- Davanı kim başlatdı?,- dedi qərarlı səsi ilə Vaqif əmi.
Heç kimdən səs çıxmadığını görüb dilləndim:
- Oğlunuz Zamiq.
Atam sanki buna bənd imiş kimi üstümə qışqırdı:
- Sən sakit dur! Zamiq dava salacaq uşaq deyil. Davanı edibsə də bu əclaf edib,- deyərək Arazı göstərdi,- Uşağın üzünü nə hala salıb.
Gözüm istər-istəməz Zamiqə doğru getdi. Doğurdanda üzü pis halda idi. Arazı həmişəki kimi güclə sakitləşdirmişdim. Deyəsən yenə xəstəliyinin baş qaldırdığı anlardan biri idi. Onun gələcəyi necə olacaq deyə düşünmədən dayana bilmədim. Onun üçün narahat olurdum.
- Dili yerində durmayan köpəyin dilin dartıb qopararlar,- dedi Araz.
Bu oğlan nə vaxt dilinə yiyə durmağı öyrənəcək axı?
- Sənin başın bədəninə ağırlıq eləyir deyəsən!
Vafiq əminin səsi otaqda əks-səda vermişdi. O qədər möhkəm bağırmışdı ki, diksindim. Artıq Araz üçün daha çox narahat olmağa başlayırdım. Əgər o əsəbləşsə hər şey daha pis nəticələnə bilərdi.
Araza baxım. Sanki o da bunu hiss etmiş kimi mənə baxdı. Üzündə çox az, yalnız mənim hiss edə biləcəyim qədər gülümsəmə ilə gözlərini açıb yumdu. Bu "Narahat olma..." demək idi. Amma yenə də ürəyim narahat idi. Onun üçün hər şeyin yaxşı olmasını istəyirdim.
- Sevdiyim qıza göz dikən oğlana bundan daha betərini edərəm. Bu səfərlik bəxti gətirdi deyək,- dedikdən həmən sonra gülümsədi. Bu yalançı gülümsəmə idi. Onları əsəb etmək üçün seçdiyi yollardan biri idi.
- Mən sənə buna görə icazə verməmişəm!
Atam Vaqif əmidən geri qalmayıb bir daha kükrəmişdi.
- Dəniz məni sevir, siz icazə verməsəz də heç nə dəyişməyəcək. Onun məni görməsinə mane ola bilərsiz, amma məni sevməsinə mane ola bilmərsiz.
Bütün bu sözləri eşitmək... Hə, qəbul edirəm, xoşuma gəlirdi, amma yalan olduğunu da bilirdim. Arazın dediyi hər söz sadəcə məni bu bəladan qurtarmaq üçün idi. Başqa heç nə gözləmirdim. Lakin yenə də ürəyim onun üçün döyünməkdən başqa bir şey edə bilmirdi. Sevmək unutmağa çalışmaqdan daha asan idi.
Hələ bir də o, hər gün burnunun dibindədirsə unutmaq mümkünsüzdür. Əlimdən heç nə gəlmirdi. Sadəcə hər gün bir gün əvvəlkindən daha çox sevməyə, bağlanmaya başlayırdım.- Dəniz mənimlə evlənəcək.
Zamiqin səsi gəlməsəydi onun burda olduğu gerçəyini az qalsın unudacaqdım.
YOU ARE READING
Unutsam xatırlat
Romance"O, şimal və cənub qütbü qədər, isti və soyuq qədər fərqli idi. O, özün-özündən saniyələr ərzində fərqlənirdi. Sevdiyim adamın fərqliliyi məni ondan ayırmağı bacarmadı. Yanında qaldım və mübarizə apardım". Atası və anası ilə bir evdə yaşayan Dəniz a...