4 il sonra
-Sizi tanımıram... Və bir də dosta ehtiyacım yoxdur. Sizə güvənə də bilmərəm. Siz həkimlər hamınız eynisiniz. Sizə maraqlı gələn bir xəstəlik olan kimi onu araşdırana kimi əlçəkmirsiz. Amma unudursunuz ki, üstündə təcrübə apardığınız bu xəstələr oyuncaq deyil, insandır.
-Digərlərini bilmirəm, amma mən həqiqətən dost olmaq istəmişdim.
-Ehtiyacım yoxdur.
Cavab verməsinə izn vermədən telefonu söndürüb çantamın cibinə qoydum.
Bu söhbət də burda bitdi. Mənim heç kimə ehtiyacım yoxdur. Artıq ona belə...
Son dərs saatı bitdikdən sonra müəllimlər otağına gəlib, paltomu geyinib çantamı götürdüm. Tam çıxacağım anda məktəbin direktoru ilə rastlaşdım.
- Salam, Dəniz müəllimə. Elə mən də sizinlə danışmaq üçün gəlmişdim, yaxşı ki qapıda qarşılaşdıq.
- Salam, Fidan xanım, mənimlə nə barədə danışacaqdız?
- Gəl bunu mənim otağımda danışaq.
- Hə, əlbəttə, problem yoxdur.
Uzun koridor boyu tək kəlimə etmədən direktorun otağına gedirdik. Ətraf evinə tələsən şagirdlərlə dolu idi. Hər biri çiyinlərində çantaları ilə qaçırdılar. Arada direktor "Qaçmayın" deyərək onlara hisrlənirdi.
Sonunda otağına gəlib çatdıq. Fidan xanım öz kreslosunda əyləşib əli ilə önündəki stulda əyləşməyimi işarə etdi.- Sizi dinləyirəm, Fidan xanım.
Üz mimikasına görə qiymətləndirsəm, heç də yaxşı şeylər eşitməyəcəyim qənaətinə gəlirdim.
- Bax, Dəniz müəllimə, sən bizim kollektivin ən dəyərli müəllimələrindən birisən, amma son zamanlarda səndən şikayətlər gəlməyə başlayır.
Təəccübləndim. Məndən nə şikayəti gələ bilərdi ki?
- Bağışlayın, amma anlamıram. Məndən kim və niyə şikayətçidir?
- Valideynlər, Dəniz müəllimə, valideynlər.
- Axı nə üçün?
- Dediklərinə görə son zamanlarda dərs dediyiniz şagirdlərə " Valideynlərin oyuncağı olmadıqlarını, öz şəxsi düşüncələri üzərində hərəkət edə biləcəklərini " öyrədirsiz.
- Bəli, məhz bunu öyrədirəm.
- Yəni inkar etmirsiz?
Bu səfər təəccüblənən Fidan xanım idi. Amma anlamıram burda pis nə var. Məgər mən şagirdləri göydən gəlmələrin varlığına öyrətmişəm ya da var olmayan nəsə barədə məlumat vermişəm? Mən onlara sağlam düşüncəyə malik olduqları təqdirdə irəli addım atmaqdan qorxmamalarını öyrətmişəm.
- Xeyr, nəyə görə inkar edim ki?
- Siz başa düşürsüz şagirdlərə nə öyrədirsiz?!
YOU ARE READING
Unutsam xatırlat
Romance"O, şimal və cənub qütbü qədər, isti və soyuq qədər fərqli idi. O, özün-özündən saniyələr ərzində fərqlənirdi. Sevdiyim adamın fərqliliyi məni ondan ayırmağı bacarmadı. Yanında qaldım və mübarizə apardım". Atası və anası ilə bir evdə yaşayan Dəniz a...