" Pəncərə kənarına dibçəkdə çiçək qoyacaq qədər sevdim səni..."
Bu sıralar nə düşündüyüm deyil, daha çox nə hiss etdiyim önəmli idi. Vüsal Arazın anası ilə görüşümdən xəbər tutandan sonra çox sevinmişdi. Ona görə bu böyük addım idi və problemlərimin həllində açar rolunu oynayırdı. Amma həqiqətən o günü xatırladıqca sıxılırdım, çünki mənim üçün çox çətin idi. İllərlə görməkdən qaçdığım, gözlərinə necə baxacam deyə düşündüyüm qadının və xatirələrimin yuva qurduğu o evin ziyarətinə getmək mənə ağır və çətin gəlirdi. Bəlkə də Səmayə xala üçün daha asan idi. Gözlərinə baxmaqdan çəkindiyi kimsəsi yox idi, lakin bu mənim üçün keçərli deyildi. Mənim baxmaqdan qorxduğum gözlər, xatırlamaqdan çəkindiyim gözəl xatirələr, inanmaqdan qaçdığım gerçəklər var idi. Məsələn, hələ də onunla... Arazla görüşə getməmişdim. Onunla görüşə getmək, məni tərk etdiyini qəbullanmaq kimi bir şey idi və mən əsla bunu qəbullanmayacaqdım.
Əgər özləmim dözülməz həddə çatsa saatlarla ağlayıb, xatirələrimə sarılmağa razı idim. Amma bir şərtlə: Kimsə Arazı görmək üçün məni məcbur etməyəcəkdi.
Hə, ola bilər ki, qəlbsiz görünərəm, lakin önəmsəmərəm. Sevmək mənə görə xoş günlərdə birlikdə olmaq deyil, dar günlərlə çiyin-çiyinə dura bilməkdən ibarət idi və mən bu çətin illərdə çiynimi ona söykəyə bilməsəm də qəlbimi qəlbinə əmanət etmişdim. Ya da sadəcə əmanət etdiyimi fərz etmişdim.- Uşaqlar, bu gün sizə danışmaq istədiyim mövzu dərsimizdən əlavə, amma maraqlı bir hekayədir. Zəhmət olmazsa sakit olun və məni dinləyin.
Önümdəki partalarda əyləşmiş, mənə ümid dolu gözlərlə baxan, gələcək vəd edən gəncliyə baxdım. Mən də bir zamanlar oradan əyləşib həyatın mənə gətirəcəklərini gözləyirdim. Ümidlə...
Mənə görə "ümid" həyatdakı ən təhlükəli hiss idi. Bir şeyin olacağına ümid etmək, inanmaq və sairə, və ilaxır. Ümid etdiyin müddətcə dözmək, səbr etmək asandır, amma iş ümidlərin qırıldığı nöqtəyə gəlincə hər şey yerlə bir olurdu. Məsələn, əlil arabasına məhkum olmuş yaxınının nə vaxtsa gəzəcəyinə inanmaq o şəxsə dayanmaq gücü verir, amma gerçəkləri, yəni əlil arabasına məhkum olunan yaxınının bir daha gəzə bilməyəcəyini öyrənmək o şəxsin bütün dayanma gücünü alıb aparır. Eynilə mənim kimi... Dayanma gücüm olmadan əllərimi hər iki ətrafımda sallamış həyatın zərbələrinə qarşı əli yalın gözləyirdim. İncimədən, küsmədən...-Sally adındakı qızcığaz kiçik qardaşı George haqqında ana və atasının danışmalarını eşitdiyi zaman yalnız səkkiz yaşında idi. Qardaşı ağır xəstə idi və onu qurtara bilmək üçün əllərindən gələn hər şeyi etmişdilər, Georginin yalnız çox bahalı bir əməliyyatla xilas olma şansı vardı, lakin bunun üçün lazımı qədər pulları yox idi. Atasının ümidsiz bir şəkildə anasına pıçıldadığı sözləri eşitmişdi: "Yalnız bir möcüzə onu qurtara bilər." Bu sözləri eşidər eşitməz, Sally yavaşca öz otağına getdi. Donuz formasındakı pul topladığı qabı gizlədiyi yerdən çıxardaraq içindəki pulları yavaşca yerə tökərək saymağa başladı. Yanılmaya düşməmək üçün tam üç dəfə saydı pul qabıdakı çıxardığı xırda pulları. Sonra hamısını cibinə qoyaraq tələsik evdən çıxıb, küncdəki əczaxanaya getdi. Əczaçının diqqətini çəkə bilmək üçün böyük bir səbirlə gözlədi. Alıcılar çox idi və əczaçı bir adama dərmanlarını necə istifadə edəcəyini izah edirdi. Bu sıx işin arasında səkkiz yaşındakı bir uşaqla maraqlanmağa heç niyyəti yox idi, amma Sallyın gözlədiyini görüncə "Bəli, nə istəyirsən söylə baxaq",- dedi. "Bir az tez ol, gördüyün kimi bəy-əfəndiylə maraqlanıram" deyərək yanındakı qəşəng geyimli adamı göstərdi. Sally "Qardaşım" dedi. Səssizcə udqunduqdan sonra davam etdi: "Qardaşım çox xəstədir, bir möcüzə almaq istəyirəm." Əczaçı Sallya baxaraq "Anlaya bilmədim",- dedi. "Şey, atam onu ancaq bir möcüzə qurtara bilər dedi, bir möcüzə neçiyədir?" Əczaçı Sallya sevgi və yazığı gələrək baxdı və "Təəssüf edirəm kiçik qız, biz burada möcüzə satmırıq, sənə köməkçi ola bilməyəcəyəm",- dedi. Sally o qədər asan imtina etmək istəmədi. Əczaçının gözlərinin içinə baxaraq "Qarşılığını ödəmək üçün mənim pulum var, mənə yalnız qiymətini söyləməyiniz kafidir",- dedi. Bu vaxt Sally və əczaçının yanında gözləyən yaxşı geyimli bəy Sallya dönərək "Hansı növdə bir möcüzə lazımdır qardaşın üçün kiçik xanım?" deyə soruşdu. "Bilmirəm",- dedi Sally. Sonra gözlərindən aşağı süzülən yaşlara aldırmadan davam etdi: "Möcüzə... Tək bildiyim o çox xəstədir və anam əməliyyat keçirməzsə xilas ola bilməyəcəyini söylədi, amma ailəmin əməliyyat üçün ödəyə biləcəkləri pulları yoxdu. Lakin atam "Onu ancaq bir möcüzə qurtara bilər" deyincə mən də pulumu götürüb bura gəldim. "Nə qədər pulun var?" deyə soruşdu yaxşı geyimli adam. "Bir dollar və on bir sent, cənab",- dedi və davam etdi Sally: "Və olan qalan bütün pulum budur!". "Bu ki yaxşı bir şansdır, kiçik qardaşını qurtarmaq üçün lazımlı olan möcüzə üçün lazımı qədər pulun var",- dedi yaxşı geyimli adam. Adam bir əlinə pulu aldı, o biri əliylə də Sallyın əlini tutaraq "Məni yaşadığın yerə apararsanmı lütfən? Kiçik qardaşını və ailəni tanımaq istəyirəm",- dedi.
Yaxşı geyimli adam Dr. Carlton Armstronq idi və George üçün lazımlı olan əməliyyatı edə biləcək tanınmış bir cərrah idi. Əməliyyat müvəffəqiyyətlə nəticələnmiş və ailə pul ödəməmişdi. Birlikdə xoşbəxtlik içində evlərinə döndükləri zaman ailə hələ də yaşadıqları hadisələrin təsirindən xilas ola bilməmişdi. Anası "Hələ də inana bilmirəm. Bu əməliyyatın olması bir möcüzə idi! Doğrusu xərci nə qədərdir maraqlanıram...",- dedi. Sally isə öz-özünə gülümsədi. O bir möcüzənin nə qədər olduğunu çox yaxşı bilirdi. Tam tamına bir dollar və on bir sent!...
ESTÁS LEYENDO
Unutsam xatırlat
Romance"O, şimal və cənub qütbü qədər, isti və soyuq qədər fərqli idi. O, özün-özündən saniyələr ərzində fərqlənirdi. Sevdiyim adamın fərqliliyi məni ondan ayırmağı bacarmadı. Yanında qaldım və mübarizə apardım". Atası və anası ilə bir evdə yaşayan Dəniz a...