- Ana, mən heç yerə getməyəcəm.- Amma...
- Amması filan yoxdu, səni burda atamla tək buraxıb gedən deyiləm. Bu səhvi bir dəfə etdim və bitdi. Bir də təkrarlayan deyiləm, təkid etməyin.
Anam və Sürəyya baxışıb sonra başlarını yellədilər. Tərsliyim tutsa kimsə məni fikrimdən döndərə bilməzdi və bunu hər ikisi də bilirdi. Atamdan başqa...
Nə qəribə idi. Öz canımdan, qanımdan olan atam məni anlamaq istəmirdi. Özünün düz bildiyinə inanıb sonuna qədər onu mənə qəbul etdirməyə çalışırdı, amma bilmirdi ki, mən də onun qızı idim, eynilə onun kimi tərs, eynilə onun kimi inadçı idim. O, qatığa qara deyirdisə, mən ağ deməyə davam edəcəkdim.Bir saat sonra İsmayıl gəlib hal-əhval tutduqdan sonra bacım da onunla getdi. İndi evdə anam və mən ikimiz idik. Hər ikimiz də axşam atam işdən evə gələndə nə edəcək, nə deyəcək çox gözəl bilirdik, lakin geri addım ata bilməzdik.
- Ana, buyur çayın.
Anama çayını verib divanda əyləşdim.
- Ata dünən nə elədi?- Heç nə. Sürəyyamın oğlu ona vurandan sonra necə yuxuya getmişdisə elə elə də səhərəcən yatdı. Bir dəfə də olsun oyanmadı. Yəqin yumruğu yaman bərk olub.
Anam gülərkən mən də Araz haqqında düşünməyə başladım, dediklərini xatırladım: "Məndən qaç" demişdi.
Nə qədər düşünsəm də bir məna verə bilmirdim. Bir şey anlaya bilmirdim və fikrimin onda qalması da bir yandan məni əsəbləşdirirdi. Onu düşünmək, onun üçün narahat olmaq məcburiyyətində deyildim, ancaq dayanmadan ikisini də edirdim. Həm onu düşünürdüm, həm də onun üçün narahat olurdum.- Ana, səncə bir insan digər bir insanın ondan qaçmasını, onu görəndə salam belə verməməsini niyə istəyə bilər?
Anam belə bir sual gözləmirdi və normal olaraq ilk öncə təəccüblənib daha sonra düşünməyə başladı.
- Bəlkə də duyğularından qaçır.
Duyğulardan qaçmaq... Məgər mümkün olası bir şeydi?
- Hm? Anlamadım, necə yəni?
Çayından bir qurtum içib stəkanı kreslonun yanındakı kiçik masanın üstünə qoyub mənə baxdı. Elə diqqətlə baxdı ki, düzü sualı verməyimə peşman oldum. Bir anlıq mənə elə gəldi ki, kimin haqqında danışdığımı, bu sualı niyə verdiyimi- hər şeyi bilir.
Kürəyimi divana söykəyib biraz da sıxdım. Sanki içindən keçib burdan qaça biləcəkmiş kimi gəlmişdi mənə.
Gözlərimi qaçırdım fərqində olmadan. Sanki nə var nə yox gözlərimdən oxunurdu.
Əslində bütün bunlar saniyə ərzində baş vermişdi, amma mənim üçün dəqiqələrdən də çox an idi.- Bəlkə də o insana qarşı hisləri var,- dedi gözlərimin içinə baxaraq.
Birdən sözə başlamağı ilə diksindim. Bunu gözləmirdim. Səssizliyə o qədər aludə olmuşdum ki, indi anamın səsi məni qorxutmağa bəs etmişdi.
-Amma ona qarşı hislərinin olmasını istəmir və ona söyləyə bilmədiyi üçün bu istənməyən hislərdən qurtulmaq üçün onu özündən uzaqlaşdırmağa çalışır,- deyərək sözünün davamını bitirdi.
Nə? Araz və mənə qarşı olan duyğular? Yox, yox! Belə bir şey heç vaxt ola bilməz.
- Yox, ana, bu hekayədə sevgi yoxdur. Oğlan qızı sevmir, məncə əksinə... Bəlkə də onun gizlətdiyi, kimsənin öyrənməsini istəmədiyi sirri var.
VOCÊ ESTÁ LENDO
Unutsam xatırlat
Romance"O, şimal və cənub qütbü qədər, isti və soyuq qədər fərqli idi. O, özün-özündən saniyələr ərzində fərqlənirdi. Sevdiyim adamın fərqliliyi məni ondan ayırmağı bacarmadı. Yanında qaldım və mübarizə apardım". Atası və anası ilə bir evdə yaşayan Dəniz a...